Məhkəmə qərarları › İş №e-2(007)-1354/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1354/2024

12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1354/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iştirakları ilə, İddiaçı̇ qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı̇ qızı cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 60000 manat məbləğində pulun mənəvi zərərə görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hadisə nəticəsində o, ailələrinin başçısı, əri X9 itirib. Bir qadın və bir ana kimi 40 ilə yaxın həyatını bölüşdüyü ərini itirmək onun üçün çox çətindir. Onunla tək bir övladları var idi və onunla bir evdə yaşayırdılar. Övladı da hadisə nəticəsində atasız qalıb. Onlar halbuki əri birlikdə min bir əziyyətlə böyütdüyükləri övladarının xoş günlərinə şahid olmağı arzulayırdılar. Bu hadisə onları arzuladıqları, xəyalını qurduqları günləri yaşamaqdan da mərhum edib. Ərinin evdəki əksikliyini, oğlunun atasına ehtiyacını hər hansı digər bir formada əvəz etməyi mümkün deyil. Həyatının hər anında ona dəstək olan, arxa çıxan ərini itirmək həyatının qalan hissəsində hər zaman bir boşluq olaraq qalacaq. Onu heç bir səbəb olmadan belə bir səhlənkar avtomobil hadisəsi üzündən itirmək və baş verən hadisəni hər keçən gün xatırlamaq isə onun mənəvi iztirabını gündən-günə daha da dərinləşdirir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün ən əziz olan, sevincini, kədərini paylaşdığı insanı itirmək ona unudulması mümkün olmayan əzab və iztirab verir. Bu hadisə onu dərin sarsıdıb, həyat sevincini əlindən alıb, psixoloji cəhətdən ona çox böyük təsir edib. Əməli törədən şəxsin avtomobilinin sağ təkəri ərinin üzərindən keçib, bədənində ağır xəsarətlərə, bir çox sümüklərinin sınmasına, daxili orqanlarının ciddi zədələnməsinə və qanaxmalara səbəb olub. Həmin gün o, tibbi yardım üçün Lənkəran rayon mərkəzi xəstəxanasına aparılsa da, aldığı ağır xəsarətlərdən daxili qanaxma və travmatik şok səbəbilə xəstəxanada vəfat edib. Oğlu ilə birlikdə xəstəxanada ərinin yaşaması ümidilə, həkimlərdən müsbət bir xəbər almağı gözləyərkən çəkdiyi stress və sarsıntı həyatından bir neçə ilini alıb, ona psixoloji cəhətdən mənfi təsir edib. Ərinin real olaraq aldığı xəsarətdən dolayı çəkdiyi ağrıları düşündükcə belə həmin an o da böyük sarsıntı keçirib. Onu itirmək isə sözlə ifadə edilə bilməyəcək dərəcədə çətindir. Lerik Rayon Məhkəməsinin 1(048)- 28/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. X17 məhkum edilməsinə səbəb onun 10 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində CavabdehMMC-yə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi “Hyundai HD72” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran-Hamarat avtomobil yolunun Lerik rayonunun Pira kəndindən keçən 1ci km-də Lənkəran-Lerik avtomobil yoluna doğru geriyə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru manevr etdirməməli, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili geriyə hərəkət etdirərək yolun hərəkə zolağında onunla eyni istiqamətdə hərəkətdə olan piyada X10 avtomobilin arxa sağ hissəsi ilə vurub, avtomobilin sağ arxa təkəri onun üzərindən keçib, nəticədə ehtiyatsızlıqdan piyada X3 qalça, qasıq və oturaq sümüklərinin sınıqları və peritonarxa qanaxma, hər iki böyrəyin, sidik kisəsinin zədələnməsi, daxili qanaxma, sol baldır sümüklərini sınıqları, penis-xayalar nahiyəsində yayılmış qansızma-hematoma, sol budqasıq sağ bud, sol baldır nahiyələrində qançırlar, sol bud, sol baldır nahiyələrində sıyrıqlar kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Bununla da, X21 yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub. Cavabdeh MMC-nin əməkdaşının cinayət əməli nəticəsində ölən onun əri X11 ölüb. Bundan başqa, X17 idarə etdiyi “Hyundai HD72” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh MMC-nin mülkiyyətində olub. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lerik Rayon Məhkəməsinin 1(048)-28/2023 nömrəli hökmü qanuni qüvvəyə minib. Lerik Rayon Məhkəməsinin hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Ərinin ölümünə səbəb olan cavabdeh mənəvi hüzurunu pozub. Cavabdehin bir qadına, bir anaya yaşatdığı bu iztirablara son qoyması və onları geri qaytarması mümkündürmü? Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fiziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Yuxarıda qeyd etdiklərini, ömrümün sonuna qədər tək qaldığını nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 60000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına bəlkə səbəb olar. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin əməkdaşının cinayət əməli nəticəsində onun əri X11 faciəvi surətdə ölüb. Bundan başqa, cinayət işi üzrə məhkum olunmuş X17 idarə etdiyi “Hyundai HD72” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobil “Sun Food” MMC-nin mülkiyyətində olub. Bununla bağlı, iddiaçı olduğu iş üzrə Cavabdeh MMCdən onun xeyrinə 60000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. O, uzun müddət birgə yaşadığı həyatının bir parçası olan ərini itirib. Bunu iddiasında əsaslandırıb. Ona vurulan ziyan həddindən artıq böyükdür. Qanunvericiliyin mənəvi ziyanın pulla ödənilməsini mümkün hesab edir. O da iddia həcminin artırmaqla bu ziyanın 15000000 manat məbləğində dəyərləndirir. Ona görə də, cavabdehdən hazırki tələbinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Cavabdehndən onun xeyrinə 15000000 (on beş milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC işçisi X21 barəsində Lerik Rayon Məhkəməsinin 1(048)- 28/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. X22 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib. İddiaçının qeyd etdiyi kimi hazırkı əməldə mülki hüquq pozuntusunun (delikt) əlaməti yoxdur. Törədilən əməl cinayət tərkibli əməldir ki, onu törədən şəxs məhkəmənin hökmü ilə cəzasını almışdır. İddiaçının tələbinə əsasən mənəvi zərərin ödənilməsi üçün heç bir hüququ əsas yoxdur. X2 bütün xərclərinin təmin edilməsi üçün mərhumun ailəsinə 15000 AZN məbləğində vəsait ödənilib. X1 Səxavət notarial qaydada təsdiq edilmiş ərizə ilə heç maddi və sair tələbininin olmadığını bildirib. Ərizə Lənkəran şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu İsmayılov Səfər tərəfindən təsdiqlənib və ərizə iş materiallarına əlavə edilib. Əlavə olaraq icbari sığortalar haqqında qanun 56.1.1-ci maddəsinə əsasən Azərbaycan Sənayə Sığorta şirkəti tərəfindən Məmmədov Əliməmmədin ailəsinə 5000 (beş min) AZN məbləğində ödəniş edilib. Ödənişi təsdiq edən sənəd iş materiallarına əlavə edilib. Azərbaycan Respublikasında demək olar ki, hər gün qəsdən adam öldürmə cinayətləri törədilir. Qəsdən adam öldürmə cinayətlərinin qurbanı olmuş zərərçəkmiş şəxslərin hüquq varisləri heç bir mənəvi təzminat tələb etmədiyi halda, ehtiyatsızlıqdan avtoqəza nəticəsində ölmüş şəxsin hüquqi varisi mənəvi təzminatın ödənilməsini tələb edir. Nəyə dayanaraq bu hüquq həmin şəxsdə yaranır. Halbuki o, sığorta şirkəti tərəfindən, həmdəki müəssisənin öz iradəsiylə ailəyə kifayət qədər yardım edilib. Yəni iddiaçı öz tələbində əsaslandırıb ki, mənəvi zərərin ödənilməsi hüququ maddi ziyan vurulduqda yaranır. Hazırki törədilən cinayət əməlində zərərçəkmişə heç bir maddi ziyan vurulmayıb. Belə olan halda zərərçəkmişin hüquqi varisinin mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 iddiaçıya pul verildiyini qeyd etsələr də, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməyiblər. Həmçinin, ödəniş edilsə belə iddiaçıya ödəniş edilməyib. Mərhumun oğlu isə yetkinlik yaşına çatmış şəxsdir və onun iş materiallarına əlavə edilmiş ərizəsi maddi ziyanın ödənilməsi ilə bağlıdır. Hazırki iddia isə mənəvi ziyanın ödənilməsi ilə bağlı olmaqla, mərhumun arvadı tərəfinən qaldırılıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazın dəlillərinə uyğun izahat verərək, iddia tələbini qəbul etmədi və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar kassadan X19 15000 manat pul veriblər, həmin puldan şəxs zərərçəkmiş şəxsin ailəsinə ödəniş edib, həmçinin özünün də müəyyən xərcləri olub. İddiaçının "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı iddia qaldırması hüquqlardan sui-istifadəyə gətirib çıxarır. İddia edilən məbləğ ağlasığmaz məbləğdir. İddiaçı ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olduğundan iddia ərizəsində ağlasığmaz məbləğ tələb edib. Mərhum pensiya yaşına çatmış şəxs idi. Ailə üzvləri isə yetkinlik yaşına çatıblar. Mərhumun son olaraq harada işləməsi barədə heç bir sübut yoxdur. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ birbaşa maddi və mənəvi ziyan vurmayıb. Yol nəqliyyat hadisəsi ağır hava şəraitində qarşısıalınmaz hallar nəticəsində hadisə baş verib. Hesab edir ki, iddianın "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı qaldırılması qanuna müvafiq deyil. X13 hüquqi varisi qismində tanınmış Səxavət Məmmədov notariat qaydasında ərizə yazaraq heç bir şikayət və tələbinin olmadığını, maddi ziyanın tam şəkildə ödəndiyini bildirib. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 izahat verərək bildirdi ki, o, mərhumun ailəsinə sas məraisimində 4000 manat və 7000 manat əlbəəl pul verib. Həmin pulu cəmiyyətdən alıb. Pul notariusda deyil, notariusun binasından kənarda verilib, o, özünu yaxşı hiss etmədiyi üçün pulu əmisi oğlu və qardaşı verib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Lerik Rayon Məhkəməsinin 1(048)-28/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 2 (iki) il sınaq müddəti müddəti müəyyən olunmaqla şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X17 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışı üzərində nəzarətin həyata keçirlməsinin daimi qeydiyyatda olduğu və yaşdığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, X17 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması, iş üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən video çəklilişə dair bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, ekspertiza tədqiqatının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul X15 tutulub dövlət büdcəsinə köçürülməsi, hökmün icrası təqsirləndirilən şəxs X17 yaşadığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə mülki iddianın olmamasının nəzərə alınması hökm edilmişdir. - Lerik Rayon Məhkəməsinin 1(048)-28/2023 saylı 31.7.2023-cü il tarixli göstərişinin surətindən görünür ki, Lerik Rayon Məhkəməsinin 1(048)-28/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. - AZ-İİ № 327438 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 aprel 2023-cü il tarixdə 355 nömrəli qeyd edilmişdir. - İİİ-ЖГ № 296657 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı 06 avqust 1983-cü ildə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 nömrəli qeyd edilmişdir. Nikaha daxil olduqdan sonra ərə Məmmədov, arvada Həsənova soyadı verilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş elektron qaimədən görünür ki, X5 5000 manat ödəniş edilmişdir. - Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən təsqid edilmiş X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Lənkəran rayonunun Digah kənd sakini X21 10 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Hyundai HD 72” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Piran kəndində Piran-Kamarat avtomobil yolunun 1-cİ km-də yol nəqliyyat hadisəsi törədib. Nəticədə ehtiyatsızlıqdan atası X9 vurub, atası Əliməmməd Məmmədov aldığı xəsartlərdən ölüb. Həmin faktla bağlı istintaq aparılan cinayət işi üzrə ölmüş zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb. Qeyd olunan hadisə ilə bağlı sürücü X15 heç bir şikayət və tələbi yoxdur. Vurulmuş maddi ziyan tam şəkildə ödənilib. Onunla barışıb. Ərizənn nəzərə alınmasını xahiş edir. Gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, X21 10 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Cavabdeh MMC-yə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi “Hyundai HD72” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran-Hamarat avtomobil yolunun Lerik rayonunun Piran kəndindən keçən 1-ci km-də Lənkəran-Lerik avtomobil yoluna doğru geriyə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru manevr etdirməməli, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili geriyə hərəkət etdirərək yolun hərəkət zolağında onunla eyni istiqamətdə hərəkətdə olan piyada X9 avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada X3 qalça, qasıq və oturaq sümüklərinin sınıqları və peritonarxası qanaxma, hər iki böyrəyin, sidik kisəsinin zədələnməsi, daxili qanaxma, sol baldır sümüklərinin sınıqları, penis-xayalar nahiyəsində yayılmış qansızma-hematoma, sol budqasıq, sağ bud, sol baldır nahiyələrində qançırlar, sol bud, sol baldır nahiyələrində sıyrıqlar kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə X21 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Qanuni qüvvəyə minmiş Lerik Rayon Məhkəməsinin 1(048)-28/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 2 (iki) il sınaq müddəti müddəti müəyyən olunmaqla şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X17 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışı üzərində nəzarətin həyata keçirlməsinin daimi qeydiyyatda olduğu və yaşdığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, X17 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması və s. hökm edilmişdir. Hazırda X2 arvadı İddiaçı̇ qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə 15000000 (on beş milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın alınıb verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin isçisi olan Aksin Bağırovun qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Belə ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, iddiaçı yaşayış sahəsini müqavilədə nəzərdə tutulan vaxtda təhvil almamış, icarə mənzildə yaşamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh işçisi olan X21 10 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Cavabdeh MMC-yə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi “Hyundai HD72” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran- Hamarat avtomobil yolunun Lerik rayonunun Piran kəndindən keçən 1-ci km-də Lənkəran- Lerik avtomobil yoluna doğru geriyə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, avtomobili geriyə hərəkət etdirərək yolun hərəkət zolağında onunla eyni istiqamətdə hərəkətdə olan piyada X9 avtomobilin arxa hissəsi ilə vurmuş, ehtiyatsızlıqdan iddiaçının əri X7 ölməsinə səbəb olmuşdur. Göründüyü kimi, iddiaçının ərinin ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Hazırkı halda iddiaçının ərinin ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə uyğun olaraq 5000 manat məbləğində sığorta ödənişi mərhumun oğlu Səxavət Məmmədova ödənilmişdir. Həmçinin, sonuncu Lerik rayon polis şöbəsinin istintaq orqanına təqdim etdiyi ərizəsində ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyi və Akşin Bağırova qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Hazırda isə mərhumun arvadı olaraq ayrılıqda keçirdiyi mənəvi sarsıntı və iztirabın dərəcəsini nəzərə alaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin əvəzi kimi kompensasiya məbləğinin 10000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır, iddiaçı ilə mərhumun uzun müddət, yəni 1983-cü ildən birgə təsərrüfatı idarə edərək, ortaq həyatı paylaşmalarını və iddiaçının ərinin ölümündən sonra, ərini itirməsi nəticəsində keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımasını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 10000 manatın alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı̇ qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçının iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunmasını və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən 120 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı̇ qızına ödənilsin. Məhkəmə xərcləri cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə aid edilsin, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən 120 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar