Məhkəmə qərarları › İş №e-2(007)-1144/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1144/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1144/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 08.12.2010-cu il təvəllüdlü X3 və 31.12.2012-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə hər ay 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə qeyri-rəsmi nikahlarından 2 (iki) övladları - 08.12.2010-cu il təvəllüdlü X7 və 31.12.2012-ci il təvəllüdlü X8 anadan olmuşlar. Qeyd edir ki, atalığın müəyyən edilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış və qeydiyyat orqanından uşaqların hər biri ilə bağlı atalığın müəyyən edilməsi haqqında müvafiq şəhadətnamələr alınmışdır. Belə ki, 08.12.2010-cu il təvəllüdlü qızları X7 ilə bağlı atalığın müəyyən edilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 25.12.2010-cu il tarixində, 318 № ilə, 31.12.2012-ci il təvəllüdlü oğulları X8 ilə bağlı isə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 18.01.2013-cü il tarixində, 07 № ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.12.2010-cu il tarixli, AZ-İ № 167912 və 18.01.2013-cu il tarixli AZ-İ № 215974 nömrəli həmin şəhadətnamələr də digər zəruri sənədlərlə birlikdə iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh ilə o bir ailə kimi bir müddət birlikdə yaşamış və birgə ailə təsərrüfatını idarə etmişlər. Cavabdehlə rəsmi nikahları olmasa da evliliklərinin ilk vaxtlarında ailə münasibətləri normal olmuş, onunla birlikdə bir yerdə yaşamışlar. Cavabdehlə ailə münasibətləri pozulan vaxtadək və faktiki olaraq bir-birilərindən ayrılan dövrədək bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Lakin sonralar ailələrində baş vermiş bəzi ailədaxili münaqişələr ucbatından ailə münasibətləri pozulduqdan sonra o cavabdehlə qeyrirəsmi nikahınlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan uşaqlarıyla birlikdə tək yaşamağa məcbur olmuşdur. Həmin vaxtdan etibarən Cavabdeh azyaşlı uşaqlarının maddi vəziyyəti ilə maraqlanmamış, onların saxlanılması üçün iddiaçıya heç bir maddi köməklik göstərməmişdir. Hesab edir ki, cavabdeh də onun kimi bir valideyn olaraq azyaşlı uşaqlarımızın saxlanılmasında iştirak etməli, belə ki, onların gündəlik tələbat, zəruri xərclərinin, habelə təhsil, müalicə və digər zəruri xərclərində iştirak etməli, uşaqlarımızın yetkinlik yaşınadək saxlanılması üçün aliment ödəməlidir. Qeyd edir ki, azyaşlı uşaqlarıyla birlikdə o uzun müddətdir ki, cavabdehlə bir yerdə yaşamırlar. Yetkinlik yaşına çatmayan uşaqları 08.12.2010-cu il təvəllüdlü X7 və 31.12.2012-ci il təvəllüdlü X8 iddiaçının himayəsində qalırlar və övladlarının saxlanılması ilə bağlı bütün xərc və məsrəflər onun tərəfindən təkbaşına qarşılanır, Cavabdeh isə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün ona bugünədək hər hansı bir məbləğdə aliment ödəməyib və hal-hazırda da ödəmir. Hazırda yetkinlik yaşına çatmayan uşaqlarının onun tərəfindən saxlanılması məsrəfləri, onların gündəlik dolanacaq və digər zəruri xərcləri kifayət qədərdir. Cavabdeh övladları ilə bir ata kimi ümumiyyətlə maraqlanmır, eyni zamanda uşaqlarının hansı maddi çətinliklər şəraitində böyüməsi barədə maraqlanmamaqla yanaşı onların saxlanılması üçün mənə hər hansı bir məbləğdə aliment də ödəmir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh bir valideyn olaraq yetkinlik yaşına çatmayan övladlarını saxlamağa borclu olduğunu unudub və ya ailə qanunvericiliyi ilə müəyyən edilmiş bu məsuliyyətini hələ də dərk etməyib. Yetkinlik yaşına çatmayan uşaqlarının hal-hazırda bütün qayğılarını, ehtiyacılarını, maddi məsrəflərini və dolanacaq xərclərini, eləcə də təhsil xərclərini demək olar ki, tamamilə iddiaçı təkbaşına olaraq özü ödəməyə çalışır. Böyüdükcə övladlarının da atasına qarşı əsaslı ehtiyac və təlabatı artsa da Cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Xüsusilə vurğulayır ki, övladlarının təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını, zəruri ehtiyaclarını ödəmək tək qadın olaraq ona çox çətindir və onun hal-hazırkı maddi durumum buna imkan vermir. Buna görə də, o, yetkinlik yaşına çatmayan uşaqları 08.12.2010-cu il təvəllüdlü X3 və 31.12.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh qarşı "alimentin tutulması tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Cavabdeh A.Rəşadın gəliri ilə bağlı məlumatları yoxdur. İddiaçının rəsmi iş yeri yoxdur, qeyri-rəsmi bir şirkətdə pay servisində işləyir. Aylıq 350 manat civarında maaş alır, kirayədə qalır və uşaqların saxlanılması üçün bütün ehtiyaclar iddiaçı P.Xuraman tərəfindən ödənilir. Cavabdehin başqa ailəsi və övladları yoxdur. Uşaqların saxlanılmasında iddiaçı çətinlik çəkir. Ona görə də iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 167912 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X9 08 dekabr 2010-cu ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 18.01.2013-cü il tarixində 318 nömrə ilə qeyd edilmişdir. - AZ-İ 215974 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X9 31 dekabr 2012-ci il tarixində İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 25.12.2010-cu il tarixində 07 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ 990311 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31.12.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİ 566431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08.12.2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - 26.01.2022-ci il tarixli, MŞB/6-174 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh lazımi qaydada məlumatlandırılnasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ilə qeyri-rəsmi nikahda olmuşlar. Onların 2 (iki) övladları - 08.12.2010-cu il təvəllüdlü X7 və 31.12.2012-ci il təvəllüdlü X8 anadan olmuşlar. Atalığın müəyyən edilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış və qeydiyyat orqanından uşaqlarınln hər biri ilə bağlı atalığın müəyyən edilməsi haqqında müvafiq şəhadətnamələr alınmışdır. AZ-İ 167912 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən X9 08 dekabr 2010-cu ildə İddiaçı doğulmuş X4, AZ-İ 215974 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən isə 31 dekabr 2012-ci il tarixində İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 48-ci maddəsinə əsasən byu məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (iddiaçının) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşağa görə 193 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də cavabdehin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digə maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə çatmayan 08.12.2010-cu il təvəllüdlü X3 və 31.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 17 fevral 2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08.12.2010-cu il təvəllüdlü X3 və 31.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 fevral 2022-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməli, cavabdehdən dövlət rüsumuna görə 50 manat vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08.12.2010-cu il təvəllüdlü X3 və 31.12.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 fevral 2022-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar