Məhkəmə qərarları › İş №e-2(006)-923/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-923/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-923/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 300.000 (üç yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən N saylı hərbi hissədə 2-ci tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci ildə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülmüş, həmin hərbi hissədə də 3-cü tağımın komandir müavini vəzifəsində işləmişdir. xx.xx.2016-cı ildə o, xidməti davam etdirmək üçün N nömrəli kəşfiyyat hərbi hissəsinə köçürülmüşdür. xx.xx.2016-cı il tarixdə isə N saylı hərbi hissəyə tağım komandirinin müavini göndərilmiş, xx.xx.2017-ci il tarixdə isə N saylı hərbi hissədən N saylı hərbi hissəyə atəş sahə rəisi vəzifəsinə təyin edilmişdir. May ayının əvvəlində işgəncəyə aparılan iddiaçı otağa salındıqda həmin şəxslər gözünü qara rəngli əski ilə bağlayıb, ilk öncə Elçin Əliyev və Cabir Qəhrəmanov üstünə soyuq su tökməyə başlamışlar. Ondan sonra Elçin Əliyev elektrik naqilinin birini ayaq barmağına, birini də xayasına bağlamış və ona cərəyan verməyə başlamışdır. Eyni zamanda Cabir Qəhrəmanov plastmas boru ilə onu döyməyə başlayıb müxtəlif nahiyələrinə vurub, erməniyə neçə əsgər satdığını soruşmuşdur. O da bu işlərdən xəbəri olmadığını bildirmişdir. Təxminən 5-6 saat Elçin Əliyev və Cabir Qəhrəmanov ona işgəncə verdikdən sonra onu otaqdan lüt halda sürüyüb çıxardıb birinci mərtəbəyə aparmışlar. Birinci mərtəbəyə aparanda Cabir Qəhrəmanov demişdir ki, onun ermənilərlə cinsi əlaqədə olmasını həkimlər baxıb sübut edəcəklər. Ondan sonra sürüyüb onu birinci mərtəbəyə düşürtmüşlər və orada onu əyib anal dəliyini müayinə etmişlər. Cabir Qəhrəmanov onda cinsi zorakılıq əlamətləri olub olmadığını soruşanda həkim olmadığını bildirmiş, həmin vaxt ikinci dəfə Cabir Qəhrəmanov həkimin üstünə qışqırıb soruşduqda həkim cinsi zorakılıq əlamətlərinin olduğunu demişdir. Ondan sonra Cabir Qəhrəmanov və Elçin Əliyev onu birinci mərtəbədə guya ermənilərə işləmələri ilə bağlı izahat verən hərbi qullquçuların olduğu otağa aparmışlar. Orada onun gözünü Cabir Qəhrəmanov açmış və demişdir ki, “bax bunlar artıq etiraf ediblər”. Orada tanıdığı şəxslərdən Elxan Ağazadə, Mehman Hüseynov, Əlizamin Quliyev, Müşfiq Əhmədli və adların bilmədiyi çox sayda şəxs olmuşdur. Həmin şəxslərin bədənlərində və başlarında müxtəlif çoxsaylı xəsarətlər olmuş, hamısının bədəni qan olmuşdur. O yenə də heç nədən xəbəri olmadığını demiş, belə olan halda Elçin Əliyev və Cabir Qəhrəmanov onu sürüyüb ikinci mərtəbəyə qaldırmışlar və bir otağa salmışlar. Həmin vaxt gözləri bağlı olduğuna görə hansı otaq olduğunu və otağın əlamətlərini bilməmişdir. Həmin vaxt səsindən tanıdığı Hikmət Həsənov ora gəlmiş və onun etiraf edib etmədiyini soruşmuşdur. Cabir Qəhrəmanov demişdir ki, guya onun da anal dəliyində zorakılıq əlamətləri vardır. Belə olan halda Hikmət Həsənov demişdir ki, “ya düzün de, ya da burdan meyitin çıxacaq”. Həmin vaxt səslərindən tanıdığı Teymur Məmmədov, Bəyov Firdovsi və Qiyas Abbasov da orada olmuşdur. Onun etiraf etmədiyini görəndə Hikmət Həsənov özü, Teymur Məmmədov, Qiyas Abbasov və Firdovsi Bəyov özləri ona təpik zərbələri vurmağa başlamışlar. 20-25 dəqiqə onu döydükdən sonra Hikmət Həsənov və onun yanında olan adını göstərdiyi şəxslər otaqdan çıxmışlar. Hikmət Həsənov göstəriş vermişdir ki, onu başqa şəxslər sorğulamağa başlasınlar. Bir neçə dəqiqədən sonra hiss etmişdir ki, otağa bir neçə şəxs daxil olmuşdur. Onun gözünü açmışlar. Gözləri açılanda görmüşdür ki, qarşısında bir neçə qara maskalı şəxs vardır. Həmin şəxslərdən birinin N saylı hərbi hissənin hərbi qulluqçusu Ruslan Mikayılov olduğunu görmüşdür. Digərləri də maskalarını çıxartmışlar və görmüşdür ki, hərbiçilər bir yerdə əvvəllər xidmət etdiyi N saylı hərbi hissənin hərbi qulluqçuları- Qurban Cümşudov, Rəşad Hacıyev, Polad Əzizov və N saylı hərbi hissəsin xüsusi təyinat kəşfiyyat bölüyü komandiri Anar Ramazanovdur. Ruslan Mikayılov ona demişdir ki, ermənilərə işlədiyini boynuna alsın, əgər almasa onu öldürəcəklər. Qurban Cümşüdov balaca qaz sobasında dəmiri qızdırıb bədəninin müxtəlif yerlərinə basıb ona işgəncə vermişdir. Bundan başqa Rəşad Hacıyev elektrik naqilini mina partladılması üçün nəzərdə tutulan qurğunun ayaqlarına bağlayıb ona cərəyan vermişdir. Həmin cərəyan nəticəsində o, qalxıb yerə çırpılmışdır. Döşəmə köhnəlmiş taxtadan olmuş, döşəmənin çox yeri dağılmış vəziyyətdə olmuşdur. Anar Ramazanov başını su ilə dolu vedrəyə salıb boğmuşdur. Əskini sifətinə qoyub vedrə ilə suyu başına tökmüşlər. Rəşad Hacıyev və Qurban Cümşüdov iki ayaq dırnağını kəlbətinlə çəkib çıxarmışlar. Polad Əzizov da plastik boru ilə bədəninə xəsarətlər yetirmişdir. Bundan başqa Polad Əzizov bədən nahiyyəsindən kəlbətinlə dərisini dartıb qopartmışdır. Beləliklə, ona bir neçə gün işgəncə vermişlər. Məhkəmə-tibbi ekpertizasının xx.xx.2017-ci il tarixli 2070 №-li ekspert rəyindən görünür ki, İddiaçı oğlunun bədən səthində hər iki yuxarı və aşağı ətrafların, hər iki bel və sağrı nahiyələrinin çoxsaylı yanıq yaralarının sağalmış izləri olan çapıq toxumaları, hər iki kürək və bel nahiyələrinin çoxsaylı hematoma və qançırlarının sağalmış izləri olan piqmentasiyaları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən yanıq yaraları yüksək hərarətin yerli, hematoma və qançırlar isə bərk küt əşyanın (nıralayşə) təsirindən törənmişlər, müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından 5-6 ay əvvəl törənməyə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İddiaçı oğlu barəsində əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 676 №-li rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşağıdaki xəsarət izləri aşkar edilmişdir: a) Hər iki saiddə, sol əlin arxa səthində, döş qəfəsinin arxa səthində, hər iki sağrı nahiyəsində, sağ bazunun yuxarı 1/3-in yan səthində yanıq yaraların sağalmış izləri olan çapıq toxumalar aşkar edilmişdir. Həmin xəsarətlər yüksək hərarətin təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərrvurmaya aiddirlər. b) Sol əlin arxa səthində piqmentasiya sahəsi aşkar edilmişdir. Qeyd edilən xəsarət yüksək hərarətin-yanan siqaretin termiki təsirindən törənmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. c) Bel nahiyəsində, sağ budda, sol baldırda, sol ayağın üst səthində çapıq toxumalar aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (nıralayşə) təsirindən törənmişlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Yuxarıda göstərilən xəsarətlərlə əlaqədar tibbi sənəd olmadığından onların dəqiq yetirilmə müddətləri haqqında fikir söyləmək mümkün deyildir, lakin şəxsin özünün göstərdiyi vaxtda və şəraitdə əmələ gəlmələri də inkar edilmir. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Ələsgərov Vüsal Əziz oğlu xx.xx.2017-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq işləməklə İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstə üzvləri N nömrəli hərbi hissənin qərargah rəisi, mayor Niftəliyev Rəşid Ağaşərif oğlu, həmin hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat tağımının, kəşfiyyat manqasının kəşfiyyatçısı ,(ısıcıyalşutaiva) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 oğlu, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün 1-ci tağım, 1-ci manqasının baş kəşfiyyatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Ələsgərov Rüstəm Çərkəz oğlu və digərləri ilə birləşib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq həmin hərbi hissənin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən qanunsuz sorğu sual prosesinə cəlb olunmaları məqsədilə əvvəlcədən dəstə üzvləri ilə razılaşdırılmış qaydada N nömrəli hərbi hissənin Tərtər rayonunun Sarov və Cəmilli kəndlərində yerləşən inzibati binalarında qanunsuz olaraq sorğu sual prosesinə cəlb edilməklə onlara işgəncə verib gələcəkdə onların və digər hərbi qulluqçuların cinayət məsuliyyətinə cəlb edilmələrini təşkil etmək, özlərinin və digər hərbi qulluqçuların əleyhinə həqiqətə uyğun olmayan ifadələr almaq məqsədilə qeyd edilən yerlərdə həmin proseslərin aparılması üçün müvafiq şəraitin yaradılmasını, yəni qeyd edilən yerlərdə sorğulanma prosesinin aparılması məqsədilə dəstə üzvlərinin cəlb edilməsini və sorğuya cəlb edilmiş şəxslərə fiziki və psixi ağrılar yetirmək məqsədilə müvafiq alət və avadanlıqların gətirilməsini təşkil edərək hərbi qulluqçuların silahlı hərbi qulluqçuların müşayiəti altında fiziki və psixi zor tətbiq etməklə gətirilib qeyri-insani, ləyaqəti alçaldan rəftarlara məruz qalmalarını, eləcə də həmin proseslərin davam etdirilməsi və mütəşəkkil dəstənin niyyətinə nail olmaq məqsədilə hərbi qulluqçuların qeyd edilən yerlərdən N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsi və N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarına, habelə N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının haupt vaxtlarına, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsinə (hospital) və Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalına aparılmalarını təşkil edərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə N nömrəli hərbi hissənin bir qrup hərbi qulluqçularının xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin 157, N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının haupt vaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında mütəşəkkil dəstə tərəfindən törədilməklə onların həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla təkrarən işgəncə vermişdir. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 50 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı oğlu və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. İddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəlişəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir.

3. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə yazılı etiraz göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir ziyan vurmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir.

5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 60.530 (altmış min beş yüz otuz) manat, mənəvi zərərə görə 300.000 (üç yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı işgəncədə olan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə tağım komandirinin müavini vəzifəsində, gizir rütbəsində xidmətdə olmuşdur. Onun aylıq qazancı bu xidmətlə bağlı aldığı əmək haqqı və ona əlavələrdən ibarət olmuşdur. "xxxx" ASC-dən verilmiş çıxarışdan görünür ki, iddiaçının xx.xx.2017-xx.xx.2017ci il tarixləri ərzində ümumi gəliri 5,789.38 (beş min yeddi yüz səksən doqquz manat otuz səkkiz qəpik) manat olmuşdur. Qanunvericiliyin tələbinə əsasən, zərər vurulanadək zərərçəkmiş 12 aydan az işlədiyindən iddiaçının orta aylıq qazancı (gəliri) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməklə hesablanır ki, bu da iddiaçının aylıq qazancının (gəlirinin) 827 (səkkiz yüz iyirmi yeddi) manat olduğu deməkdir (5,789,38:7ay=827). İddiaçının müqavilə müddəti 2018-cu ilin aprel ayına qədər idi, beləliklə, iddiaçıya real zərər vurulmaqla 7 aylıq faktiki qazancından məhrum olub ki, bu 7,443 (yeddi min dörd yüz qırx üç) manat təşkil edir (827*7=7,443). Həmçinin iddiaçıya 2017 və 2018-ci illlər üçün istifadə edilməmiş məzuniyyət pulları, forma pulu, 13 və 14-cü ödənişlər edilməyib. Bunun əvəzi olaraq 3467 manat ödənilməsini istəyir. Eyni zamanda iddiaçı 2018-2023-ci illər üçün əlavə 5 illik müqavilədən də məhrum edilmiş və ona əldən çıxmış fayda şəklində zərər vurulmuşdur ki, bu da 49,620 (qırx doqquz min altı yüz iyirmi) manat ziyan təşkil edir (827*60 ay=49,620).

7. İddiaçı iddia tələbinin həcminin artırılması barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 54.240 manat, mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, maddi ziyana görə tələb edilən məbləğ Müdafiə Nazirliyindən alınmış məktub nəticəsində dəyişmişdir. Belə ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının aylıq pul təminatı 904.94 manat olmuşdur. İddiaçının müqavilə müddəti 2018-ci ilin aprel ayına qədər idi, beləliklə, iddiaçıya real zərər vurulmaqla 7 aylıq faktiki qazancından məhrum olub ki, bu 6.334 manat təşkil edir (904.94*7 ay=6.334). Həmçinin iddiaçıya 2017 və 2018-ci illər üçün istifadə edilməmiş məzuniyyət pulları, forma pulu, 13 və 14-cü ödənişlər edilməyib. Bunun əvəzi olaraq 2000 manat ödənilməlidir. Eyni zamanda 2018-2023-cü illər üçün əlavə 5 illik müqavilədən də məhrum edilmiş və ona əldən çıxmış fayda şəklində zərər vurulmuşdur ki, bu da 54.240 manat ziyan təşkil edir (904*60 ay =54.240).

a) Məhkəmə prosesi:

9. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdiklərini bildirib, təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 127 №-li Hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etməsi barədə məlumat göndərilmişdir. Məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli, N №-li əmr ilə hərbi hissəyə daxil olmuş, xx.xx.2017-ci il tarixli, N №-li əmr ilə hərbi hissədən Tovuz rayon SHXÇDX-yə göndərilmişdir.

13. 127 №-li Hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, N №-li əmrindən çıxarışdan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 012gm nömrəli əmri ilə İddiaçı ümumqoşun atış meydan rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək N nömrəli hərbi hissədən (Bərdə şəhərinə) gəlmiş hesab edilməsi, xx.xx.2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilmişdir.

14. 127 №-li Hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, N №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı, Qoşun atış meydanının rəisi, Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0377gm xx.xx.2017-ci il tarixli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “156”-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi xx.xx.2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon idarəsinə göndərilməsi, əmr edilmişdir.

15. 703 №-li Hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 378 №-li əmrindən çıxarışdan görünür ki, Gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 038gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin 7032-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün 2-ci motoatıcı taqım komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Tərtər şəhəri) gəlmiş hesab edilməsi, xx.xx.2016-cı il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminatlara qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilmişdir.

16. 703 №-li Hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 133 №-li əmrindən çıxarışdan görünür ki, 7032-ci motoatıcı taborun 4-cü motoatıcı bölüyünün 2-ci motoatıcı taqım komandirinin müavini Gizir İddiaçı Xidməti zərurətlə əlaqədar Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0148gm nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək N nömrəli hərbi hissə komandirinin sərəncamına çıxarıldığı üçün ştatdan kənar saxlanılması əmr edilmişdir.

17. 703 №-li Hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 185 №-li əmrindən çıxarışdan görünür ki, Gizir İddiaçı 2-ci motoatıcı taborun 4-cü motoatıcı bölüyünün 2-ci motoatıcı taqım komandirinin sabiq müavini, Müdafiə Nazirinin birinci müavini –Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0148gm №-li əmri ilə N №-li hərbi hissə komandirinin sərəncamına çıxarıldığı üçün işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, xx.xx.2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması, xidmətini davam etdirmək üçün Bərdə şəhəri, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. O, 2017-ci il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. 2017-ci il üçün nəzərdə tutulmuş maddi yardım göstərilib, 2017-ci ilin növbəti məzuniyyətindən 1 gün istifadə edib, 1 aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.

18. 703 №-li Hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissədə xidmət etmiş və onun pul təminatı xx.xx.2017-ci il tarixə bütün növ tutqular tutulduqdan sonra aşağıdakı kimi olmuşdur. Aylıq pul təminatı (hər ay üçün) 904.94 manat, məzuniyyət haqqı (ildə bir dəfə) 354.05 manat, maddi yardım (ildə bir dəfə) 473.00 manat, birdəfəlik pul mükafatı (ildə bir dəfə) 946.00 manat.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2062/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Əfsanə Heydərova) 2(006)-2062/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2062/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.

21. İş materiallarına, həmçinin, İddiaçı məxsus əmək haqqı kartı üzrə hesabdan çıxarış əlavə edilmişdir.

22. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(093)-58/2023 nömrəli hökmündən görünür ki, X2 həmin vəzifədə xidmət edərkən qeyd edilən məqsədlər üçün yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər və Ağdam rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 03 may 2017-ci il tarixdə günorta saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 2-ci tağımının komandirinin müavini, gizir İddiaçı barəsində dövlətə xəyanət şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, başını su ilə dolu vannaya salıb çıxartmaqla boğmuş, plastik borunu yandırıb bədənin müxtəlif nahiyyələrinə tökmüş, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxlamış, İddiaçı manqa komandiri Mehman Hüseynov tərəfindən düşmənə verilməsini və düşmən hərbi qulluqçuları tərəfindən zorlandığını bildirdikdən sonra qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü xx.xx.2017-ci il tarixində axşam saatlarınadək ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il axşam saatlarınadək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra cinayətkar əməllərini davam etdirib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissənin köhnə inzibati binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu hauptvaxtında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək isə Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissənin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan “hər iki saiddə, sol əlin arxa səthində, döş qəfəsinin arxa səthində, hər iki sağrı nahiyəsində, sağ bazunun yuxarı 1/3-in yan səthində yanıq yaraların sağalmış izləri olan çapıq toxumalar, sol əlin arxa səthində piqmentasiya sahəsi, bel nahiyəsində, sağ budda, sol baldırda, sol ayağın üst səthində çapıq toxumalar” xəsarətləri yetirib İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyriinsani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, 50 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı N nömrəli hərbi hissənin 7032-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün 2-ci motoatıcı taqım komandirinin müavini vəzifəsində və N nömrəli hərbi hissənin ümumqoşun atış meydan rəisi vəzifəsində işləyərkən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən müxtəlif yerlərdə ağır pisixi və fiziki işgəncələrə məruz qalmışdır. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır.

24. Beləliklə, İddiaçı məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilməsi hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır.

25. Hazırda iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən ona işgəncələr verilməsi nəticəsində mənəvi zərərə, həmçinin 7 aylıq faktiki qazancından məhrum olması, məzuniyyət pulunun, forma pulunun, 13 və 14-cü ödənişlərin ödənilməməsi, 5 illik müqavilədən məhrum edilməsi nəticəsində maddi ziyana məruz qaldığını bildirərək, 300.000 manat mənəvi zərərin, 54.140 manat maddi ziyanın cavabdeh Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini, cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

26. Məhkəmə Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən iddiaçının işgəncələrə məruz qalması nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına belə hüquqi qiymət verir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

27. Məhkəmə iddiaçı tərəfin izahatlarını və cavabdehin etirazını mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi “300.000 manat mənəvi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, “54.240 manat maddi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir.

28. İddia tələbinin “300.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmışdır. İddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 25.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ”mənəvi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 25.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. İddia tələbinin “54.240 manat maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, tələbin bu hissəsi iddiaçının əmək haqqı, ona əlavələr, son haqq-hesabı, əmək münasibətləri nəticəsində yaranan təminatları və əmək münasibətləri ilə əlaqədar əldən çıxmış fayda kimi əsaslandırılır.

30. İddiaçının məhrum olduğu əmək haqqı, ona əlavələr, son haqq-hesabı, əmək münasibətləri nəticəsində yaranan təminatları və əmək münasibətləri ilə əlaqədar əldən çıxmış fayda ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. Həmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırda qüvvədədir. İddiaçı hansı səbəbdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını sübut etməmişdir. Həmçinin, ona edilmiş işgəncələrin nəticəsində fiziki olaraq zədəli olduğu üçün xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını iddia etsə də, məlumdur ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmanın bir çox müxtəlif səbəbləri ola bilər (vəzifə funksiyalarını həyata keçirərkən yol verdiyi nöqsanlar və s.). Nəzərə alınmalıdır ki, iddiaçının qeyd etdiyi halda, yəni işgəncə nəticəsində yaranmış fiziki zədəsi (xəstəliyi) olduğu üçün ehtiyata buraxılsaydı, 156-cı maddənin “v” bəndinə (xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən rəsmiləşdirilmədi idi. Halbuki, Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. İddiaçının özünün hərbi qulluqçu, əmri verən qurumun isə dövlət orqanı olması nəzərə alındıqda, həmin əmrin qanuni olub-olmamasına hüquqi qiymət verilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin əmr qüvvədə olduğu, eyni zamanda, hazırda mübahisələndirilmədiyindən (hazırkı mübahisənin predmeti olmadığından) iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə edəcəyi halda, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdır. Məhkəmə onu da qeyd edir ki, bu mübahisə üzrə əsl cavabdeh Maliyyə Nazirliyi deyil, iddiaçının işəgötürəni qismində çıxış edən müvafiq dövlət orqanıdır. Bu tələbin cavabdeh Maliyyə Nazirliyinə qarşı təmin edilməsi həm də ona görə əsaslı hesab edilə bilməz ki, iddiaçı əmri mübahisələndirərək müsbət nəticə əldə etsə, dövlət büdcəsindən eyni məsələyə görə iki dəfə tutulma olacaq, bu isə yolverilməzdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur.

31. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

32. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

33. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir.

34. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

35. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

36. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

38. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

39. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

40. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

42. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

44. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 25.000 (iyirmi beş min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 25.000 (iyirmi beş min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar