Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-651/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh İsmayıl oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4950,00 (dörd min doqquz yüz əlli) manat sığorta ödənişi məbləğinin və 69,50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 5019,50 (beş min on doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Opel Astra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Opel Astra” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota LC-200” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəsimi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Protokola əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-922/2019 saylı qərarında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Opel Astra” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuş, barəsində tərtib olunmuş Qərara əsasən inzibati qaydada cərimə edilmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000,00 (beş min) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Nəzərə çatdırılır ki, Cavabdeh qeyd olunan zərər üzrə 50,00 (əlli) manat məbləği cəmiyyətə ödəmişdir. Lakin qalıq məbləğ, yəni 4950,00 (dörd min doqquz yüz əlli) manat bu günədək cəmiyyətə ödənilməmişdir. Bildirilir ki, cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/964 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İsmayıl oğlu izahatında iddia tələbini qəbul etdiyini, həmin pulu ödəməli olduğunu anladığını, lakin hazırda həbsdən yeni azad olunduğu üçün həmin pulu ödəyə bilmədiyini bildirmişdir. İş materialları: X4 X1 Sahibinin Mülki Məsuliyyətinin İcbari Sığorta Müqaviləsinin xarici təqdimat formasından görünür ki, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri üçün qüvvədə olmuş PAA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, “Opel Astra minik” markalı **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə 1 şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manatadək sığortalanmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli AS-23/964 nömrəli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə “Opel Astra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi, “Toyota LC-200” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə bağlı 5.000 manat məbləğində pul vəsaitinin 10 (on) gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmişdir. Ödənilmədiyi təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə cavabdehdən 5.000 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin, cəmi 5.500 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunması və bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin cavabdehin üzərinə düşəcəyi barədə xəbərdar etmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 19-04721/05/AA-3891/19 nömrəli sığorta aktının surətindən görünür ki, “Opel Astra minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək PAA********** nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" ASC-də icbari sığorta müqaviləsi əsasında sığortalı olmuş, zərər dəymiş əmlak “Toyota LC-200” markalı 90HR002 dövlət qeydiyyat nişanlı avtomobil və dəymiş ziyanın məbləği 5.955 manat, sığorta ödənişinin məbləği 5.000 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin Sığorta Hadisələrinin tənzimlənməsi Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesablama aktının surətindən görünür ki, “Toyota LC 200 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.955 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli 007645 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X2 5.000 manat sığorta ödənişini ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(006)-922/2019 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 19:20 radələrində Cavabdeh “Opel Astra minik” markalı, **- GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmişdir. 2/3709 nömrəli xx.xx.2019-cu il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin surətindən görünür ki, Cavabdeh hadisə zamanı sərxoş olmuşdur. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Sultanov X3 Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbini pozmuşdur. AYP seriyalı, 036093 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışın (Nəsimi RPİ X6 Şöbəsinin təsdiq etdiyi) surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 19:20 radələrində “Toyota LC200 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol hissəsində xarici əzintilər qeydə alınmışdır. 900896322 nömrəli və ********* nömrəli ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün cəmi 69,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Opel Astra minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Opel Astra minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota LC200 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Nəsimi Rayon Məhkəməsinin inzibati xəta haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən hadisə nəticəsində “Toyota LC200 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.955 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən X2 avtonəqliyyat hadisəsinə görə 5000 (beş min) manat sığorta ödənişini ödəmişdir. Cavabdeh isə ödənilməli məbləğdən kiçik hissə - 50 manat ödəmişdir. Hazırda təqsirli şəxsin vurmuş olduğu zərərə görə iddiaçının cavabdehə qarşı geridə qalan 4.950 manat məbləğində pul tələbi hüququ yaranmışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4950,00 (dörd min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və 69,50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində sığorta ödənişi və 69,50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-651/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-651/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver