Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1166/2023 13.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X27 cəlb edilməklə Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi, mirasda məcburi payların mənzil hesabına artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi, mirasda məcburi payların mənzil hesabına artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10 ünvanında yerləşən mənzilin X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin ləğv edilərək, mirasda məcburi payın mənzil hesabına artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10 xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və **********73- 05101-093052 reyestr nömrəli çıxarışa əsasən anası X5 mülkiyyətində olmuşdur. Onların məlumatları olmadan anasının adından istifadə edilərək ondan etibarnamə almaqla evi xx.xx.2020-ci il tarixli 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X7 da imzası ilə oğlu Cavabdeh bağışlamışdır. Hesab edirlər ki, qeyd olunan Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10 ünvanında yerləşən mənzilin X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsi ləğv edilməli və məcburi miras payları onun hesabına artırılmalıdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçıların ona qarşı irəli sürdüyü iddia əsasızdır və rədd olunmalıdır. Belə ki, 2021-ci ildə İddiaçı1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X27 cəlb edilməklə cavabdehlər Cavabdeh və 5 saylı Asan Xidmət Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10-un X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(007)-3015/2021 saylı qətnamə ilə İddiaçı1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X27 cəlb edilməklə cavabdehlər Cavabdeh və 5 saylı Asan Xidmət Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 qarşı “Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10-un X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(007)-3015/2021 saylı qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(103)-2895/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin tarixli 2(007)-3015/2021 saylı iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 iddialarını rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 2021-ci ildə İddiaçı1 cavabdehlər Cavabdeh və 5 saylı ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 qarşı (o və X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu ev 39, 10 saylı mənzilin Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı ASAN Xidmət Mərkəzi notariat ofisinin xüsusi notariusu X15 tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(007)- 3015/2021 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Hal-hazırda qətnamə qanuni qüvvədədir və məktuba əlavə olunur. İddiaçı1 qətnamə ilə qane olmayaraq, iki il keçdikdən sonra yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami rayonu, ev 39, mənzil 10-un X11 tərəfindən Cavabdeh Fizuli oğluna bağışlamasına dair 5 saylı ASAN xidmət mərkəzində notariat ofisində 17 sentyabr 2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 saylı bağışlama müqaviləsinin ləğv edilməsini, mirasda məcburi payın mənzil hesabına artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı1 mərhum Firəngiz Paşayevanın oğlu, Cavabdeh isə nəvəsidir, yəni mərhum X4 Məleykə Asəf qızının oğludur. Mübahisəsi gedən mənzil tam mülkiyyət hüququ üzrə mərhum X8 məxsus olmuşdur (RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış). 04 avqust 2020-ci il tarixdə mərhum X14 Paşayevaya bütün əmlakı barədə, həmin əmlaklar üzərində sərancam vermək hüququnu da ehtiva edən ümumi etibarnamə vermişdir, etibarnamənin müddəti 15 il olmuşdur. Məleykə Paşayeva xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən, anasını təmsil etməklə mənzili 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda öz oğlu Cavabdeh adma rəsmiləşdirmişdir. Sonuncu xx.xx.2020-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 13 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh mənzili X1. Sonuncu xx.xx.2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 04 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X27 mənzili ona satmışdır. O, isə xx.xx.2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Mənzil hazırda onun mülkiyyətindədir, o, ailəsi ilə birlikdə orada yaşayır. O, mənzilin vicdanlı alıcısıdır. Belə ki, əvvəlki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, bağışlama müqaviləsi bağlanan zaman X11 həyatda olmuş və tərəfindən həmin müqavilə mübahisələndirilməmişdir. Mənzilin bağışlanması müqaviləsi bağlanan zaman mənzildə X3 başqa heç kim qeydiyyatda olmamışdır. Həmin əmlak X5 mülkiyətində olmuşdur və tərəfindən əmlakla bağlı sərəncam vermək səlahiyyəti X19 verilmişdir. Nəticədə, iddiaçı tərəf etibarnamənin aldadıcı hərəkət nəticəsində verilməsini və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün zəruri sübutları məhkəməyə təqdim etməmiş, iddia sübuta yetirilməmişdir. Beləliklə, iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi tələbi qanunsuz və əsassızdır. Əgər bağışlama müqaviləsi üzrə mülkiyyətçi mənzili satmasaydı, miras mənzilin hesabına artırılardı. Lakin hazırda mənzil onun mülkiyyətində olduğundan, məhz mənzili bağışlama ilə qəbul etmiş və mənzilin satışından pul əldə etmiş şəxs iddiaçı qarşısında hər hansı bir maddi öhdəlik daşımamalıdır. Onu da qeyd etmək istəyir ki, qanunvericilik Mülki Məcəllənin 1202.2-ci maddəsi ilə məcburi payın qəbul edilməsi və ondan imtina edilməsini mirasın qəbul edilməsi və ya ondan imtina olunmasını üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli olduğunu təsbit edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.2-ci maddəsində qeyd olunmuşdur ki, “Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir”. Belə olduqda məcburi payın qəbul edilməsi həmin Məcəllənin 1246, 1248 və 1272-ci maddələrinin tələblərinə tabe tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə görə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə isə “Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər”. Birmənalı olaraq qeyd etmək lazımdır ki, iddiaçı iddia müddətini ötürmüşdür və bu səbəbdən də məhkəmə mübahisə üzrə iddia müddətini tətbiq etməlidir. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə X16 almışdır. O, vicdanlı alıcıdır. Daha əvvəl iddiaçı bağışlama müqaviləsinin etibarsızlığına dair məhkəmədə iddia qaldırmış, həmin iddia üzrə o da işə cəlb edilmişdir. Həmin iddia təmin edilməmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı MM-in 1200-cü maddəsinə əsasən əşyanın bağışlanmasında iki ildən artıq müddət keçirsə mirasın məcburi pay hesabına artırılmasına yol verilmir. Hazırkı iş üzrə də müddət ötürülmüşdür. Bundan başqa məhkəmə hazırda iş üzrə müddəti tətbiq etməsə belə MM-in 1248.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirmənin səbəbini üzrlü sayıldığı halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir, ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Hazırkı tələb isə həmin maddəsinin tələblərinə cavab vermir. Cavabdehin hər hansı bir maddi məsuliyyəti ola bilər, lakin üçüncü şəxslərlə bağlanmış əqdlərin etibarsızlığına səbəb ola bilməz. X33 əmlakın vicdanlı alıcısıdır. Onun hüquqları pozula bilməz. Hazırkı şəkildə iddia yanlız o halda tətbiq ola bilərdi ki, iddiaçılar mirasın qəbulu ilə bağlı pozuntuya yol verməsinlər. Lakin iddiaçılar əmlakı nə qanunvericiliklə müəyyən edilən müddətdə qəbul etmiş, nədəki ona faktiki sahiblik etmişlər. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili ona bağışlanılmış, daha sonra əmlak satılmışdır. Bağışlanma müqaviləsinin etibarsızlığı mübahisələndirilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X15 təsdiqlənmiş xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X11 (əvəzinə X24) ünvan 1 ünvanında yerləşən 29,22 kv.m ümumi sahəsi olan ƏMDKnın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ona verilmiş 1000273-05101-093052 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan 29,22 kv.m mənzilini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası MM-nin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3015/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X27 cəlb edilməklə cavabdehlər Cavabdeh və 5 saylı Asan Xidmət Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu X10 qarşı “Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10-un X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2895/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçının Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin tarixli 2(007)-3015/2021 saylı iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 39, 10 saylı mənzil ilkin olaraq xx.xx.1998-ci il tarixdə ilkin olaraq X20 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 3MA2-330 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1999-cu il tarixdə Paşayev Asəf M.Hüseyn oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixli 2-V-B-187 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2001-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1174 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə (elektron) əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 58 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X21 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-256 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X23 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1020/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X20, X17, Cavabdeh və X13 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov kuçəsi, 39 nömrəli evin, 10 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, qətnamənin X28, X24, Cavabdeh və X13 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov kuçəsi, 39 nömrəli evin, 10 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X11 (əvəzinə X24) ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır və tərəflərin iradə ifadələrinin təsdiq olunması üçün müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin mənzil Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatında alınmışdır. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 13 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilini X2, daha sonra 04 mart 2021-ci il tarixdə sonuncu həmin mənzili X6 və mənzil onun xüsusi mülkiyyəti kimi qeydiyyatda alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil X23 mülkiyyətindədir. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin ləğv edilərək, mirasda məcburi payın mənzil hesabına artırılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Qeyd olunan məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin məcəllənin 673.2-ci maddəsinə əsasən, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda ləğv edə və onun icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Mülki Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsinin ləğvi üçün əsas ola biləcək Mülki Məcəllənin 673 və 674-cü maddələrində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilənlərən qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3015/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Hazırda iddiaçılar Mülki Məcəllənin 1200-cü maddəsinə istinadə edərək, məcburi payın bağışlanmış əşya hesabına artırılmasını xahiş etmişlər. Mülki Məcəllənin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) irəli sürə bilərlər. İşin faktiki halları ilə müəyyən edilir ki, hazırkı iş üzrə müvafiq tələbə (subyektiv) hüquqları mövcuddur. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsi məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Hazırkı tələb isə qeyd edilən 3-cü şərtə uyğun deyil. Belə ki, iddiaçılar X5 övladları olmaqla onların hazırkı tələbi irəli sürmək üçün məcburi pay hüququna malik olan şəxslər sırasına daxildirlər. ünvan 3 ünvanında yerləşən mənzili iddiaçıların anası X11 tərəfindən xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçılar tərəfindən ondan qalmış başqa bir əmlakı miras kimi qəbul etmələri məhkəməyə məlum olmasa da, adıçəkilən əmlak mirasa daxil olsaydı miras əmlakının həcminı artacağı aydındır. İddaçılar isə hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraicət etmişlər. Məhkəmə qeyd edir ki, MM-in 1200-cü maddəsində nəzərdə tutulan müddət məhkəmə tərəfindən iş üzrə qiymətləndirilməli olan imperativ göstəriş, konkret davranış qaydası kimi müəyyən edilmişdir. Hazırda isə iddiaçılar mirasın məcburi pay hesabına artırılması tələbini irəli sürmək üçün qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə əməl etməmişlər. Qanunvericilikdə göstərildiyi kimi məcburi paylarının artırılmasını tələb etmək hüququ üzrə iki illik müddət təyin edilmişdir. Məhkəmə qeyd edir ki, həmin müddət mülki hüquqların həyata keçirilməsi (kəsici) müddətinə və ya mülki hüquqların müdafiəsi (iddia müddətinə) aid olması müəyyən edilməməklə sair müddət hesab edilir (bu səbəbdən məhkəmə Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulduğu kimi, ərizənin verilməsinin zəruri hesab etmir). Hazırkı halda ünvan 3 ünvanında yerləşən mənzilinin bağışlanmasına dair müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdir, yəni iddiaçılar hazırkı tələblə xx.xx.2022-ciil tarixə kimi iddia qaldıra biləcəkləri halda xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nəticədə məhkəmə hesab edir ki, iddiaçılar qanunvericliklə müəyyən edilmiş müddəti ötürmək məhkəməyə müraciət etdiklərindən iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili daha əvvəl məhkəmədə bağışlanma müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi olduğundan hazırkı tələblə məhkəməyə müraciət etmədiyini bildirsə də, məhkəmə göstərilənləri əsaslı hesab etmir. Bunda başqa, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə görə isə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qeyd etmək lazımdır ki, iddiaçı iddia müddətini ötürmüşdür və bu səbəbdən də məhkəmə mübahisə üzrə iddia müddətini tətbiq etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə hesab edir ki, ümumiyyətlə ünvan 3 ünvanında yerləşən mənzili iddiaçıların analarının sağlığından bağışlanıldığından həmin əmlak miras əmlakı hesab edilməmişdir. Bu səbəbdən mövcud olmayan miras əmlakına görə iddaçılar tərəfindən Mülki Məcəlləsinin 1246-ci maddəsinin tələblərinə əməl edilməsini tələb etmək mümkün deyil. Hazırkı halda məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar 17 sentyabr 2020-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilərək, mirasda məcburi payın mənzil hesabına artırılması tələbi ilə məhkəməyə müraciət etmək üçün Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X27 cəlb edilməklə Cavabdeh qarşı “Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10 ünvanında yerləşən mənzilin X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin ləğv edilərək, mirasda məcburi payın mənzil hesabına artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X27 cəlb edilməklə Cavabdeh qarşı “Bakı şəhəri, Nizami rayonu, ev 39, mənzil 10 ünvanında yerləşən mənzilin X11 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin ləğv edilərək, mirasda məcburi payın mənzil hesabına artırılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkilinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1166/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1166/2023
13.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver