Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1264/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində 2022-ci ilin iyun və iyul ayları üçün 2270 manat x 2 ay = 4540 (dörd min beş yüz qırx ) manat əmək haqqının, 2022-ci il üçün əsas və əlavə məzuniyyətə çıxdığı 17 gün üçün 1127 manat + 2270 manat x 5 ay=12477 manat : 6 ay=2079 manat : 30,4 gün x17 gün=1162 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 150 manat, cəmi 5912 (beş min doqquz yüz on iki) manat pulun Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onun arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən audit şöbəsinin mütəxəssisi vəzifəsində çalışmaqla, aylıq əmək haqqı 2270 manat müəyyən edilmişdir. Müqaviləyə onun təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşlədiyi müddət ərzində ilin iyun və iyul ayları üçün 2270 manat x 2 ay = 4540 (dörd min beş yüz qırx ) manat əmək haqqı ödənilməmişdir. Bundan əlavə 2022-ci il üçün əsas və əlavə məzuniyyətə çıxdığı 17 gün üçün 1127 manat + 2270 manat x 5 ay=12477 manat : 6 ay=2079 manat : 30,4 gün x 17 gün=1162 manat pul ona ödənilməmişdir. Əmək Məcəlləsinin (qanunun) tələblərinə zidd olaraq onunla son haqq-hesab çəkilməmişdir (bu fakt əmək müfəttişliyinin **********0 saylı xx.xx.2022-ci il tarixli məktubda əksini tapmışdır). Nəticədə Cavabdeh MMC ona 5702 (beş min yeddi yüz iki) manat borcu qalmışdır. Dəfələrlə etdiyi şifahi müraciətlərinə baxmayaraq, müəssisə ona olan borcunu ödəmir. Yaranmış mübahisənin məhkəmədən kənar, pretenziya qaydasında həlli üçün verdiyi pretenziyaya da münasibət bildirilməmiş, hətta mediasiya iclasına gəlməmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini nəzərdə tuta bilər. İddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin iyun və iyul ayları üçün 2270 manat x 2 ay = 4540 (dörd min beş yüz qırx) manat əmək haqqının, 2022-ci il üçün əsas və əlavə məzuniyyətə çıxdığı 17 gün üçün 1127 manat + 2270 manat x 5 ay=12477 manat : 6 ay=2079 manat : 30,4 gün x 17 gün=1162 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 150 manat, cəmi 5902 (beş min doqquz yüz iki) manat pulun Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X3 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir, nəticələrini ona aydındır. İddiaçının nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının və onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barəd qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli **********0 saylı məktubunun surətindən görünür ki, araşdırmaya "Aznetdevelopment” MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçılə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə xitam verildiyi və son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bununlada əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində yol verilmiş qanun pozuntusuna görə “Aznetdevelopment" MMC-nin rəhbərinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 03.11 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə “Aznetdevelopment'’ MMC-nin ünvanına **********9 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. - İddiaçı məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə Audit şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarxdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" yarımbəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yarıdım üçün 150 manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə AZNETDEVELOPMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Audit şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2022-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a” bəndinə əsasən xx.xx.2022-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab kimi 5702 manatın və 150 manat hüquqi yardım üçün və 50 manat mediasiya xidməti üçün ödənilmiş vəsaitinin ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X3 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X1 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 5702 manat pul tutulmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında rüsum məbləği ödənilməlidir (hazırkı iddia tələbinə münasibətdə 77,02 manat). 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan müqavilədən görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün 150 manat haqq ödəmişdir. Hazırda iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 150 manat pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməli, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və "xxxx" MMC-dən 27,02 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 5702 manat pul və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pulun əvəzi tutulsun. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdehndən tutulub, iddiaçı Abbasova Aygün Vəkil qızına ödənilsin. Cavabdehndən 27,02 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1264/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1264/2023
02.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver