Məhkəmə qərarları › İş №e-2(007)-1332/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1332/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1332/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh iştirakları ilə, İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X6 hər birinə ödəniləcək alimentin artırılaraq hər ay 220 (iki yüz iyirmi ) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat, o cümlədən xx.xx.2017-ci il təvəllüdlü X5 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən onun müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 (üç min) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-509/2022 saylı qətnaməsi ilə onunla Cavabdeh arasındakı xx.xx.2016-cı il tarixli nikah pozulmuş,birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun himayəsində saxlanılması,xx.xx.2021-ci il tarixdən başlayaraq azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Məhkəmə həmçinin cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmasını da qətnamədə qət edilmişdir. Hal-hazırda oğlanlarından X5 beş, X6 isə üç yaşı var. Nizami rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağlarının heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, oğlu X18 “uşaq autizmi, kanner sindromu” xəstəsi olmaqla məktəbə qədər xüsusi hazırlıq kurslarında təhsil alır. Onun sağlamlıq imkanlarının digər uşaqlardan fərqliliyi səbəbindən tədris, müalicə, idman, xüsusi dərnəklərdə tədris, həmçinin şəxsi müəllim və həkim nəzarəti altında olunması hər ay ona 3000 (üç min) manata başa gəlir. X1 da məktəbə qədər təhsil almasını və normal bağçalarda təhsil və tərbiyəsinə tərəfindən aylıq 1000 manat xərc çəkilir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh müxtəlif fasilələrlə ödəyir. Hazırda ona qeyd edilən qətnamə üzrə 3000 manatdan çox borcu yaranmışdır. Uşaqlarının bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların ehtiyaclarının da artması labüddür. Cavabdeh uşaqlara, xüsusən xəstə azyaşlı övladlarının müalicəsinə heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında iddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, X9 “uşaq autizmi, kanner sindromu” xəstəliyindən əziyyə çəkir. Cavabdehin X5 müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 manat ¼ hissəsini ödəməsinə də razıdır. O, uşağın müalicəsinə olan xərcləri ödəməyi çatdıra bilmir. Onun ayda uşağın taksisinə 700 manat xərci çıxır. O, uşaq üçün özəl dayə tutmuşdur.Əgər, cavabdeh pulu ödəyə bilmirsə gəlib uşağı müalicəyə özü aparsın. O, X5 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən ona pensiya verilməsi üçün müraciət etmiş, sənədləri təqdim etmişdir və uşağa pensiya təyin ediləcəkdir. Cavabdeh işlədiyi yerdə yaş həddinə görə pensiyaya çıxmışdır. Cavabdehin 2000 manata yaxın aliment borcu mövcuddur. O, sahibkarlıqla məşğuldur, vergiləri və xərcləri vardır. Onun minimum 3000 manat gəliri vardır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, hər uşaq üçün 220 manat olmaqla 440 manat aliment ödəməyi qəbul etdiyini, 3000 manat xərci qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, X8 yaş yarım olanda Ankara dövlət xəstəxanasına aprmış, orada uşağa “uşaq autizmi, kanner sindromu” qoyulmuşdur. O, uşağı müalicə etdirə bilər, lakin uşağın xəstə olmasını qəbul etmir, həkimlərin qoyduğu diaqnoza inanmır. Əgər, uşaq xəstədirsə, uşağı Türkiyədə müalicə etdirə biləcəyi halda niyə bu qədər pul verməlidir? Türkiyədə xəstəlikdən əziyyət çəkən uşaqlara ölənə qədər ödənişsiz müalicə olur. Azərbaycanda da autizmli uşaqlar üçün məktəblər, həftədə 3 dəfə fəaliyyət göstərən idman salonları açılır. Həmçinin, iddiaçı 6000-7000 manat gəlir əldə edir. Onların mağazaları, avtomobilləri olmuş hamısını iddiaçı onun əlindən almışdır. Onun özünün isə gəliri azdır, taksi sürücüsüdür. O, 2 ildir ki, dostlarının yanında yaşayır. O, özü “Genclikspor” Dövlət İdarəsindən yaşı çatdığına görə pensiyaya çıxmışdır. Onun 616 manat aliment borcu mövcuddur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızı ilə Cavabdehn birgə nikahda olduqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-509/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış nikahın pozulması, tərəflərin birgə nikahından olmuş X20 və X6 anaları X3 yanında qalmaları, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-509/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, X4 verilməsi, Cavabdeh 31 iyul 2019-cu il təvəllüdlü X6 üç yaşına çatanadək (31 iyul 2022-ci il tarixədək) 07 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay 50 (əlli) manat sabit pul miqdarında alimentin tutularaq X4 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh X4 qarşı “uşağın onun himayəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər uşaq üçün hər ay 220 manat olmaqla 440 manat olmasını və o cümlədən xx.xx.2017-ci il təvəllüdlü X5 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən onun müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 (üç min) manat alimentin Cavabdeh tutulmasını xahiş edir. Bununla bağlı ididaçı tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızına ünvanladığı xx.xx.20223-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızı ünvan 1 ünvanında övladı X9 ilə birlikdə yaşayır. 17 nömrəli Uşaq Poliklinikasının 04 saylı arayışına və qonşuların aktına əsasən Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının övladı X9 “uşaq autizmi, kanner sindromu” xəstəsidir və 17 saylı Uşaq Poliklinikasında qeydiyyatdadır. “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli məktubundan və 2 nömrəli X2 xx.xx.2023cü il tarixli həkim psixiatr komissiyasının rəyindən görünür ki, X19 “uşaq autizmi, kanner sindromu” diaqnozu qoyulmuşdur. Məhkəməyə müraciət edilməmişdən qabaq mediasiya prosesində iştirak edilmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Buna görə də, iddia tələbi “bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin Cavabdeh tutularaq ona ödənilməsi” hissəsində təmin edilməməlidir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 440 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə hazırda yaşayış minimumu məbləğinin bir uşaq üçün artmasını, yəni 220 manat olmasını, cavabdehin uşaqların saxlanılması üçün hər biri üçün 220 manat olmaqla 440 manat aliment məbləğini qəbul etməsini, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə, 440 manat sabit pul məbləğində aliment müəyyən olunmalı iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələlbinin “xx.xx.2017-ci il təvəllüdlü X5 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən onun müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 (üç min) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk öncə ididaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər ilə uşağın “uşaq autizmi, kanner sindromu” xəstəsi olması öz əksini tapsa da, onun müalicəsinə iddiaçı tərəfindən konkret olaraq çəkilmiş xərclər ilə əlaqədar mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının da məhkəmə iclasında izahatında bildirdikləri əsasında maddi imkanın yaxşı olması müəyyən edilsə də cavabdehin əmək haqqısı, maddi imkanı ilə bağlı hər hansı sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı öz izahatında X9 üçün xəstəliyi ilə əlaqədar pensiya alacaqlarını, bunun üçün sənədlərin hazır olmasını bildirmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia tələbində 3000 manat vəsaitə müalicə xərci ilə yanaşı, təhsil, tədris və digər xərcləri də daxil etmişdir. Hansı ki, bu qeyd olunan xərclər uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması xərclərinə aiddir və həmin xərc də məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinə daxildir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulub, Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulub, Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar