Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-672/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zaqatala rayon Mərkəzi Xəstəxanasına və X2rşı «mənəvi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Zaqatala rayon Mərkəzi Xəstəxanasına qarşı «mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 60.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Zaqatala rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X5 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və iddiaçının vəsatəti təmin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda tək yaşamışdır. X3 onun qızıdır. xx.xx.2018-ci il tarixdə qardaşım oğlu Tural Məmmədovun yas yerində olmuş və qızı Naimə əri ilə yas mərasiminə gəlmişdir. Həmin vaxt Naimə ona soyuqladığı üçün xəstəxanaya getdiyini, orada həkimin müalicə üçün dərman yazdığını və oradan da birbaşa yasa gəldiyini demişdir. Sonra qızı ona Turalın ölümü ilə bağlı vəziyyətinin pis olduğunu görüb «ana, bəs mən də varam axı, sənə bir şey olsa mən nə edərəm, bu qədər pis olma» demişdir. Daha sonra onlar evlərinə getmişlər. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə o, qardaşı Qərib Məmmədovgildə qalmış, ürəyinə pis şeylər gəldiyi üçün tez-tez Naiməyə, digər qohumılarına zəng etmişdir. Qohumları ona Naimənin qızdırması olduğunu və həkim çağırıb sistem qoşacaqlarını demişlər. Daha sonra qızının vəziyyəti pisləşib deyə ona xəbər etmədən Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. O, bunu həmin gün gecə saat 24-ə qalmış öyrənmiş və birbaşa xəstəxanaya getmişdir. Həmin gecə saat 2-3-ə qədər xəstəxanada olarkən qızının yanına girib çıxmışdır. Daha sonra həkimlər onu qızının yanına buraxmamışlar və komada olduğunu bildirmişlər. xx.xx.2018-ci il tarixdə səhər saat 9-10 radələrində adını bilmədiyi həkim ona qızının öldüyünü bildirmişdir. Onun eyni zamanda həm qardaşı oğlunun hərbi xidmətdə vəfat etməsi, həm də yenicə toyu olmuş qızının vəfat etməsi ilə çəkdiyi mənəvi sarsıntı və iztirabı ondan başqa heç kim hiss edə bilməz. Onun bircə qızı var idi, idman zalında işləməklə aldığı əmək haqqı ilə onu saxlayırdı. Toyu yenicə olmasına baxmayaraq onun dolanışığını qızı təmin edirdi. Çünki həyat yoldaşı da qızından əvvəl vəfat etmiş və o, mehrini yalnız yeganə qızına salmışdır. Qızını Zaqatala rayonunda dəfn etmişlər. O, bu həsrətə dözə bilməyib qızının nəşini Gəncə şəhərində dəfn etmişdir ki, heç olmasa qızının qəbrini tez-tez ziyarət edə bilsin. Qeyd edir ki, Səhiyyənin bərbad vəziyyətdə olması, xüsusən də ana və uşaq ölümlərinin tez-tez baş verməsi göz qabağındadır. Onun təkidli tələbindən sonra Zaqatala rayon Mərkəzi xəstəxanasının həkimləri məsuliyyətə cəlb olunmuşlar. Qızının ölməsinə görə Zaqatala rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs X6 Zaqatala RMX-da həkim, ümumi-cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkimümumi cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X9 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş «Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı»nın 6, 7, 8-ci bəndlərində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməklə, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşımasına baxmayaraq, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri-stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X9 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdur. Zaqatala rayon məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Azərbaycan Respublikası CM-nin 70.1 və 70.3 maddələri tətbiq edilməklə 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Zaqatala rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – Zaqatala rayon Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Qızının vəfatından sonra hələ də özünə gələ bilmir. Kim özünü bir anlıq onun yerinə qoysa, bütün bunlar gözlərinin önündə canlanar. Xüsusilə qeyd etmək istəyir ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi qızının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zaqatala rayon Mərkəzi Xəstəxanasına və X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndələri və cavabdeh M.Əlixanov məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndələrinin və X5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçının qızının ölümünə səbəb həmin vaxt həkim-cərrah vəzifəsində çalışmış X5 səhlənkar hərəkətləri olmuşdur. Sözügedən şəxs Zaqatala Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məcəllənin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İddiaçının ona vurulduğunu dediyi zərər həkimin səhlənkar hərəkətləri nəticəsində baş verə biləcəyindən iddia tələbi məhz X2rşı yönəlməlidir. Zaqatala rayon X11 Hüquqi Şəxsdir və Xəstəxanaya hesablanmış büdcə vəsaiti Maliyyə Nazirliyi tərəfindən müəyyən hesabla ayrılır. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının sözügedən işdə heç bir təqsiri yoxdur. Hal-hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxananın işçilərinin sayı kifayət qədər çoxdur və həmin işçilərin aylıq əmək haqqı və digər təminatları müəssisə tərəfindən qarşılanır. Xəstəxananın hər işçisinin təqsiri üzündən dəymiş zərərin müəssisənin üzərinə qoyulması müəssisənin maliyyə cəhətdən iflas olması ilə nəticələnər. Hal-hazırda isə Müəssisənin maliyyə vəziyyəti qənaətbəxş deyildir, iddiaçı tərəfindən tələb olunan məbləğin tərəfimizdən qarşılanması mümkünsüzdür. Bu səbəbdən iddianın Zaqatala rayon Mərkəzi Xəstəxanasına aid olan hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli arayışlardan göründüyü kimi, X13 14 yanvar 1995-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur; atası X14, anası İddiaçıdır. X13 12 fevral 2018-ci il tarixdə hamiləlik, sol uşaqlıq boru cırılması səbəbindən vəfat etmişdir. Bu barədə 17 mart 2018-ci il tarixdə 52 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmündən görünür ki, ittiham aktına əsasən təqsirləndirilən şəxs X6 Zaqatala RMX-da həkim ümumi cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkim ümumi-cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X9 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş «Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı»nın 6-cı bəndində nəzərdə tutulan - həkim-ümumi cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan - mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyir kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X9 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdur. Bununla da, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan hökmlə təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; təqsirləndirilən şəxs X4 təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti hesab edilmiş; təqsirləndirilən şəxs X4 təyin edilmiş əlavə cəzanın və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış; təqsirləndirilən şəxs X1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş; təqsirləndirilən şəxs X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş; iş üzrə maddi sübut olan Zaqatala RMX-da N.Məmmədovanın adına açılmış, sonuncunun müayinə və müalicəsinin gedişini əks etdirən xx.xx.2018-ci il tarixli, ******* saylı «Stasionar xəstənin tibbi kartası» və N.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildikdən öldüyü vaxtadək sonuncuya göstərilmiş tibbi yardımı əks etdirən müşahidə kamera görüntülərinin olduğu 02 ədəd «CD» diski cinayət işinin materiallarında saxlanılmış; hökmün icrası təqsirləndirilən şəxslərin qeydiyyatda olduğu yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Həmin hökm qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyatı İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 28 noyabr 2022-ci il tarixli 49 saylı arayışdan göründüyü kimi, X3 vəfat etdikdən sonra Zaqatala rayonu Yeni Suvagil kənd qəbristanlığında dəfn edilmiş, sonradan mərhumun meyiti qəbirdən çıxarılaraq, Gəncə şəhəri ərazisində yerləşən qəbristanlığa köçürülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvisarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanmasızamanıməhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X5 təqsiri səbəbindən iddiaçının qızı vəfat etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, yəni 30.000 (otuz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3.-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul və 135 manat dövlət rüsumu cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul və 135 manat dövlət rüsumu cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-672/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-672/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver