Məhkəmə qərarları › İş №e-2(006)-796/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-796/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-796/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.Eko kardioqram apartı( cardipiya 200) 2.Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınış 3.Alman istehsalı dəhliz mebeli (3 yarus) 4. mebel çərçivədə divar saatı 5. Eurolux mikser 6.Tefal çaydan çaynik dəsti 2 ədəd) 7. mətbəx üçün süfrə dəsti (4 ədəd) 8. mətbəx üçün moyka 9. mətbəx üçün aspirator 10. mətbəx üçün qaz piltəsi 11. radiator 12. 3 metr uzunluqda kabel, (trannik) 13. servis naborçay dəsti (12 ədəd) 14. kofe dəsti (12 ədəd) 15. salfet qabı- dəst

16. padnos dəsti - (6 ədəd), 17. xrustal tort qabı, 18. şüşə qab-4 ədəd, 19. 4 ədəd nikel qazan, 20. aliminuyum rəngdə qazan-5 ədəd, 21. şirri qazan 5 dəst 22. Şirri qazan 3 ədəd

23. aş qazan aliminuyum 2 ədəd, 24. aş süzən -2 ədəd 25. mürəbbə bişirmək üçün ləyən- 4 ədəd (2 si balaca iki litrlik şirri, 1 ədəd böyük şirri, 1 ədəd böyük aliminiyum , 1 ədəd nikel, 26. plastik qablar-25 ədəd 27. saxlama qabı 10 ədəd böyük 28. dəmir sarımsaq sıxan 29. dəmir qoz qıran 30. tort götürmək üçün dəmir lapatka-1 ədəd 31. kabab etmək üçün dəmirşiş-12 ədəd 32. ət qızartmaq üçün setka -1 ədəd 33. xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, dairəvi meyvə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka- 1 ədəd, araq rumkası -6 ədəd, duz qabı-12 ədəd) 34. qaşıq dəsti (mixior)- 12 nəfərlik, 35. çətir 36. xalça- 3 ədəd 37. yataq dəsti- 6 ədəd 38. çay dəsmalı -12 ədəd; 39.1 nəfərlik yataq dəsti-2 ədəd 40. yastıq üzü -6 ədəd, 41. hamam dəsmalı -4 ədəd, 42. yun əlcək papaq dəsti, 43. yun şalvar-4 ədəd, 44. yun kalqotka, 45. kosmetika naborum 46. geyim əşyalarım və paltarlarım 47. mətbəxdə istifadə üçün kiçik mətbəx avadınlıqları (duz,istiot, qaşıq, bıçaq, badımcan soymaq üçün bıçaq, əl mikseri,). 48. taxta qaşıq naboru 49. evdə və çöldə istifadə etmək üçün süpürgə 50. kişi və qadın üçün ev ayaqqabılar (8 ədəd) 51. istifadə etmək üçün aldığı yağ və mürəbbələr 52. Bagema stopka -6 ədəd 53. radio diskli( vall) – 1ədəd 54. madonna servis-6 nəfərlik 55. servis kitayski -24 nəfərlik, 56. rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd 57. Xrustal gül qabı- 2ədəd 58. Çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd) 59. divan kreslo üstü- 1 ədəd. 60. madonna nəlbəki-24 ədəd 61. balaca nəlbəki-24 ədəd 62. limon qabı xrustal (yarpaq)-12 ədəd 63. güllü boşqab dəsti-12 ədəd 64. gül qabı şüşə- 1 ədəd 65. mətbəx dəsti- 24 ədədlik 66. duz qabı- plastik 67. vedrə-( dəmir, 3 ədəd plastik) 68. vanna (böyük göy, qırmızı, 1 ədəd ,kiçik-bozrəng- 1ədəd , ağ 1 ədəd,) 69. hamamda plastik -stəkan 70. şirri stəkan, qırmızı stəkan 71. mətbəxdə krafinka -2 ədəd 72. zərli pərdə- 6 metrlik 73 meyvə qabı şüşə- 2 ədəd 74. mürəbbə qabı şüşə- ədəd 75. salat qabı şüşə- 6 ədəd 76. soba üçün şüşə qab- 1 ədəd 77. tava -(1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal) 78. şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları- 1 ədəd 80. şaxta baba oyuncaq – 1 ədəd

81. çərçivədə dua- 1ədəd 82. ayaqaltı böyük- 1 ədəd 83 xəkəndaz-2 ədəd (dəmir, plastik)

84. pol silən- 2ədəd 85. sabun qabı- 2ədəd 86. şampun saç- 2 ədəd böyük 87. parça – (3 metr qarmon, 3 metr-ipək) 88. pərdə (ipək)- 1ədəd. 89. döşək yığmaq üçün çanta- 6 ədəd

90. süfrə -6 ədəd 91 plastik buket gül-27 ədəd 92. şüşə çərçivə- 1 ədəd 93. divarşəkli kərbala-1 ədəd 94. coca-cola stəkan – 12 ədəd 95. şokki-mokki stəkan- 12 ədəd 96. zibil qabı- 1ədəd 97. soğan qabı- 2 ədəd 98. paltarsetkası- 2 ədəd 99. gül əkmək üçün qab- 2ədəd 100. Kodisaner samsung- 1ədəd 101. çanta- 2ədəd 102. çek- ədəd (dövlət tərəfindən verilən) 103. sənədlər və fotoşəkillər 104. video kasetlər 105. böyük kasa şüşə (yemək üçün)- 2 ədəd 106. şüşə salfet qabı-2 ədəd 107. boşqab yığmaq üçün plastik- 1ədəd 108. soyuducu üçün maqnit- 10 ədəd 109. oxlov- 1ədəd 110. ət taxtası- 1ədəd 111. plastik veşilka- 1ədəd olan cehiz əşyalarının Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavadeh Cavabdeh ilə xx.xx.2012-ci il tarixində qeyri-rəsmi nigaha daxil olmuşdur. Nikahları qeyri-rəsmi olmasına baxmayaraq el adət-ənələrinə uyğun olaraq cavabdehin evinə cehiz əşyalarını aparmışdır. Bütün qohum-əqraba və qonşular da onun oğlan evinə cehiz apardığının şahidi olmuşlar. Birgə yaşadıqları dövrdə cavabdehə yeni ev tikməkdə maddi yardım göstərmişdir. Cavabdehlə ailə münasibətləri baş tutmadığına, heç bir yerdə işləmədiyinə, ailənin maddiyatı ilə maraqlanmadığına görə, eləcə də ona xəsarət yetirdiyi üçün o, 2019-cu ilin avqust ayında ayrılmışdır. Bununla yanaşı, cavabdeh ona hədə-qorxu gələrək, onu ölümlə hədələyərək onu evdən qovarkən toy zamanı gətirdiyi cehiz əşyalarını geri verməyəcəyini bildirmişdir. Toy zamanı cavabdehin evinə xeyli miqdarda cehiz əşyaları aparmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbində qeyd edilən cehiz əmlaklarının ona geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh arasında barışıq sazişi bağlanmış, həmin sazişə əsasən İddiaçı öhdəsinə götürür ki, Cavabdeh yaşadığı və satdığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat -2 qəs. R.Göyüşov küçəsində yerləşən fərdi yaşayış evinə (qanunsuz tikili) məhkəmə qaydası ilə müəyyən edilmiş evə köçürülmə hüququndan və orada yaşamaqdan imtina edir və bunun müqabilində Cavabdeh İddiaçı kompensasiya olaraq 19.900 manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsilə ödəyir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5449/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evə köçürülməyi və mənzilə dair istifadə hüququnun tanınması barədə iddia ərizəsi təmin olunmamışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7157/2021 saylı qətnaməsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5449/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Ağayeva X2 rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində yerləşən, əvvəllər yaşadığı qeydiyyatsız evə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-562/2022 saylı Qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7157/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında Qərardan görünür ki, Cavabdeh mənzilində olan İddiaçı məxsus cehiz əşyalarının – sandığın, jurnal stolunun, çay servisinin, ağ mebel yataq dəstinin, paltartikən maşının, çörəkbişirənin, paxlava bişirənin, samovarın, şirəçəkənin, ətçəkənin, kofeçəkənin, satat doğrayanın, 2 ədəd termosun, 2 ədəd tefal çaydanın, 3-4 ədəd xalçanın, 2 ədəd kreslonun, kofe servisinin, baqemanın, dəmir (hind) qabın üzərinə həbs qoyulmuşdur. -xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 15.00-15.30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili X1 iştirak edərək, 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:M.Mehriban). Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 23 iyul 2012ci il tarixində qeyri-rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları olmamışdır. Hazırda iddiaçı ona məxsus cehiz əşyalarının cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyildir. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması məqsədilə hazırki iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məhəmmədi kəndinə yerləşən İddiaçı cehiz əşyalarının olduğu evdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarından bir qismi – Eko kardioqram aparatı (cardipiya 200); tefal çaydan çaynik dəsti (2 ədəd); mətbəx üçün süfrə dəsti (4 ədəd); mətbəx üçün moyka; mətbəx üçün aspirator; mətbəx üçün qaz piltəsi; 3 metr uzunluqda kabel (trannik); kofe dəsti (12 ədəd); salfet qabı-dəst; padnos dəsti (6 ədəd); şüşə qab-4 ədəd; 4 ədəd nikel qazan; aliminium rəngdə qazan-5 ədəd; mürəbbə bişirmək üçün ləyən- 4 ədəd (2-si balaca iki litrlik şirri, 1 ədəd böyük şirri, 1 ədəd böyük aliminium, 1ədəd nikel); plastik qablar-25 ədəd; dairəvi meyvə qabı 1 ədəd, araq rumkası-6 ədəd, duz qabı-12 ədəd; qaşıq dəsti (milxior)-12 nəfərlik; çətir; xalça-3 ədəd; çay dəsmalı-12 ədəd; 1 nəfərlik yataq dəsti-2 ədəd; yastıq üzü-6 ədəd; hamam dəsmalı-4 ədəd; yun əlcək papaq dəsti; yun şalvar-4 ədəd; yun kalqotka; kosmetika nabor; geyim əşyaları və paltarları; mətbəxdə istifadə üçün kiçik mətbəx avadanlıqları (duz, istiot, qaşıq, bıçaq, badımcan soymaq üçün bıçaq, əl mikseri); taxta qaşıq naboru; evdə və çöldə istifadə etmək üçün süpürgə; kişi və qadın üçün ev ayaqqabıları (8 ədəd); istifadə etmək üçün aldığı yağ və mürəbbələr; radio diskli (vall)-1 ədəd; hamamda plastik-stəkan; şirri stəkan, qırmızı stəkan; mürəbbə qabı şüşə-ədəd; kondisioner samsung-1 ədəd; çanta-2 ədəd; çek-ədəd (dövlət tərəfindən verilən) və sənədlər və fotoşəkillər iddiaçıya cavabdeh tərəfindən geri qaytarılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Mülki iş üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların qanunsuz olaraq ondan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan cehiz əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsində sadalanan 111 adda cehiz əmlaklarından bir sıra əşyaları iddiaçıya qaytarılmışdır. Lakin, iddia ərizəsində qeyd edilən 70 adda cehiz əmlakları cavabdeh tərəfindən qaytarılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış, Alman istehsalı dəhliz mebeli (3 yarus), mebel çərçivədə divarsaatı, Eurolux mikser, radiator, servis naborçay dəsti (12 ədəd), xrustal tort qabı, şirri qazan 5 dəst, şirri qazan 3 ədəd, aş qazan aliminuyum 2 ədəd, aş süzən - 2 ədəd, saxlama qabı 10 ədəd böyük, dəmirsarımsaq sıxan, dəmir qoz qıran, tort götürmək üçün dəmir lapatka-1 ədəd, kabab etmək üçün dəmir şiş-12 ədəd, ət qızartmaq üçün setka - 1 ədəd, xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka - 1 ədəd), yataq dəsti- 6 ədəd, bagema stopka -6 ədəd, madonna servis-6 nəfərlik, servis kitayski -24 nəfərlik, rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd, xrustal gül qabı- 2 ədəd, çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd), divan kreslo üstü- 1 ədəd, madonna nəlbəki-24 ədəd, balaca nəlbəki-24 ədəd, limon qabı xrustal (yarpaq)-12 ədəd, güllü boşqab dəsti-12 ədəd, gül qabı şüşə- 1 ədəd, mətbəx dəsti- 24 ədədlik, duz qabı- plastik, vedrə - (dəmir, 3 ədəd plastik), vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçikbozrəng- 1ədəd, ağ 1 ədəd), mətbəxdə qrafinka - 2 ədəd, zərli pərdə - 6 metrlik, meyvə qabı şüşə - 2 ədəd, salat qabı şüşə- 6ədəd, soba üçün şüşə qab- 1 ədəd, tava -( 1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal), şirri vedrə qapaqlı- 1ədəd, yolka ağacı və oyuncaqları- 1ədəd, şaxta baba oyuncaq – 1 ədəd, çərçivədə dua- 1ədəd, ayaqaltı böyük- 1 ədəd, xəkəndaz-2 ədəd (dəmir, plastik), pol silən- 2 ədəd, sabun qabı-2ədəd, şampun saç- 2 ədəd böyük, parça – (3 metr qarmon, 3 metr-ipək), pərdə (ipək)- 1ədəd, döşək yığmaq üçün çanta- 6 ədəd, süfrə -6 ədəd, plastik buket gül-27 ədəd, şüşə çərçivə- 1 ədəd, divarşəkli kərbala-1 ədəd, coca-cola stəkan – 12 ədəd, şokki-mokki stəkan - 12 ədəd, zibil qabı- 1 ədəd, soğan qabı- 2 ədəd, paltarsetkası- 2 ədəd, gül əkmək üçün qab- 2 ədəd, video kasetlər, böyük kasa şüşə (yemək üçün)- 2 ədəd, şüşə salfet qabı-2 ədəd, boşqab yığmaq üçün plastik- 1 ədəd, soyuducu üçün maqnit- 10 ədəd, oxlov – 1 ədəd, ət taxtası- 1ədəd, plastik veşilka- 1 ədəd olan cehiz əşyaları Cavabdeh alınaraq İddiaçı geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin.

1. Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış

2. Alman istehsalı dəhliz mebeli (3 yarus)

3. mebel çərçivədə divarsaatı

4. Eurolux mikser

5. radiator

6. servis naborçay dəsti (12 ədəd)

7. xrustal tort qabı

8. şirri qazan 5 dəst

9. Şirri qazan 3 ədəd 10.aş qazan aliminuyum 2 ədəd

11. aş süzən - 2 ədəd

12. saxlama qabı 10 ədəd böyük 13.dəmirsarımsaq sıxan 14.dəmir qoz qıran 15.tort götürmək üçün dəmir lapatka-1 ədəd 16.kabab etmək üçün dəmir şiş-12 ədəd 17.ət qızartmaq üçün setka - 1 ədəd 18.xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka - 1 ədəd) 19.yataq dəsti- 6 ədəd 20.Bagema stopka -6 ədəd 21.madonna servis-6 nəfərlik 22.servis kitayski -24 nəfərlik 23.rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd 24.xrustal gül qabı- 2ədəd 25.çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd) 26.divan kreslo üstü- 1 ədəd. 27.madonna nəlbəki-24 ədəd 28.balaca nəlbəki-24 ədəd 29.limon qabı xrustal (yarpaq)-12 ədəd 30.güllü boşqab dəsti-12 ədəd 31.gül qabı şüşə- 1 ədəd 32.mətbəx dəsti- 24 ədədlik 33.duz qabı- plastik 34.vedrə - (dəmir, 3 ədəd plastik) 35.vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçik-bozrəng- 1ədəd, ağ 1 ədəd) 36.mətbəxdə qrafinka - 2 ədəd 37.zərli pərdə - 6 metrlik 38.meyvə qabı şüşə - 2 ədəd 39.salat qabı şüşə- 6ədəd 40.soba üçün şüşə qab- 1 ədəd 41.tava -( 1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal) 42.şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları- 1ədəd 43.şaxta baba oyuncaq – 1 ədəd 44.çərçivədə dua- 1ədəd 45.ayaqaltı böyük- 1 ədəd 46.xəkəndaz-2 ədəd (dəmir, plastik) 47.pol silən- 2ədəd 48.sabun qabı- 2ədəd 49.şampun saç- 2 ədəd böyük 50.parça – (3 metr qarmon, 3 metr-ipək) 51.pərdə (ipək)- 1ədəd 52.döşək yığmaq üçün çanta- 6 ədəd 53.süfrə -6 ədəd 54.plastik buket gül-27 ədəd 55.şüşə çərçivə- 1 ədəd 56.divarşəkli kərbala-1 ədəd 57.coca-cola stəkan – 12 ədəd 58.şokki-mokki stəkan - 12 ədəd 59.zibil qabı- 1ədəd 60.soğan qabı- 2 ədəd 61.paltarsetkası- 2 ədəd 62.gül əkmək üçün qab- 2ədəd 63.video kasetlər 64.böyük kasa şüşə (yemək üçün)- 2 ədəd 65.şüşə salfet qabı-2 ədəd 66.boşqab yığmaq üçün plastik- 1ədəd 67.soyuducu üçün maqnit- 10 ədəd 68.oxlov – 1 ədəd 69.ət taxtası- 1ədəd 70.plastik veşilka- 1ədəd Cehiz əşyaları Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar