Məhkəmə qərarları › İş №e-2(007)-107/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-107/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-107/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 (dörd yüz) manat məbləğində sığorta ödənişinin, 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 430,40 (dörd yüz otuz manat, qırx qəpik) pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, 8 Noyabr prospekti ünvanında "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “BMW 528Xİ” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. AR DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Bakı şəhər DYPİ tərəfindən “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri Nizami RPİ DYPŞ-ya verdiyi izahatında hadisə yerindən yayındığını və protokolun düzgün tərtib edildiyini etiraf etmişdir. “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 326 saylı sığorta aktına və xx.xx.2022-ci il tarixli, № AZ0011967 saylı ödəniş tapşırığına əsasən 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. xx.xx.2022ci il tarixli, BS-S-22/1242 saylı “Geriyə tələb (subroqasiya)” məktublarından görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində Cavabdeh tərəfindən geri ödənilməsi tələb edilmişdir. BA №124045 saylı X2 Şəhadətnaməsindən göründüyü kimi, hadisə anında X10 tərəfindən idarə olunan “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X3 mülkiyyətində olmuş, lakin xx.xx.2021-ci il tarixli, **********92 reyestr nömrəli etibarnamə üzrə həmin avtomobilə dair istifadə və sərəncam hüququ X8 məxsusdur və etibarnamə xx.xx.2022-ci il tarixədək müddətə verilmişdir. BB №137395 saylı X2 Şəhadətnaməsindən göründüyü kimi, hadisə anında “BMW 528 Xİ minik” markalı, ** PD *** dövlət (k.n.n. ** NH ***) qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində) olmuşdur. EL-015/21 saylı etibarnamədən məlum olur ki, "xxxx" MMC tərəfindən “BMW 528 Xİ minik” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Azərbaycan Respublikasının sərhədləri daxilində idarə etmək hüququ Cavabdeh ötürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş BB №137395 saylı X2 Şəhadətnaməsində, "xxxx" MMC tərəfindən verilmiş etibarnamədə və PBA********** saylı sığorta şəhadətnaməsində “BMW 528 Xİ minik” markalı avtomobilin BAN nömrəsi WBAXH5C59DDW14259 olması həmin avtomobil sığortalanan zaman, yəni xx.xx.2021-ci il tarixdə ** NH *** olmasını və xx.xx.2021-ci il tarixdən etibarən ** PD *** olmasını təsdiq edir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 400 (dörd yüz) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, hesab edirlər ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildirirlər ki, 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər. İddia tələbini tam müdafiə edirlər. İş üzrə daxil olmuş ekspert rəyi ilə razıdırlar və rəyin də nəzərə alınaraq, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, yol-nəqliyyat hadisəsi nəticəsində maşına ziyan dəydiyini qəbul edir, lakin zərərin miqdarı 400 manat deyil və düzgün hesablanmamışdır. Ekpertiza keçirilsə də, bu zaman onun iştirakı təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, “Renault Megane” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r, nəqliyyat vasitəsi ilə bağlı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri X9 verilmişdir; - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi ET-015/21 saylı etibarnaməsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə məxsus olan **-PD-*** dövlət qeydiyyat nişanlı “BMW 528 Xİ minik” markalı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının sərhədləri daxilində idarə etmək hüququ verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdək qüvvədədir. - Cavabdehnın Bakı şəhəri BPİ-in DYPİ-ində verdiyi izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, **-PD-*** dövlət qeydiyyat nişanlı “BMW 528 Xİ minik” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il saat 12:37:13-dən xx.xx.2022-ci il saat 12:37:13-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - “AutoColorS” tərəfindən tərtib edilmiş avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısının surətindən görünür ki, “Renault Megane” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 400 manat tələb olunur; - "xxxx" ASC-nin PBA-237/22 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PBA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmış, **-PD-*** dövlət qeydiyyat nişanlı “BMW 528 Xİ minik” avtomobil markalı “Renault Megane” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərər 400 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 400 manat sığorta ödənişi X7 hesabına köçürülməlidir; - xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində saat 00:16-da **-PD-*** dövlət qeydiyyat nişanlı “BMW 528 Xİ minik” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6 maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:16-da Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" MMC-nin mülkiyyətində olan **-PD-*** dövlət qeydiyyat nişanlı “BMW 528 Xİ minik” markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 400 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X7 hesabına köçürülmüşdür; - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli BS-S-22/1242 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6646 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “AutoColorS” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, “Renault Megane” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 400 manat müəyyən edilmişdir; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “BMW 528Xİ” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. AR DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs müəyyən edilmişdir. “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri Nizami RPİ DYPŞ-ya verdiyi izahatında inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir. “BMW 528Xİ minik” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 326 saylı sığorta aktına və xx.xx.2022-ci il tarixli, № AZ0011967 saylı ödəniş tapşırığına əsasən 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “BMW 528Xİ” markalı, ** PD *** (k.n.n. ** NH ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Renault Megane minik” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 400 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı X15 İdarəsinin arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan inzibati xəta haqqında protokolda cavabdeh X6 yol nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2022-ci il tarixli 9/6646 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AutoColorS” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, “Renault Megane” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 400 manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 400 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2022-ci il tarixli 9/6646 saylı saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 400 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X4, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 400 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X4, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar