Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-933/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Elmi-Tədqiqat Travmatologiya və X3 Hüquqi Şəxsi tərəfindən, cavabdehlə bağlanmış əmək müqaviləsi üzrə 14 aprel 2022-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinə qədər əmək haqqının, yəni 2520 manatın ödənilməsi və həmin əmək müqaviləsinə 17 oktyabr 2022-ci il tarixində Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilməsi zamanı son haqq-hesabın tam şəkildə ödənilməsi, yəni 1979 manat məbləğin ödənilməsi, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi 1000 manat hüquqi yardıma görə, ümumilikdə 5499 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı vəzifəsində, 2018-ci ildən etibarən isə həmin yerdə Ümumi heyətin Baş tibb bacısı vəzifəsində çalışırdı. Çalışdığı müddət ərzində, xüsusilə də pandemiya, müharibə və müharibə sonrası dövrlərdə öz vəzifə öhdəliklərini vicdan və məsuliyyətlə yerinə yetirmişdir. Bunu TƏBİB-dən, cavabdehdən, xidmət göstərdiyi vətəndaşlardan aldığı təşəkkürnamələr və cavabdehin əvvəlki direktoru İlqar Qasımov tərəfindən verilmiş xasiyyətnamə də təsdiqləyir. 2022-ci ilin fevral ayında cavabdehin direktoru dəyişmiş və Əlviz Qasımov direktor vəzifəsinə təyin edildi. Bu təyinatdan qısa bir müddət sonra Əlviz Qasımov heç bir səbəb olmadan, ona məlumat verilmədən, razılığını almadan barəsində xx.xx.2022-ci il tarixli “Vəzifənin dəyişdirilməsi haqqında” Əmr vermişdir. Həmin əmrə əsasən xx.xx.2022-ci il tarixindən etibarən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə Ümumi heyətin baş tibb bacısı vəzifəsindən 1,0 tarif 6-cı dərəcə ilə Əl cərrahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Həmin Əmr ona xx.xx.2022-ci il tarixində günortadan sonra təqdim olunmuşdur və əmri ona təqdim edən kimi heç bir əsas olmadan çox qısa müddətdə- iş vaxtı bitənədək qalan 2-3 saat ərzində otağını boşaltmağı və əlindəki işləri, sənədləri, preparatları yeni baş tibb bacısına təhvil-təslim etməyi tapşırılmışdır. Elmi-Tədqiqat Travmatologiya və X1 heyətin Baş tibb bacısı vəzifəsində 4 illik müddət ərzində apardığı işləri, sənədləşmələri, ona təhkim edilmiş preparatları, avadanlıqları 1-2 saat ərzində təhvil verməyi ağlabatan və mümkün olmadığından təhvil-təslim üçün əlavə müddət istədi. Çünki, bu ərizəsinə əlavə etdiyi təhvil aktlarından da göründüyü kimi təhvil verməli olduğu sənədlər, aparatlar və preparatlar olduqca məsuliyyət tələb edirdi və bu əsassız tələbə görə tələsik təhvil aktı imzalamaqla üzərinə bu ağır məsuliyyəti götürmək istəmədi. Əvvəlki otağına buraxılmağına yaradılmış maneələrə görə ancaq xx.xx.2022-ci il tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işlərini yekunlaşdıra bildi, təhvil-təslim siyahısını hazırladı və Təhvil Komissiyasına təqdim etdi. Onu təhviltəslim üçün bu qədər tələsdirdikləri halda Komissiya həmin təhvil-təslim aktını xx.xx.2022-ci il tarixində imzaladı. Ona qarşı yol verilmiş qanun pozuntularına görə “xx.xx.2022-ci il tarixli “Vəzifənin dəyişdirilməsi haqqında” Əmrin və xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh haqqında” Sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(006)-2904/2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixində cavabdehin əmri ilə “fəaliyyəti zamanı olan müxtəlif xüsusatların araşdırılması ilə bağlı” işdən kənarlaşdırılmışdır. Bu məsələ ilə bağlı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir, lakin həmin İdarə tərəfindən vəkilinə göndərilmiş xx.xx.2022-ci il tarixli 0212-2025 çıx-22 nömrəli məktubda onun tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktının təsdiqini tapmadığı bildirilmişdir. Göründüyü kimi, barəsində verilmiş işdən kənarlaşdırma əmri qanunsuz və əsassız olmuşdur. xx.xx.2022-ci il tarixində o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixində onun bank kartına son haqq-hesabla bağlı 1600 manat ödəniş edilmişdir. Onun xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixinə qədərki əmək haqqı ödənilməmişdir. Eyni zamanda, ödənilmiş 1600 manat əvvəlki illərə görə istifadə edilməmiş məzuniyyətə görə hissəvi aparılmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixinə qədər ona 2520 manat məbləğində əmək haqqı və 3579 manat məbləğində istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməli olduğu halda cavabdeh bu ödənişləri natamam yerinə yetirmiş, ona cəmi 1600 manat pul ödənilmişdir, yəni kompensasiya olaraq ödənilməli 1979 manat ödənilməmişdir. Hazırda haqqı olan 4499 manat məbləğ ona ödənilməmişdir. Bunları nəzərə alaraq, o, xx.xx.2022-ci il tarixində mediasiyaya müraciət etmişdir. Cavabdeh işin məhkəmədən qabaq barışıqla həlli üçün hər hansı cəhd göstərməmişdir və xx.xx.2022-ci il tarixində Bakı 6 Saylı Mediasiya təşkilatı mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış verilmişdir və mediasiya üçün 50 manat məbləğində rüsum ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, hazırki işlə bağlı iddiaya etiraz etmədiyini bildirmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli inzibati tənbeh haqqında Sərəncamın surətindən görünür ki, “X2 və Ortopediya İnstitutu” X8 Baş tibb bacısı İddiaçı işdə göstərdiyi səhlənkarlığa görə belə ki, yeni Baş tibb bacısının təyin olunması ilə əlaqədar təhvil-təslimi gecikdirdiyi və rəhbərliyin əmrinə tabe olmadığı üçün töhmət verilmişdir. -xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əl cərrahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. -xx.xx.2022-ci il tarixli, 142№-li Əmrin surətindən görünür ki, əl cərrahiyyəsi və yaralar şöbəsinin tibb bacısı (xx.xx.2022-ci il tarixə kimi baş tibb bacısı vəzifəsini icra edən) İddiaçı xx.xx.2022-ci il tarixdən işinin araşdırılması ilə bağlı yekun qərar verilənədək işdən kənar edilmiş və işə gəlmədiyi günlər üçün əmək haqqı ödənilməmişdir. -xx.xx.2022-ci il tarixli, 249№-li A.Səbinəyə ünvanlanan məktubdan görünür ki, fəaliyyətində (baş tibb bacısı vəzifəsində işləyərkən) olan müxtəlif xüsusatların araşdırılması ilə bağlı X8 müvafiq əmri ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən işdən kənar edilmişdir. -xx.xx.2022-ci il tarixli, 349№-li Əmrin surətindən görünür ki, əl cərrahiyyəsi və yaralar şöbəsinin tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən işdə hesab edilmiş, maliyyə şöbəsi tərəfindən əl cərrahiyyəsi və yaralar şöbəsinin tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən aylıq vəzifə maaşı və həvəsləndirici əlavəsinin hesablanması və ödənilməsi təmin edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2904/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı X4 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh PHŞ-ə qarşı “əmrin və sərəncamın ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və s.” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh PHŞ tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli “vəzifənin dəyişdirilməsi haqqında” 76 saylı Əmr və xx.xx.2022ci il tarixli, 02 saylı inzibati tənbeh haqqında sərəncam ləğv edilmiş, İddiaçı əvvəlki işinə (vəzifəsinə) –ümumi heyətin baş tibb bacısı vəzifəsinə bərpa olunmuş, xx.xx.2022-ci tarixindən etibarən iddiaçının indikinəmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı fərq, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğ və iddia ərizəsi məhkəməyə verilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilmişdir. -Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, baş idarədə aparılmış araşdırma zamanı İddiaçı tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır. -xx.xx.2022-ci il tarixli mədaxil qəzbindən görünür ki, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı olaraq 1000 manat məbləğində pul vəsaiti ödəmişdir. -xx.xx.2022-ci il tarixli my.gov.az-dan əldə edilən vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, “X2 və Ortopediya İnstitutu” PHŞ-də tibb bacısı vəzifəsində çalışan A.Səbinənin aylı qəmək haqqının məbləği 477 manat olmuşdur. -xx.xx.2022-ci il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmiş, lakin İddiaçı iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: Z.Əmrahov). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2014-cü ildən iddiaçı Cavabdeh PHŞ-də tibb bacısı vəzifəsində işləmiş, 2018-ci ildə həmin təşkilatın Ümumi heyətin Baş tibb bacısı vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 76 saylı əmrinə əsasən «ET Tramatologiya və Ortopediya İnstitutu» PHŞ-in baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə 1,0 tarif 6-cı dərəcə ilə əl cərahiyyəsi və yaralar şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Bununla bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 78 saylı əmrinə əsasən baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq tibb bacısına aid olan mal və inventarlar, jurnalların yeni baş tibb bacısına təhvil-təslim edilməsi üçün komissiya yaradılmışdır. Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktlara əsasən baş tibb bacısı İddiaçı xx.xx.2022-ci il tarixdən başqa vəzifəyə keçməsi və yeni baş tibb bacısı təyin olunması ilə əlaqədar olaraq baş tibb bacısına aid olan 64 adda mal və inventarların, jurnalların yeni təyin olunmuş baş tibb bacısına, həmçinin 34 adda vaxtı keçmiş kitab və jurnaların arxiv bölməsinin müdirinə xx.xx.2022-ci il tarixdə təhvil-təslim edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 02 saylı sərəncamı ilə baş tibb bacısı İddiaçı işdə göstərdiyi səhlənkarlığa görə - yeni baş tibb bacısının təyin olunması ilə əlaqədar olaraq təhvil-təslimi gecikdirdiyi və rəhbərliyin əmrinə tabe olmadığı üçün - töhmət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2904/2022 saylı qətnaməsi ilə İddiaçı barəsində verilmiş xx.xx.2022-ci il tarixli “vəzifənin dəyişdirilməsi haqqında” 76 saylı Əmr və xx.xx.2022-ci il tarixli, 02 saylı inzibati tənbeh haqqında sərəncam ləğv edilmiş, İddiaçı əvvəlki işinə (vəzifəsinə) –ümumi heyətin baş tibb bacısı vəzifəsinə bərpa olunmuş, xx.xx.2022-ci tarixindən etibarən iddiaçının indiki əmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı fərq ona ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqının, həmçinin işdən çıxarılması ilə əlaqədar son haqq-hesabın, eyni zamanda hüquqi yardım üçün ödədiyi pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsini məhkəmədən tələb edir. Cavabdeh tərəf məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün iddia tələbi təmin edilməklə, cavabdehlə bağlanmış əmək müqaviləsi üzrə 14 aprel 2022-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinə qədər əmək haqqı, eyni zamanda son haqqhesab cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının hüquqlarının bərpası üçün çəkdiyi 1000 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, iddiaçının hüquqlarının bərpası üçün çəkdiyi 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə 14 aprel 2022-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinə qədər olan 2520 (iki min beş yüz iyirmi) manat və həmin əmək müqaviləsinə 17 oktyabr 2022-ci il tarixində Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilməsi zamanı son haqq-hesab olan 1979 (min doqquz yüz yetmiş doqquz) manat, həmçinin hüquqi yardıma görə 1000 (min) manat olmaqla, ümumilikdə 5499 (beş min dörd yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-933/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-933/2023
26.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver