Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-752/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu (ləğv prosesində olan "xxxx" ASC) Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə kreditin təminatı kimi bağlanılmış ipoteka müqaviləsinə xitam verilməsi, ipotekaya xitam verilməsi və fərdi yaşayış evinin girovdan azad edilməsinə dair rəsmi məlumatların cavabdeh tərəfindən üçüncü şəxs Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(049)-3869/2018 saylı qətnaməsi ilə Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən cavabdeh X3 mülkiyyətində olan 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə 1/2 hissə olmaqla payı tanınmışdır. Qeyd edilən fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən X6 "xxxx" ASC-dən kredit müqaviləsi bağlayarkən Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə Notariat X1 "xxxx" ASC-dən götürdüyü kreditin təminatı kimi birgə nikah dövründə əldə etdikləri əmlaka görə Lənkəran Rayon 1 saylı notariat ofisində o, razılıq ərizəsini təqdim etmişdir. Çünki həmin ev birgə nikah dövründə əldə edilmişdir və onun əmlaka 1/2 pay hüququ vardır. Hazırda, həmin evə görə götürülmüş kredit məbləği tam ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(049)-3869/2018 saylı qətnaməsi icra olunarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə 1/2 pay hüququna dair dövlət reyestrində qeydiyyata alınması barədə Lənkəran rayon İcra şöbəsi tərəfindən icra edilməsində cavabdeh tərəfindən qanunsuz manelər yaradıldığından məhkəmə qətnaməsinin icrasını təmin edilməmişdir. Mərkəzi Bank tərəfindən "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması barədə lisenziyası ləğv edildiyindən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Cavabdehə dəfələrlə rəsmi müraciət edərək banka olan borc bağlandığından onun mülkiyyət hüququna dair əmlakının yəni Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə dair ipoteka müqaviləsinə xitam verilməsi və əmlakımın girovdan azad olunması barədə məlumatları üçüncü şəxəsə müracitə etməsinə dair ərizəmə cavab verərək bildirmişdir ki, bucür məlumatlar bank sirri olduğundan tələbini həyata keçirmək mümkün deyildir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən o, kreditin təminatı kimi banka evin girov qoyulmasına razılıq vermişdir. Məhkəmə qətnaməsi ilə onun həmin evə 1/2 pay hüququ tanınmışdır. Lakin, cavabdehin bu qanunsuz hərəkətlərinə görə məhkəmə qərarı icrasız qalmış və onun adına qeyd edilən əmlaka dair üçüncü şəxs tərəfindən qeydlər aparılmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, borc tam ödənildikdə 5 iş günü ərzində məktub verilməlidir. Məktub iddiaçının həyat yoldaşına verilmişdir. Həyat yoldaşı ilə əlaqə saxlamışlar etiraf etmişdir ki, məktubu ona vermişlər, lakin aralarında mübahisə olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aparıb verməmişdir. İddiaçı tərəfin banka olan borcları bağlanılmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Ərazi İdarəsinin nümayəndəsi və Abbas İbrahimov məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin və X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Lənkəran rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(049)-3860/2018 saylı qətnaməsindən görünür ki, X2 X4 qarşı «nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddiası təmin edilmiş, həmin iş üzrə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları analarının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuş, həmçinin – birgə nikah dövründə inşa edilmiş, Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən cavabdeh X3 mülkiyyətində olan 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evi iddiaçı ilə cavabdeh arasında 1/2 hissə olmaqla payları bölünmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının 1/2 pay nisbətində mülkiyyət hüququ tanınmışdır. İşin qeyd olunan halı aşkar olmaqla, həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı yuxarıda qeyd olunan məhkəmə aktına əsaslanaraq, Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmiş, həmin fərdi yaşayış evinin ipoteka müqaviləsinə əsasən yüklü edildiyini, ipoteka müqaviləsi ilə təminat altına alınmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edildiyini, ƏSF tərəfindən həmin ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın yüklülükdən azad edilməməsi səbəbindən Lənkəran rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(049)-3860/2018 saylı qətnaməsinin icra edilmədən qaldığını bildirərək, həmin ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. - Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı ünvan 1 ünvanladığı göstərilən 17 iyun 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli İL- 02035/13 saylı və xx.xx.2016-cı il tarixli LAN-140651/16 saylı kredit müqavilələrinin təminatı kimi xüsusi mülkiyyət hüququ üzrə X4 məxsus ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 291,3 m2 ümumi sahədən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi və yerləşdiyi 0,06 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli İL-02035/13 saylı ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli LAN-140651/16 saylı Sonrakı İpoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli İL-02035/13 saylı və xx.xx.2016-cı il tarixli LAN-140651/16 saylı kredit müqavilələri üzrə öhdəliklər ləğv prosesində olan "xxxx" ASC qarşısında tam icra olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Əmanətlərin Sığortalanması Fondu «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci və 48.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, xüsusi mülkiyyət hüququ üzrə X4 məxsus ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 291,3 m2 ümumi sahədən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə və yerləşdiyi 0,06 ha torpaq sahəsinə xx.xx.2013-cü il tarixli 02035/13 saylı İpoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli LAN-140651/16 saylı Sonrakı İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yükluluyünun dövlət qeydiyyatının ləğv edilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsindən xahiş etmişdir. Lakin yuxarıda qeyd edilən məktub Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə rəsmi şəkildə göndərilməmişdir. Bu səbəbdən, iddiaçının birgə nikah dövründə inşa edilmiş əmlakın 1/2 hissəsinin mülkiyyətçisi kimi hüquqları pozulur. Məhkəmə vurğulayır ki, əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi üzrə təminat altına alınan borc öhdəliyi icra edildiyindən, əmlakın ipoteka ilə yüklü vəziyyətdə saxlanılması (qalması) mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Borc öhdəliyi icra edildiyindən, ipoteka müqaviləsi aktuallığını itirmişdir. Fərdi yaşayış evinin ipoteka müqaviləsi üzrə yüklü qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İş üzrə cavabdeh yuxarıda adı çəkilən məktubda ipotekaya xitam verildiyini etiraf edərək, xx.xx.2013-cü il tarixli 02035/13 saylı İpoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli LAN-140651/16 saylı Sonrakı İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yükluluyünun dövlət qeydiyyatının ləğv edilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xildməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsindən xahiş etsə də, həmin məktubu rəsmi şəkildə 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi, iddia tələbi - cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (ləğv prosesində olan "xxxx" ASC) Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə kreditin təminatı kimi bağlanılmış ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipotekadan azad edilməsinə dair rəsmi məlumatlar cavabdeh tərəfindən üçüncü şəxs Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsinə dair rəsmi məlumatlar cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən üçüncü şəxs Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, əsas öhdəlik icra edildiyindən, artıq, həmin öhdəliyin təminatı kimi çıxış edən ipoteka yüklülüyünə xitam verilmişdir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran şəhəri Ə.Vahid küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 86 saylı fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsinə dair rəsmi məlumatlar cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən üçüncü şəxs Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-752/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-752/2023
29.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver