Məhkəmə qərarları › İş №e-2(007)-1244/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1244/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1244/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs 18.10.2009-cu il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olub. Nikahlarını 18.10.2020-ci il tarixdə Bakı nikah evində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2760 № ilə qeydlər aparılıb və AZ-İ №537070 nikah haqqında şəhadətnamə verilib.Tərəflərin birgə nikahından 3 uşaqları doğulub. Tərəflər arasında nikaha xitam verilməsi barədə ərizə Nizami rayon məhkəməsinə verilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu üçün 1 saylı Mediasiya Təşkilatına müraciət edilib, cavabdehə qarşı mediasiya prosesi başlayıb, 25.01.2022-ci il tarixində “alimentin tutulması”na dair mediasiya prosesinin tətbiqi barədə ona təkliflər göndərilib, həmin təkliflər 29.01.2022-ci il tarixində Cavabdeh rəsmi təqdim edilib. Cavabdeh Bakı şəhəri 1 saylı Mediasiya təşkilatı tərəfindən təşkil edilən alimentin təyin edilməsi və ödənilməsi mübahisəsi üzrə 17.02.2022-ci il tarixində 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməyib və bununla bağlı Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/1-0066 nömrəli, 17.02.2022-ci il tarixli arayış tərtib edilib. Qeyd olunanlara əsasən Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 18.07.2010-cu il təvəllüdlü X1,14.02.2013-cü il təvəllüdlü X2 və 06.07.2017-ci il təvəllüdlü X3 yetkinlik yaçına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, cavabdeh ona bildirdiyi kimi uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Ona görə də, xahiş edir iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 18.07.2010-cu il təvəllüdlü X1,14.02.2013-cü il təvəllüdlü X2 və 06.07.2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh,anaları İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 28.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə,alimentlə bağlı tərəflər arasında razılıq olmadığını, eləcə də yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 18.07.2010cu il təvəllüdlü X1,14.02.2013-cü il təvəllüdlü X2 və 06.07.2017-ci il təvəllüdlü X3 yetkinlik yaçına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 18.07.2010-cu il təvəllüdlü X1, 14.02.2013-cü il təvəllüdlü X2 və 06.07.2017-ci il təvəllüdlü X3 yetkinlik yaçına çatanadək saxlanması üçün 25.01.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar