Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-799/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun qazancın və başqa gəlirlərinin dörddə bir hissəsində aliment məbləğinin və 05 oktyabr 2022-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər 300 manat pul məbləğinin (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən) tutularaq Cəfərova (Rüstəmli) Vəfa Azad qızının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı 29 mart 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X4 1085 saylı nömrə ilə qeydə alınmış nikahın pozulmasını, tərəflərin birgə nikahlarından anadan olmuş 05 oktyabr 2022-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanmasını və 05 oktyabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun qazancın və başqa gəlirlərinin dörddə bir hissəsində aliment məbləğinin və 05 oktyabr 2022-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər 300 manat pul məbləğinin (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən) tutularaq Cəfərova (Rüstəmli) Vəfa Azad qızının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ilə Cəfərova (Rüstəmli) Vəfa Azad qızı 29 mart 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzi Qediyyat Şöbəsində 1085 saylı qeyd ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 1 övladları – 05 oktyabr 2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında nikah bağlandıqdan sonra bir müddət münasibətləri qaydasında olsa da, qısa müddət sonra münasibətləri pozulmuşdur. İddiaçı körpə qızı ilə bərabər evlənib köçdüyü evdən məcburi çıxarılmışdır. İddiaçı və 05 oktyabr 2022-ci il təvəllüdlü X5 bütün əmlakı Cavabdeh məxsus evdə qalmışdır. Cavabdeh 23 sentyabr 2024-cü il tarixdə müvafiq tələblər barədə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixə mediasiya sessiyasına dəvət olunmasına baxmayaraq iştirak etməmişdir. Bununla bağlı arayış təqdim olunmuşdur. Belə ki iddiaçı işləmir, övladı isə körpə olduğu üçün onun saxlanması kifayət qədər xərc tələb edir. Eyni zamanda uşağın səhhəti ilə bağlı Nitq inkişaf psixoloji Mərkəzdə mütəmadi müayinə və müalicə alır. İddiaçı bir ana kimi övladının sağlamlığı üçün əlindən gələni edərkən, cavabdeh öz üzərinə düşən öhdəlikdən yayınmaqdadır. Yaranmış vəziyyət iddiaçının hazırda maddi vəziyəti olduqca çətinləşdirmişdir. Azyaşlı körpəsi ilə çətin vəziyyətdə qalan iddiaçının cavabdehdən ən qısa müddətdə aliment almağa ehtiyacı vardır. Cavabdeh rəsmi iş yeri mövcuddur, əmək haqqi alır. Lakin buna baxmayaq övladının saxlanmasında öz üzərinə düşən öhdəlikdən yayınır, övladının sağlamlığı və s ilə maraqlanır. Cavabdehin rəsmi iş yeri olduğuna görə uşağın saxlanması üçün ondan əmək haqqı və digər gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin və uşağın 3 yaşına çatana qədər saxlanılması üçün əlavə olaraq 300 manat məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən - nikahın pozulması, birgə nikahdan anadan olmuş 05 oktyabr 2022-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılması hissəsində qəbul edərək, uşağın saxlanılması üçün, habelə iddiaçıya ödənilməsi nəzərdə tutulması aliment tələbi hissəsi ilə razı olmadığını bildirdi. Cavabdeh əlavə olaraq qeyd etdi ki, uşağın saxlanması üçün 246 manat aliment ödəməyə razıdır. Yaşadığı ev ipoteka ilə yüklüdür, həmin ev üçün aylıq 328 manat kredit ödəyir. 300 manat da başqa kredit üzrə borcunu ödəyir. Uşağı saxlamaq tək onun vəzifəsi deyil, ana da pul xərcləməlidir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 3 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 497939 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında nikah xx.xx.2022ci il tarixdə 1085 sayla bağlanmışdır. 4 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Atası Cavabdehdur və anası İddiaçı qeyd olunmuşdur. X7 42 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X6 inkişaf və psixoloji, loqoped, pedaqoq və düyü bütünləmə məşğələrində iştirak edib. Hal-hazırda da reabilitasiyaya davam edir. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-1344-9/2-718 nömrəli məktubundan görünür ki, Cavabdeh hal-hazırda Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir və dekabr 2024-cü il tarixinə gəlir vergisi və digər tutulmalar aparıldıqdan sonra əmək haqqısı 1416 (min dörd yüz on altı) mana 94 qəpik təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 09:10-10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Maddə 85.1.1. Nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: 6.1-ci bəndinə əsasən, nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 05 oktyabr 2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, buna nail ola bilməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilməsi təklif olunmuş, lakin tərəflər, aralarında olan nikahın pozulmasına təkid edirlər, ailənin bərpasına ümid yoxdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-525/2024 nömrəli qərardadına əsasən iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq 05 oktyabr 2022-ci il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə iddia tələbinin “nikahın pozulması və uşağın ananın yanında saxlanılması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, Cavabdeh nikahın pozulması və uşaq hissəsində iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, yetkinlik yaşına çatmayan uşağın da mənafeyinə uyğundur. Buna görə də cavabdehin bu hissədə iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Barışıq üçün vaxt verilməsinə etiraz edərək, tərəflərin nikahın pozulmasını təkid etməsi, eyni zamanda, ailənin tamlığının saxlanılmasının mümkün olmaması nəzərə alınmaqla, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı Asan Xidmət X3 xx.xx.2022-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 1085 nömrəli qeyd ilə bağlanmış nikah pozulmalıdır. Tərəflər arasında birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalmasına dair mübahisə olmamasını, uşağın azyaşlı olmaqla ana nəvazişinə və qayğısına ehtiyacı olmasını nəzərə alıb məhkəmə hesab edir ki, 05 oktyabr 2022-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaq anasının yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə, mənafelərinə xidmət edəcəkdir. Məhkəmə iddianın uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Hazırki halda məhkəmə Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin onun gəlirlərinin ¼ hissəsi miqdarında tutulması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Cavabdehin “246 manat sabit pul məbləğində ödəməyə qadir olması” barədə etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud hazırkı halda cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi qanunvericiliyə görə sabit pul məbləğində aliment tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə şərtləndirilmişdir. Hazırda İddiaçı cavabdehin gəlirlərinin kifayət qədər olmasını əsas gətirərək tutulan aliment məbləğinin hər ay qazancın ¼ hissəsi miqdarında müəyyən edilməsini məhkəmədən xahiş etdiyindən, məhkəmə alimentin cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə alimenti bu qaydada müəyyən edərkən iddiaçının tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanın üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. İddia tələbinin “uşaq 3 yaşına çatanadək hər ay 300 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ göstəriş kimi müəyyən edir. Məhkəmə hesab edir ki, uşaq körpə olduğundan daimi ana qulluğuna ehtiyacının olması zərurəti, bu halın isə iddiaçının özünün müstəqil qazanca malik olmaq imkanını məhdudlaşdırması və ya uşağın saxlanması üçün zəruri xərclərin artmasına səbəb ola biləcəyi, habelə uşağın gündəlik tələbatlarını, sağlamlıq, geyim və digər zəruri ehtiyaclarının ödənilməsinin zəruri olması nəzərə alınmalıdır. Məhz uşağın mənafeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin uşağı 3 (üç) yaşına çatmadığından iddiaçının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Məhkəmə uşağın mənafeyini əsas götürərək, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh 05 oktyabr 2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə bu qənaətə gələrkən elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh mülkiyyətində olan əmlaklara dair məlumatlara əsasən, cavabdehin mövcud reallıq üçün yetərli sayda daşınmaz əmlaklara (maliyyə imkanlarına) sahib olmasını və cavabdehin əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X2 1085 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. 05 oktyabr 2022-ci il təvəllüdlü X6 İddiaçı yanında (himayəsində) qalsın. xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-525/2024 nömrəli qərardadı nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-799/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-799/2025
03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver