Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-852/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 416 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış 29 iyun 2022-ci il tarixli MAS-4858 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-4858 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “X3” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2(006)-904/2023 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 3521.83 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. AR X6 İdarəsi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli EQ 10648922 saylı protokola görə 64 manat, xx.xx.2022-ci il tarixli EQ 10648921 saylı protokola görə 64 manat, xx.xx.2022-ci il tarixli EQ 10745722 saylı protokola görə 16 manat, xx.xx.2022-ci il tarixli EQ 10715349 saylı protokola görə 64 manat, xx.xx.2022-ci il tarixli EQ 11116275 saylı protokola görə 160 manat, xx.xx.2022-ci il tarixli EQ 11245065 saylı protokola görə 64 manat, ümumilikdə 416 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, Cavabdeh evdə olmadığından bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Mülki iş materiallarında olan iddiaçı ilə X4 arasında bağlanmış 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X1 görünür ki, iddiaçı, 2022-ci il buraxılışlı, "Khazar SD" markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440123 ban nömrəli, ağ rəngli avtomobili illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə X2 lizinqə verməyi, X4 isə bu müqavilə ilə müəyyənləşdirilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Mülki iş materiallarında olan X4, cavabdeh və iddiaçı arasında bağlanmış 29 iyun 2022-ci il tarixli MAS-4858 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-4858 saylı X3 üzrə X4 iddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri cavabdehə ötürməyi, cavabdeh isə bu öhdəlikləri X2 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada iddiaçının qarşısında tam həcmdə və lazımınca yerinə yetirməyi öhdələrinə götürmüşlər. Mülki iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e- 2(006)-904/2023 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) İddiaçı MMC-nin iddası təmin edilərək, Cavabdeh 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı Daxil lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 oktyabr 2022ci il tarixə 637.45 manat gecikdirilmiş əsas, 369.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 310.44 manat dəbbə pulu, 2204 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3521.83 manat borc və ödənilmiş 55.62 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh tərəfindən “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı onun istifadəsində olduğu müddətdə yaranmış inzibati hüquq pozmalara görə 416 manat cərimə ödənişi ödənilmişdir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2517 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Mülki iş materiallarında olan ödəniş qəbzindən (No:**********8) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı Cavabdeh inzibati xəta protokolları ilə əlaqədar ödədiyi 416 manat pul məbləğinin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etməkdə də haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 416 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-242 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 416 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-852/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-852/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver