Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1253/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 880.40 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
2. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “elektron kabinet” vasitəsi ilə məhkəməyə ərizə verərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
8. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
9. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 10:09:19) görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Ərizə təmin edilsin. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 10:09:19) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova