Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-948/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndəsi X17, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bərdə Rayon X12 hüquqi şəxsinə qarşı Tibbi Ərazi Bölmələrini X18 hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bərdə Rayon X12 hüquqi şəxsinə qarşı Tibbi Ərazi Bölmələrini X18 hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həyat yoldaşı X5 ölməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Bərdə Rayon X12 Hüquqi Şəxsdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə X10 ilə ailə həyatı qurmuşdur. Onların iki övladı var. 2023-cü ildə həyat yoldaşı faciəvi şəkildə vəfat etdi. Ailə başçısı olaraq baş vermiş cinayət hadisəsi nəticəsində 9 ildən artıq nikahda olduğu, 30 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. Belə ki, cavabdehin X7, reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloqreanimatoloq vəzifəsində işləyən, X3 xx.xx.2021-ci il tarixdə saat 15:30-da «Bərdə rayon Mərkəzi Xəstəxanası» X24 Ginekologiya şöbəsinə «Sağ boru hamiləliyi» diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində «Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi» cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35-də «Bərdə rayon Mərkəzi Xəstəxanası» X24 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X5 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan «Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın İİİ bölməsi olan «Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı»nın həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkim-anestezioloq-reanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, xx.xx.2021-ci il tarixdə saat 08:55-də X5 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Naibənin ölümü ilə əlaqədar Bərdə rayon prokurorluğunda araşdırma aparılmış, həyat yoldaşının Elsevər Allahverdiyevin səhlənkarlığı nəticəsində ölməsi sübut olundu, cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 1(021)-3/2020 nömrəli, 01 fevral 2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-anestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-243/2023 nömrəli 12 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi hadisə Səhiyyə Nazirliyinin əməkdaşının– Bərdə Rayon Mərkəzi Xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdehlərin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə, hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən ona heç bir müraciət belə edilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və iztirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Bu baxımdan mərhum həyat yoldaşının faciəvi ölümü keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirablar və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ödənilməlidir. Cavabdeh Bərdə Rayon X12 hüquqi şəxsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi müraciət edərək məhkəməyə bildimişdir ki, hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxilması hüququ vardır. AR MPM-nin 35 2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə veririr., Ancaq iddia tələbindən göründüyü kimi, iddia “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı qaldırılmışdır, iddiaçı tərəf Bərdəyə getməmək üçün, öz işini asanlaşdırmaq baxımından iddia ərizəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini də əlavə etmişdir. Qeyd olunan hal hüquqdan sui-istifadə halı kimi nəzərə alınmalı və işə aidiyyət qaydalarına uyğun Bərdə Rayon Məhkəməsində baxılmalıdır. İddia tələbinin isə Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddia ərizəsində adı qeyd edilən həkim Bərdə RMX-nın işçisi olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin həkim barəsində olan hökm qanuni qüvvəyə minən kimi, dərhal sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, şəxs Səhiyyə Nazirliyinin işçisi olmamış, Bərdə RMX-nın işçisi olmuşdur. Bərdə RMX hazırda TƏBİB-in tabeliyindədir. TƏBİB Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. Həmin fərmana uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (istisnalar olmaqla) TƏBİB-in tabeliyinə verilmişdir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilib. Qeyd olunanlardan göründüyü kimi, sözügedən işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində deyil, Bərdə Rayon Məhkəməsində baxılmalıdır.Qeyd edir ki, Əmək Məcəlləsinin 10-cu maddəsində “Əmək müqavilosi üzrə işçinin əsas vəzifələri" “ç” bəndində göstərilmişdir: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Həmin məcəllənin 12-ci maddəsində (işəgötürənin əsas vəzifələri və məsuliyyəti) göstərilir: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək. Sözügedən məsələdə işəgötürən, yəni Bərdə Rayon Mərkəzi Xəstəxanası işçi üçün bütün lazımi əmək şəraiti yaratmış və işçini xəstəyə göstərilən tibbi xidmət zamanı tələb olunan müvafiq dərman vəsaitləri ilə tam təmin etmişdir. O cümlədən, işçi X3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 46LBUF**********21 nömrəli əmək müqaviləsinin 5. “Birinin digərinə vurduğu maddi ziyana görə tərəflərin qarçılıqlı maddi məsuliyyəti” bölməsində qeyd edilir: 5.1.Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Göründüyü kimi, sabiq həkim E.Allahverdiyevin ehtiyatsızlıqdan törətdiyi əmələ görə iddiatçıya hər hansı maddi və mənəvi ziyanı dəydiyi halda ona Bərdə RMX yox, sabiq həkim E.Allahverdiyev cavabdeh olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (azyaşlı və yaxud qadın olması,səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır (10-cu bənd). Ancaq iddiaçının sözügedən işlə bağlı qeyd etdiyi məbləğin miqdarı nə ağlabatandır, nə də ədalətlidir. Qeyd olunan səbəblərdən İddiaçı həyat yoldaşı X5 ölməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş dövlət rüsumuna 240 manat olmaqla, ümumilikdə 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Bərdə Rayon X12 Hüquqi Şəxsdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi ilə bağlı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsində göstərilən məzmunda izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndəsi X22 iddia tələbini qəbul etmədi, iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bərdə rayon X21 tərəfindən verilmiş XV-ЖГ seriyalı 433451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 248243 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Bərdə rayonunda toksiki ensefalopatiya səbəbindən vəfat etmişdir, bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq akt qeydləri kitabında 210 saylı akt qeydi aparılmışdır. Bərdə rayon Kələntərli Kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 911361 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 868398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə Bərdə şəhərində doğulmuşdur. xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 761330 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 arasında akt qeydləri kitabında 219 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada «Hüseynova» soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 240 manat dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-3/2023 saylı hökmü ilə X1 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-anestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmdə göstərilmişdir ki, X3 xx.xx.2021-ci il tarixdə saat 15:30-da «Bərdə rayon Mərkəzi Xəstəxanası» X24 Ginekologiya şöbəsinə «Sağ boru hamiləliyi» diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində «Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi» cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35- də «Bərdə rayon Mərkəzi Xəstəxanası» X24 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X5 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan «Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın İİİ bölməsi olan «Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı»-nın həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkim-anestezioloq-reanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, xx.xx.2021-ci il tarixdə saat 08:55-də X5 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 1(021)-3/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X1 təqsiri səbəbindən iddiaçının arvadı vəfat etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Müəyyən olunduğu kimi hazırki iş üzrə İddiaçı 2012-ci il tarixdən rəsmi nikahda olduğu mərhum arvadı X5 ölümündə Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X1 təqsirli bilinmişdir. Hazırda İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bərdə rayon Mərkəzi Xəstəxanasına qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə müraciət edərək ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Cavabdeh Bərdə rayon Mərkəzi Xəstəxanasının iddiaya qarşı etirazının dəlilləri iddiaçının tələbinin əsasında duran mənəvi iztirabının özünü nədə əks etdirməsinə dair sübutların olmaması, həmçinin həkimin artıq xəstəxananın əməkdaşı olmaması səbəbindən cavabdehliyi sabiq həkimin daşıması, işəgötürən həkimlə işçi arasında bağlanmış əmək müqaviləsinə əsasən həkimin işçi kimi vurduğu zərərə görə müstəqil məsuliyyət daşımasından ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 10 ildən artıq nikah münasbətlərində olduğu, birlikdə iki övlad böyütdüyü və həkim səhlənkarlığı nəticəsində ölmüş arvadının ölümü keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsiz və aşkardır. Üstəlik də iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də aydın olur ki, iddiaçının arvadı məhz elə hamiləliyinə görə xəstəxanada olmuşdur. Bu hal da ona dəlalət edir ki, tərəflər arasında faktiki ər-arvad münasibətləri də mövcud olmuşdur. Bütün bunların fonunda iddiaçının arvadının vaxtsız ölümündən və bundan sonra iki azyaşlı övladını anasız təkbaşına böyütmək məcburiyyətindən keçirdiyi hisslər kifayət qədər aydındır. Odur ki, cavabdehin iddiaçının mənəvi zərər keçirməsinə dair sübutların nədən ibarət olmasına dair dəlilləri tamamilə əsassızdır. Cavabdehin həkimin məsuliyyəti ilə bağlı irəli sürdüyü dəlillər də öz növbəsində əhəmiyyətsizdir, belə ki, hətta xəstəxanaya qarşı iddianın təmin olunması gələcəkdə xəstəxananın da həkimə qarşı tələb irəli sürməsini istisna etmir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçının tələbi qismən əsaslıdır, məhkəmə iddiaçının tələbinin 30.000 manat həddində təmin edilməklə ona vurulmuş mənəvi zərərin ədalətli kompensasiya olunmasını və iddiaçının şüurunda müsbət reaksiyalara səbəb ola biləcəyini əsaslı hesab edir.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi Bərdə rayon Mərkəzi Xəstəxanası ilə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı da irəli sürülməsinə baxmayaraq Səhiyyə Nazirliyi bu tələbdə hər hansı cavabdehlik daşıyan tərəf deyildir və ona qarşı iddia tələbi təmin edilə bilməz Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pul cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X24dən tutularaq İddiaçı ödənilməlidir.Məhkəmə iddia tələbinin 240 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi ilə bağlı bildirir ki, iddia tələbi 50.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı olduğu halda yalnız 30.000 manat məbləğində təmin edildiyindən həmin hissəyə uyğun olaraq dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X24dən İddiaçı xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərə görə kompensasiya tutulsun. Cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X24dən İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 180 (bir yüz səksən) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-948/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-948/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver