Məhkəmə qərarları › İş №e-2(007)-1099/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1099/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1099/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mülki iş üzrə (Açar sözlər: ilk iddia üzrə “aliment”, qarşılıqlı iddia üzrə “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizələri üzrə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb: İlk tələb:

1. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 250 manat alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X1 üçün hər ay Cavabdeh əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 250 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İlk iddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikahlarından olmuş 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X3 Samirə Fəxrəddin qızının yanında qalırlar. Cavabdeh uşaqların saxlanılmaları üçün heç bir köməklik etmir. 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 250 manat alimentin Cavabdeh tutulmasını istəyir. Bildirir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

Qarşılıqlı tələb:

5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsində 21 fevral 2014-cü il tarixdə 218 № li qeydlə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş övladları 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X6 İddiaçı alınaraq onun himayəsində saxlanılmaları, birgə nikahdan anadan olmuş övladları 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X6 18 yaşına çatanadək saxlanılmalarına görə İddiaçı hər bir uşaq üçün hər ay sabit pul məbləği şəklində 235 manat ümumilikdə 470 manat məbləğində alimentin xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclası zamanı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar:

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 21 fevral 2014cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu barədə Bakı Şəhəri Nizami Rayon VVADQ şöbəsində 218 nömrəli qeydlə nikah haqqında şəhadətnamə əldə etmişdir. Birgə nikahdan 2 övladları 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X9 dünyaya gəlmişlər. Normal sürən ailəlik həyatı cavabdehin anası tərəfindən mütəmadi edilən müdaxilələr nəticəsində gərginləşirdi. Hal-hazırda cavabdeh övladları Əfəndi Fatehi və Əfəndi Məhəmmədi özü ilə apararaq anası Səbirə Quliyevaya məxsus mənzildə yaşayırlar. 12 iyul 2023-cü il tarixindən oradadırlar və 16 iyul 2023-cü il tarixində mübahisə yaradaraq evə qayıtmaq istəmədiyini və boşanacağını bildirmişdir. O, isə intizamlı, məsuliyyətli və bütün öhdəliklərini yerinə yetirən həyat yoldaşı və ata olaraq ailəsinin dağılmaması naminə əlindən gələni edərək onu bu fikirdən daşındırmağa cəhd etmiş, özü və yaxın qohumları dəfələrlə həm anası Səbirə Quliyeva ilə, həm də cavabdehlə söhbət edərək yanlış addım atdıqlarını, ailə pozuntusunun uşaqların həyatında mənfi və xoşagəlməz iz buraxacağını onlara aşılamağa çalışmışlar. Onun cavabdeh ilə ailəli olduğu illər ərzində həm cavabdeh tərəfindən, həm də cavabdehin anası tərəfindən dəfələrlə ona Rusiya Federasiyasına köçmək təklifi edilmiş, lakin o, bu təklifi hər dəfə rədd etmişdir. Səbirə Quliyeva tərəfindən sonuncu dəfə ona edilmiş Rusiya Federasiyasına köçmək təklifini o, bir daha rədd etdikdən sonra o, bu məkirli planını işə salaraq ailənin dağılmasına nail olmaq istədiyindən normal azərbaycanlı ailəsində arvad ərlə ya bir yerdə yaşamalı, ya da boşanmalıdır. Samirə isə artıq 7 aydır, ailəni tərk edib gedib. Bir daha vurğulayır ki, özü tərk edib gedib. Onu evdən qovan olmayıb. Xoş əhvalla, uşaqları götürüb anasının evinə gedib. Sonradan orada olarkən mübahisə yaradıb və boşanacağını bildirib. Yəni anası ilə birgə hiylə işlədiblər. Mübahisədən sonra isə müxtəlif şərtlər irəli sürərək onu hədələməklə məşğul olmuş, mənəvi alçatmağa çalışmışlar. Bildirmək istəyir ki, övladlarının Səbirə Quliyevaya məxsus ünvan 1 ünvanında yerləşən 1 (bir) otaqlı, təxminən 25 m2 sahəyə malik mənzildə saxlanılmalarını qəbul etmir və buna ciddi etirazını bildirir. Belə ki, həmin mənzildə uşaqların yaşaması üçün normal şəraitin olmaması, mənzilin sahəsinin kiçikliyi və həddən artıq darısqallığın olması, oğlu Əfəndi Fatehin təhsil aldığı orta məktəbin Nizami rayonunda (onların yaşadıqları mənzilin yanında) olması, Samirənin növbəli iş rejimində işləyərək işdə olduğu zaman uşaqları kənar şəxslərin öhdəsinə buraxması kimi halları nəzərə almaqla övladlarının Səbirə Quliyevaya məxsus 1 (bir) otaqlı, şəraitsiz mənzildə Samirənin himayəsində qalmasına qəti razı deyildir. Bu yerdə nəzərə çatdırır ki, övladlarının dünyaya gəldikləri gündən onun yanında olduqları müddət ərzində normal məişət şəraitləri tərəfindən daim təmin edilmiş və bundan sonra da yaşayış şəraitlərinin tələb olunan səviyyədə saxlanılmasında israrlıdır, uşaqların çətin şəraitdə yaşamağa məhkum edilmələrinin yolverilməz olduğunu hesab edir. Qeyd olunan səbəblərə görə nikahlarının rəsmi şəkildə pozulması və övladlarının onun himayəsinə verilməsi və cavabdehdən uşaqların saxlanılmaları üçün aliment tutulması zərurəti vardır.

Cavabdehin etirazı:

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsindən ona göndərilmiş e-(2007)- 1099/2024-009 nömrəli bildirişlə tanış olaraq, İddiaçı tərəfindən alimentin tutulması ilə bağlı verilmiş iddia ərizəsinə aşağıdakı qaydada münasibətini ifadə edir. İlk öncə onu bildirir ki, iddia ərizəsində onun heç bir köməklik etmədiyi barədə söylənilmiş fikir tamamilə yalan və böhtan xarakterlidir. Yoldaşı İddiaçı evdən gedərək anasının yanında qaldığı vaxtdan bu anadək heç zaman öz maddi, fiziki və mənəvi dəstəyini əsirgəməmişdir, övladlarının bütün ehtiyaclarını ödəmişdir. İddia ərizəsində nəzərdə tutulmuş alimentdən də artıq məbləğdə vəsaiti hər ay uşaqlarının ehtiyaclarının ödənilməsi üçün xərcləmişdir. Qəbz əldə etmək mümkün olan ödənişlərinin qəbzləri mövcuddur, qəbz əldə etmək mümkün olmayan digər ödənişlərin tərəfindən həyata keçirilməsini isə yaxın insanlar şahid olaraq təsdiq edə bilərlər. Nəzərə çatdırır ki, halhazırda İddiaçı övladları Əfəndi Fatehi və Əfəndi Məhəmmədi özü ilə apararaq anası Səbirə Quliyevaya məxsus mənzildə yaşayırlar. 12 iyul 2023-cü il tarixindən oradadırlar və 16 iyul 2023-cü il tarixində mübahisə yaradaraq evə qayıtmaq istəmədiyini və boşanacağını bildirmişdir. O, isə intizamlı, məsuliyyətli və bütün öhdəliklərini yerinə yetirən həyat yoldaşı və ata olaraq ailəsinin dağılmaması naminə əlindən gələni edərək onu bu fikirdən daşındırmağa cəhd etmiş, özü və yaxın qohumları dəfələrlə həm anası Səbirə Quliyeva ilə həm də İddiaçı ilə söhbət edərək yanlış addım atdıqlarını, ailə pozuntusunun uşaqların həyatında mənfi və xoşagəlməz iz buraxacağını onlara aşılamağa çalışmışlar. Lakin əvəzində heç cürə qəbul edilməz şərtləri qarşılarına qoyaraq irəli sürdükləri boşanma iddiası ilə onu manipulyasiya etmişlər. İddiaçı tərəfindən verilmiş ərizə ilə dəvət olunduğu mediasiya sessiyasının gündəliyində məhz nikahın pozulması, uşaqların ana ilə qalması, alimentin ödənilməsi, əmlak bölgüsü məsələləri dayanırdı. Mediasiya sessiyasında özü deyil, vəkili iştirak etdiyindən ikinci sessiyada o, iştirak etmədi. Belə ki, o, şəxsən İddiaçı özünə və qohumlarına mediasiya sessiyasından öncə və sonra dəfələrlə barışıq olması təklifi ilə müraciət etmiş və mövcud gərginliyin aradan qaldırılmasının normal çıxış yolunu göstərmişdir. Samirə isə anasının təsiri ilə bu təklifləri rədd etmişdir. Yeri gəlmişkən bildirmək istəyir ki, həyat yoldaşı İddiaçı bu fikirə düşməsində səbəbkar və təşəbbüskar anası X10r. O, qızı Samirəni öyrədərək bu addımı atmağa təhrik etməkdədir. X15 Federasiyasının vətəndaşıdır və daimi yaşayış yeri Rusiya Federasiyasının Tümen şəhəridir. O, qızı İddiaçı boşatdırmaqla nəticədə onu və onun övladları olan X11, X7 daimi yaşamaq üçün Azərbaycan Respublikasından çıxardaraq Rusiya Federasiyasına aparmağı planlayır. Belə ki, onun İddiaçı ilə ailəli olduğu illər ərzində həm Samirə tərəfindən, həm də anası Səbirə Quliyeva tərəfindən dəfələrlə ona Rusiya Federasiyasına köçmək təklifi edilmiş, lakin o, bu təklifi hər dəfə rədd etmişdir. Səbirə Quliyeva tərəfindən sonuncu dəfə ona edilmiş Rusiya Federasiyasına köçmək təklifini o, bir daha rədd etdikdən sonra o, bu məkirli planını işə salaraq ailənin dağılmasına nail olmaq istəyindədir. Hal-hazırda Samirənin məhkəməyə yalnız alimentin ödənilməsi iddiası ilə müraciət etməkdə məqsədi bir daha manipulyasiyadır. Çünki normal azərbaycanlı ailəsində ailə modeli ərlə arvadın bir yerdə yaşayaraq övladlarını birgə böyütməsidir. Onun bunların təklif etdikləri vəziyyətlə barışmayacağını bilərək qəsdən yalnız alimentin ödənilməsini istəyirlər. Belə ki, normal azərbaycanlı ailəsində ya arvad ərlə bir yerdə yaşamalı, ya da boşanmalıdır. Samirə isə artıq 7 aydır ailəni tərkib edib gedib. Bir daha vurğulayır ki, özü tərk edib gedib. Onu evdən qovan olmayıb. Xoş əhvalla, uşaqları götürüb anasının evinə gedib. Sonradan orada olarkən mübahisə yaradıb və boşanacağını bildirib. Yəni anası ilə birgə hiylə işlədiblər. Mübahisədən sonra müxtəlif şərtlər irəli sürərək onu boşanma və uşaqları Rusiya Federasiyasına aparmaqla hədələmiş, mənəvi alçatmağa çalışmışlar. Bildirmək istəyir ki, övladlarının Səbirə Quliyevaya məxsus ünvan 2 ünvanında yerləşən 1 otaqlı, təxminən 25 m2 sahəyə malik mənzildə saxlanılmasını qəbul etmir və buna ciddi etirazını bildirir. Belə ki, həmin mənzildə uşaqların yaşaması üçün normal şəraitin olmaması, mənzilin sahəsinin kiçikliyi və həddən artıq darısqallığın olması, oğlu Əfəndi Fatehin təhsil aldığı orta məktəbin Nizami rayonunda olması, Samirənin növbəli iş rejimində işləyərək işdə olduğu zaman uşaqları kənar şəxslərin öhdəsinə buraxması kimi halları nəzərə almaqla övladlarının Səbirə Quliyevaya məxsus 1 otaqlı, şəraitsiz mənzildə Samirənin himayəsində qalmasına qəti razı deyil. Bu yerdə nəzərə çatdırır ki, övladlarının dünyaya gəldikləri gündən onun yanında olduqları müddət ərzində normal məişət şəraitləri tərəfindən daim təmin edilmiş və bundan sonra da yaşayış şəraitlərinin tələb olunan səviyyədə saxlanılmasında israrlıdır, uşaqların çətin şəraitdə yaşamağa məhkum edilmələrinin yolverilməz olduğunu hesab edir. Yuxarıda qeyd edilənləri, milli dəyərlərini, eləcə də onun nikaha daxil olduğu andan bu günədək yoldaşı və övladları üçün vacib, zəruri və tələb olunan, o cümlədən normal rifahlı yaşayışın təmin edilməsi üçün lazım olan bütün öhdəliklərini vaxtı-vaxtında yerinə yetirdiyini və bütün bunlara rəğmən qarşı tərəfin heç bir səbəb və əsas olmadan, qeyri adekvat addım ataraq ailəni dağıtmağa yönəlmiş hərəkətlərinin məhkəmə tərəfindən ciddi araşdırılmasını, dolğun hüquqi və mənəvi qiymətin verilməsini xahiş edir. Övladlarının Azərbaycan Respublikasının vətəndaşı olaraq sağlam və vətənpərvər ruhda böyüdülməsi, normal rifahlı yaşayışının təmin edilməsi, gələcəkdə cəmiyyət və dövlət üçün layiqli, kamil insan kimi formalaşdırılmasının mümkün olması üçün onda qalmasını xahiş və tələb edir. Həmçinin məhkəmə tərəfindən qəbul ediləcək qərar və qətnamələrdə onun ata olaraq rəsmi icazəsi olmadan övladlarının Azərbaycan Respublikasından kənara çıxarılmasının qəti qadağan edilməsi barədə zəruri qeydlərin edilməsini xahiş edir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və ilk iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və ilk iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafidə edərək təmin edilməsini, ilk iddia tələbinin isə rədd ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmənin əvvəlki iclasında psixoloqun iştirakı ilə dinlənilən azyaşlı X13 bildirmişdir ki, o, 3-cü sinifdə, rus bölməsində oxuyur. Onun 9 yaşı var. Dərslərini yaxşı oxuyur, ancaq “5” alır. Hal-hazırda anası ilə yaşayır. Böyüyəndə polis olmaq istəyir. Hər iki valideyninin yanına gedib-gəlir. O, onları barışdırmaq istədi, amma alınmadı. Ayrılmaqlarını istəmir.

İş materialları:

13. AZ İ seriyalı, 923913 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 nikahı 21 fevral 2014-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 218 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əfəndiyeva” soyadını qəbul etmişdir.

14. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 18 sentyabr 2023-cü il tarixli, MŞB/10-00503 saylı arayışdan görünür ki, Cavabdeh 18 sentyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.

15. AZ-İİİ seriyalı, 520263 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 aprel 2015-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.

16. AZ-İV seriyalı, 257609 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 fevral 2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.

17. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "Respublika Pediatriya Mərkəzi" X16 “tibb bacısı, klinika” vəzifəsində işləyir. Aylıq əmək haqqı 551 manatdır.

18. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 23 iyul 2024-cü il tarixli rəyinə əsasən, boşanma olarsa hər ikisinin himayəsində qalmaq istəmələrini təkidlə qeyd etdiklərini, oxuduqları məktəbin atanın evinin yanında olmasını nəzərə alaraq boşanmadan sonra X13 və X6 hər ayın yarısını anaları İddiaçı, digər yarısını isə Cavabdeh himayəsində saxlanılmasını məqsədəuyğun sayır.

19. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

20. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 21 fevral 2014-cü il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuşdur, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar, onların nikahı formal xarakter daşıyır. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində barışmamışlar, bu müddət başa çatdıqdan sonra Cavabdeh nikahın pozulmasında təkidlidir. İddiaçı qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.1-ci və 22.2-ci maddələrinə görə nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:

a) Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. b) Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. c) Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. d) Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

24. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

25. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

27. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir.

29. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasında təkidli olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından tərəflərin birgə nikahından doğulmuş 13 aprel 2015-ci il təvəllüdlü X13 ailədə onların marağına toxunan məsələnin həlli, yəni valideynlərdən hansının yanında qalmaları müəyyən edilərkən öz fikrini bildirmək hüququ təmin edilməklə dinlənilmişdir. Dinləmə zamanı öz fikirlərini sərbəst formada ifadə edərək, valdeynlərinin ayrılmalarını istəmədiyini bildirmişdir.

31. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 23 iyul 2024-cü il tarixli rəyinə əsasən boşanmadan sonra X13 və X6 hər ayın yarısını anaları İddiaçı, digər yarısını isə Cavabdeh himayəsində saxlanılmasını məqsədəuyğun sayır.

32. Məhkəmə rəyə münasibətdə qeyd edir ki, uşaqların ayın yarısını analarının, yarısını isə atalarının yanında qalmaları onların həyat şəraitinə, gündəlik rejimlərinə, təhsilinə təsir edəcəyini, azyaşlı olmalarını nəzərə alaraq hesab edir ki, uşaqların valideynlərdən kimin yanında qalmalarını müəyyən edərkən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyinin nəzərə alınmamalıdır.

33. Məhkəmə nikahın pozulması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən yetkinlik yaşına çatmayan 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X6 faktiki olaraq anaları ilə yaşamalarını, onların yaşını, və işin sair faktiki hallarını, nəzərə alaraq hesab edir ki, tərəflərin nikahı pozulduqdan sonra 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X9 anaları İddiaçı yanında qalmalıdırlar.

34. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

35. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X9 ananın yanında qaldıqları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır.

36. İlk iddia tələbindən göründüyü kimi iddiaçı 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat cəmi 500 manat sabit pul məbləğində aliment tələb edir.

37. Məhkəmə, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 235 manat cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır.

38. İş materiallarından görünür ki, ilk iddia ərizəsi məhkəməyə 09 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment 09 fevral 2024-cü il tarixdən başlayaraq tutulmalıdır.

39. Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur.

40. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki halda tərəflər arasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur.

Məhkəmə xərcləri:

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.

42. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən və tərəflər tələb etmədiyindən məhkəmə xərcləri tərəflərə aid edilməlidir.

Nəticə:

43. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 09 fevral 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 21 fevral 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 218 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İlk iddia qismən təmin edilsin. Cavabdeh 13 aprel 2015-ci il təvəllüdlü X8 və 25 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 09 fevral 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 21 fevral 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 218 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 13 aprel 2015-ci il təvəllüdlü X13 və 25 fevral 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalsınlar. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi aliment hissəsində qətnamənin icrasını dayandırmır. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar