Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1120/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Kreditor Borclu qarşı “pul öhdəliyinin icra edilməsi” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı “pul öhdəliyinin icra edilməsi” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 3 saylı Notariat Kontorunun 3M-246 nömrəli, xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” əsasında 5000 manat məbləğində borcu, Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış 200 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 5230 manat pul məbləğinin Borclu tutularaq Kreditor hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kreditor tərəfindən müvafiq sənədlər (maliyyə arayışı, ödəniş qrafiki və s.) ərizəyə əlavə edilmədiyindən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək, tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırki ərizəni və iş materiallarını araşdırarkən müəyyən etdim ki, kreditor tələbini əsaslandırdığı müvafiq sənədləri ərizəyə əlavə etmədiyindən məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, borclunun kreditor qarşısında 5000 manat borcu yaranmışdır. Lakin borclunun 5000 manat əsas borca nisbətdə məhz 200 manat məbləğində cərimə borcunun yaranması aşkar deyil və bunun müəyyən edilməsi üçün araşdırma aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hesab edirəm ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsinin müddəalarına əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “pul öhdəliyinin icra edilməsi” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1120/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1120/2023
27.02.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver