Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-641/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi nümayəndəsi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdeh Səbail rayon İcra Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Səbail rayon İcra Şöbəsi və "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın ipoteka yüklülüyünə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 9ömrəli evin, 22 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlakın üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qayatrılması və "xxxx" MMC-də keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə bağlanmış 03 oktyabr 2013-cü il tarixli 4506F kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2 (009)- 216/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 89.973 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ödənilmiş 31 manat dövlət rüsumu və müqavilələrin və yüklülük Çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat dövlət rüsumunun tutulması və tutmanın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 130.000 manat müəyyən olunması və mənzilin açıq hərracdan satılaraq tələbin ödənilməsi qət olunmuşdur. İcra sənədi icraya yönəldilmiş və Səbail rayon İcra Şöbəsi tərəfindən əmlaka qoyulan 130.000 manat satış qiyməti ilə “X1 Mərkəzi” MMCyə sifariş verilmişdir. Əmlakla bağlı “X1 Mərkəzi” MMC tərəfindən hərraclar keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka saxlayana əmlakın əldə edilməsi üçün təklif göndərilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməlidir. Belə ki, “X2 Mərkəzi” MMC tərəfindən hərraclar keçirilmiş və təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac mərkəzi tərəfindən “İpoteka haqqında” AR Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə olunması üçün LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş verilmişdir. Hərrac təşkilatı tərəfindən ipotekasaxlayana göndərilən təklifin üzərindən bir aydan çox müddət keçməsinə baxmayaraq ipoteka predmeti ipotekasaxlayan tərəfindən əldə edilməmişdir. Əmlak hərracda satılmadığına və ipoteka saxlayan tərəfindən əldə edilmədiyinə görə, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Səbail rayon icra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. İş üzrə daha bir mübahisəli məqam ondan ibarətdir ki, ipoteka predmeti olan mənzilin hərracda satılması üçün Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 34223/21-xx-xx/5577 saylı sifariş məktubuna əsasən digər bir hərrac təşkilatı olan "xxxx" MMC-yə də sifariş verilmişdir və "xxxx" MMC-də öz növbəsində 18 avqust 2021-ci il və 06 sentyabr 2021-ci il tarixlərində ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin açıq hərracda satılması üçün KİV-də müvafiq elanlar dərc etmiş və hərrac bildirişlərini tərəflərə göndərmişdir. "xxxx" MMC-də keçirilən hərrac öz-özlüyündə etibarsızdır. Belə ki, göründüyü kimi bir ipoteka predmeti barəsində müxtəlif hərrac təşkilatlarında 4 hərrac keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin hüquqi əsası ondan ibarətdir ki, güya Bank təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 049 nömrəli bildirişi LPO "xxxx" ASC-nin ünvanına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin direktoru Ömər Cəfərov tərəfindən « X1 Mərkəzi » MMC-in direktoru Əliheydər Ələsgərova ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli, **********499 nömrəli məktubdan görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsində yerləşən 19 nömrəli evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 % dən az olmayan qiymətlə, yəni 82875 manata ləğv prosesində olan "xxxx" ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın yekunları haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı razılıq verilmişdir. Sözü gedən məktub "X1 Mərkəzi” MMC tərəfindən ştamp vurulmaqla xx.xx.2021-ci il tarixdə alınmışdır. İş materiallarından göründüyü kimi bank tərəfindən qanunvericiliklə nəzərə tutulmuş müddət ötürülmədən hərracı həyata keçirən müəssisəyə vaxtında məlumat verilmişdir, ona görə də ipoteka yüklülüyünə xitam verilə bilməz. İddiaçının ikinci tələbi isə Bakı Hərrac Mərkəzində keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi barədə olmuşdur. İddiaçı hesab edir ki, bir ipoteka predmeti harasında müx.tolif hərrac təşkilatlarında ("X1 Mərkəzi MMC-də və Bakı Hərrac Mərkəzi” MMC-də) 4 hərrac keçirilmişdir, ona görə də "Bakı Hərrac Mərkəzi”MMC-də keçirilən hərracı etibarsız hesab edir. Bildiririk ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən "X1 Mərkəzi MMC-yə göndərilmiş 16 iyul 2021-ci İİ tarixil məktubdan görünür ki, zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş olunmuşdur. Ona görə də İcra Şöbəsi tərəfindən yeni hərracın keçirilməsi üçün "Bakı Hərrac Mərkəzi” MMC-nə sifariş verilmişdir. "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilərək alıcı olmadığından 10 sentyabr 2021-ci il tarixli, 298/21 nömrəli məktubla ipoteka predmeti olan əmlakı almaq üçün müqavilə bağlanması barədə təklif göndərilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə Edilməsi Departamentinin direktoru Ömər Cəfərov tərəfindən 29 sentyabr 2021-ci il tarixli, **********648 nömrəli məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə razılıq verərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 19 saylı evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata ləğv prosesində olan "xxxx" ASC-nin tərəfindən əldə olunması məqsədilə .müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Həmin məktub hərrac mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə ştamp vurularaq alınmışdır və yekun olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və 298/21 nömrəli protokol bağlanmışdır. Yuxarıdakılara əsasən hesab edirik ki, ipoteka yüklülüyünə xitam verilə bilməz və həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv oluna bilməz çünki LPO "xxxx" ASC tərəfindən hər iki halda hərrac mərkəzləri tərəfindən verilən təklifə qanunvericiliklə müəyyən olunmuş müddətdə, yəni 30 (otuz) gün müddətində cavab verilmişdir. Eyni zamanda hesab edirik ki, “Bakı Hərrac Mərkəzi" MMC ilə bağlanmış hərracın yekunlarına dair müqavilə və protokol etibarsız hesab oluna bilməz çünki faktiki olaraq “X1 Mərkəzi” MMC-yə hərracın dayandırılmasına dair Səbail rayon İcra Şöbəsi tərəfindən 16 iyul 2021-ci il tarixli məktub göndərilmişdir. İddiaçının 3-cü tələbi mülkiyyət hüququnu təsdiq edən çıxarışın geri tələb olunması ilə bağlı olmuşdur. İddiaçı həmin çıxarışın həqiqətən də LPO Bankda olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hal heç bir sübutla təsdiq olunmadığına görə iddia bu hissədə də təmin oluna bilməz. Beləliklə iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Səbail rayon İcra Şöbəsinin nümayəndəsi X9 iddianı qəbul etməyərək izahat verərək bildirmişdir ki, mübahisəli hərracla bağlı ilk dəfə tərəflərindən “X1 Mərkəzi” MMC-yə verilən məktubda texniki səhv olduğuna görə hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişlər. Sonradan ona məlum olmuşdur ki, rəhbərlik adı çəkilən MMC ilə müqaviləni ləğv etmiş, başqa bir hərrac mərkəzi ilə müqavilə bağlamışdır. Bu səbəbdən də ikinci dəfə də eyni gündə hərracın keçirilməsinin dayandırılması barədə “X1 Mərkəzi” MMC-yə məktub ünvanlamışlar. Sonradan həmin əmlakın hərrac yolu ilə satılmasını təşkil etmək üçün “Bakı Hərrac Mərkəzi" MMC-yə sifariş göndərmişlər. Keçirilmiş hərracla bağlı “X1 Mərkəzi” MMC tərəfindən onlara hər hansı məlumat verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar səlahiyyətli nümyəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, "xxxx" ASC ilə X10 arasında bağlanmış 03 oktyabr 2013-cü il tarixli 4506F kredit müqaviləsi üzrə yaranmış 49130 manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixə olan 38229 manat faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-cİ il tarixə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 2614 manat faiz borcu, ümumilikdə 89973 manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat rüsumun cavabdeh X3 tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin "xxxx" ASC (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanından yerləşən 22 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 130.000,0 manat müəyyən edilməsi, mənzilin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxanda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdehlər İddiaçı, X10, X8 və X5 ən gec bir ay ərzində həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. “X1 Mərkəzi” MMC - “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində tələbkar "xxxx" ASC və borclu İddiaçı, X10, X8, X11 və X6 ünvanlanmış bildirişlərdən görünür ki, ünvan 9ömrəli evin 22 nömrəli mənzili satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın tarixi və vaxtı: 28 iyul 2021-ci il, saat 11:00dır. - Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən "X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş edilmişdir. - Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən "X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş edilmişdir. - “X1 Mərkəzi” MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildirişdən görünür ki, kredit borcu olan İddiaçı məxsus əmlakın, keçirilən hərraclar zamanı satılmadığı və xx.xx.2021-ci il tarixinədək sözügedən əmlak Bank tərəfindən alınmadığı halda işin sifarişçi icra şöbəsinə geri qayatrılacağı bildirilmişdir. - LPO "xxxx" ASC-nin "X1 Mərkəzi” MMC-nin direktoru Əliheydər Ələsgərova ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsində yerləşən 19 nömrəli evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 82.875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata ləğv prosesində olan "AtaBank” ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan “AtaBank" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. - "X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri Səbail rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 69 saylı məktuba əsasən hərrac mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamışdır. Buna görə, qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək üçün əmlak Səbail İcra şöbəsinə geri qaytarılmışdır. "xxxx" MMC - Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, MMC-dən icra sənədi üzrə ipoteka predmeti kimi qoyulmuş ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin satışının təmin olunması xahiş edilmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2021-ci tarixində tələbkar "xxxx" ASC, sifarişçi Səbail rayon icra və probasiya şöbəsi və borclu İddiaçı, X10 və X8 ünvanlanmış bildirişdən görünür ki, ünvan 9ömrəli evin 22 nömrəli mənzili satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın tarixi və vaxtı: 18 avqust 2021-ci il, saat 11:00-dır. - “Неделя” qəzetinin 23 iyul 2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə, açıq hərracın 18 avqust 2021-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2021-ci tarixində tələbkar "xxxx" ASC, sifarişçi Səbail rayon icra və probasiya şöbəsi və borclu İddiaçı, X10 və X8 ünvanlanmış bildirişdən görünür ki, ünvan 9ömrəli evin 22 nömrəli mənzili satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın tarixi və vaxtı: 6 sentyabr 2021-ci il, saat 11:00dır. - “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin təkrar hərracdakı satış qiyməti 110.500 manat müəyyən edilməklə, açıq hərracın 6 sentyabr 2021-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. - “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin 6 sentyabr 2021-ci il tarixdə, saat 11:00-da keçirilən təkrar hərracı baş tutumamışdır. - LPO "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 19 saylı evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 82.875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata ləğv prosesində olan “AtaBank" ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan “AtaBank" ASC-nin adına rasmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. - "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 298/21 nömrəli protokolunun surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 5 oktyabr 2021-ci il tarixdə İddiaçı məxsus ünvan 9ömrəli evin 22 nömrəli mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 130.000 manat və son qiyməti 82.875 manat olmaqla LPO “Atabank" ASC-yə satılmışdır. - "xxxx" MMC ilə LPO “Atabank" ASC arasında bağlanmış “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı ünvan 9ömrəli evin 22 nömrəli mənzili 82.875 manata əldə etmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Atabank" ASC ilə X10 arasında bağlanmış 3 oktyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% dərəcəsi ilə 60.000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə “Atabank" ASC və X10 arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 9ömrəli evin 22 nömrəli mənzili ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “Atabank" ASC-nin “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s.” tələblərinə dair iddiası qismən təmin edilmiş, X3 “Atabank" ASC-nin xeyrinə 89.973 manat məbləğində borcun tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 9ömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ixtisaslaşdırılmış təşkilat tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pulun X7 “Atabank" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi icra olunması üçün Səbail rayon İcra Şöbəsinə yönəldilmiş, həmin icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır. Səbail rayon İcra Şöbəsi tərəfindən 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsini təşkil etmək üçün ilk öncə (xx.xx.2021-ci il) “X1 Mərkəzi” MMC-yə müraciət olunsa da, daha sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində MMC-dən zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş edilmişdir. Buna baxmayaraq “X1 Mərkəzi” MMC tərəfindən 28 iyul 2021-ci il tarixdə saat 11:00-da hərracın keçiriləcəyi barədə elan verilmiş, xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-yə “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildiriş göndərilmiş, banka İddiaçı məxsus əmlakın, keçirilən hərraclar zamanı satılmadığından xx.xx.2021-ci il tarixinədək əldə edilməsi təklif edilmiş, xx.xx.2021-ci il tarixdə isə banka ünvanlanmış məktuba cavab verilmədiyi üçün mübahisəli əmlak Səbail rayon İcra şöbəsinə geri qaytarılmışdır. Hərracın dayandırılmasının xahiş edilməsinə baxmayaraq "X1 Mərkəzi” MMC-nin LPO "xxxx" ASC-yə göndərdiyi bildirişə bank tərəfindən cavab verilmiş, MMC-dən mübahisəli mənzilin ləğv prosesində olan "AtaBank” ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan “AtaBank" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarından həmçinin müəyyən edilmişdir ki, "X1 Mərkəzi” MMC-dən hərracın dayandırılmasını xahiş etmiş Səbail rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla daha sonra "xxxx" MMC-yə müraciət edilmiş, MMC-dən icra sənədi üzrə ipoteka predmeti kimi qoyulmuş ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin satışının təmin olunması xahiş edilmişdir. "xxxx" MMC tərəfindən təkrar hərracın baş tutmadığı barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında elan verildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən LPO "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla MMC-dən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 19 saylı evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 82.875 manata əldə olunması üçün müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan “AtaBank" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmiş, nəticədə "xxxx" MMC ilə LPO “Atabank" ASC arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda iddiaçı ona məxsus ünvan 9ömrəli evin 22 nömrəli mənzilinin üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qayatrılması və "xxxx" MMC-də keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Məhkəmə qənaətinə görə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarlı olub-olmamasını müəyyən etməzdən əvvəl “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixdə keçirdiyi ilkin hərracın, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ünvanladığı “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildirişin və xx.xx.2021-ci il tarixdə hərraca çıxarılmış əmlakın məhz alıcı olmadığı səbəbilə Səbail İcra şöbəsinə geri qaytarmasının legitimliyi müzakirə edilməlidir. Məhkəmə baxışı zamanı araşdırılmış iş materiallarından göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsinə zərurət aradan qalxdığına dair məktubun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “X1 Mərkəzi” MMC-yə göndərilməsinə baxmayaraq həmin hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci il tarixində ilkin hərrac keçirilmiş, xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-yə ipoteka predmetinin alqısatqısı müqaviləsinin bağlanılması barədə bildiriş göndərilmiş və daha sonra İddiaçı məxsus əmlakın keçirilən hərrac zamanı satılmadığı üçün xx.xx.2021-ci il tarixində Səbail rayon İcra şöbəsinə geri qaytarılması barədə nəticəyə gəlinmişdir. Məhkəmə hərracın ixtisaslaşdırılmış müəssisələri tərəfindən yalnız icra məmurunun sifarişi əsasında keçirilməsinin mümkünlüyünü, mübahisəli əmlakın satılması üzrə hərracın təşkil edilməsi üçün “X1 Mərkəzi” MMC-yə verilmiş sifarişin Səbail rayon İcra şöbəsi tərəfindən geri çəkildiyini nəzərə alaraq hesab edir ki, həmin hərrac təşkilatı tərəfindən keçirilmiş hərrac və göndərilmiş məktublar əsassız olduğundan etibarsız sayılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Belə olan halda məhkəmə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər-hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. Çünki yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də öz növbəsində etibarsız hesab olunur. Qeyd olunan məsələlər “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri ilə tənzimlənir. Qanunun 43.7-ci maddəsinddə subyektiv hüquq, 43.8-ci maddəsində isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşdə olan sənədlərdən göründüyü kimi ipoteka saxlayan (tələbkar) hərracın baş tutmamış hesab edilməsi barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında verilmiş elana xx.xx.2021-ci il tarixli məktubla cavab verməklə mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etiraz etmədiyini bildirmişdir. O cümlədən tələbkar həmin məktubla ipoteka predmetinin onun mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanmasını xahiş etmişdir. Nəticədə isə ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmiş, "xxxx" MMC ilə bank arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Beləliklə, iddiaçının iddianın əsası kimi istinad etdiyi əsaslarla "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın "xxxx" MMC-də keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. “Bakı Hərrac Mərkəzi" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmədiyindən, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması üçün hüquqi əsaslar mövcud olmadığından, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı olan iddiası digər hissələrdə də rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı “əmlakın ipoteka yüklülüyünə xitam verilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-641/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-641/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver