Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1490/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment" tələbinə dair iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еdərək, Cavabdeh ilə xx xxxxxx 2016-cı il tarixdə aralarında bağlanmış, 4200 nömrə ilə, 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyata alınmış nikahlarına xitam verilməsini, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağı xx xxxxxx 2018-ci il təvəllüdlü X3 ananın yanında qalması, cavabdeh X1 üçün hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı ilə Cavabdeh ilə nikahlarını 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli 4200 №-li nikah qeydi ilə rəsmiləşdirilmişlər. Tərəflərin nikahlarından xx xxxxxx 2018-ci il tarixdə X4 anadan olmuşdur. Onun saxlanması və tədrisi üçün daima maddi vəsait tələb olunur. Cavabdeh ilə ailə münasibətləri həddindən artıq çox gərgindir. Cavabdeh uzun müddət işsiz olduqda o, ailənin qorunub saxlanılması üçün dözmüş, ailəni qorumuşdur. Lakin, cavabdeh 2019-cu ilin avqust ayından etibarən gəlir əldə etməyə başlayandan sonra onun iddiaçıya və uşağa münasibəti kəskin şəkildə dəyişmişdir. O, ailə münasibətlərini mümkünsüz edən hərəkətlərə yol verir, digər qadınla münasibət saxlayır. Cavabdehin bu münasibəti İddiaçı bir qadın kimi alçaldır. Onunla birgə yaşamaqları mümkün deyil. Ailənin qorunub saxlanması qeyri-mümkündür. İddiaçı və uşağın yaşayışı cavabdehi maraqlandırmır. Cavabdeh bütün vaxtını və pulunu kənar yerlərə xərcləyir, ailəsi ilə ümumiyyətlə maraqlanmır. İddiaçı yaşadığı bu dəhşətlərlə yanaşı, hazırda pul qazanmağı da həddindən artıq çətindir. Uşağın ehtiyacları durmadan artır, onun paltarlarının, gündəlik gidanın alınması və hazırlanması, normal həyat şəraitinin təmin olunması, təhsillinin təşkil olunması üçün pul lazımdır. Zəruri qulluğun olmadığı şəraitdə uşağın normal böyüməsi mümkün deyil. İddiaçı bacardığı qədər hər bir xərclərə qənaət edir. Lakin elə xərclər var ki (gigiyenik təmizlik, səliqəli pal-paltar, keyfiyyəti pis olmayan qida, kitab-dəftər, tibbi ləvazimat və s.) bunlarda qənaət etmək mümkün deyil. Uşaq üçün zəruri olan ortopedik ayaqqabının qiyməti ən azı 90 manatdır. Cavabdehin aylıq ən azı 3000 manat aylıq gəliri var, gömrüklə bağlı əməliyyatlarda broker fəaliyyəti ilə məşğul olur. Onun başqa şəxsə gül alıb göndərməyə 400 manat pul heyfi gəlmir, ona külli miqdarda pullar xərcləyir, özünə bahalı avtomobil alıb işlədir. Uşağın bağçasının ödənişi aylıq 300 manat təşkil edir. Bundan əlavə ən minimal şəkildə gida almaq üçün bir ay ərzində ən azı 200 manat pul xərcləmək lazımdır. (paltar və s. xərcləri hesablamasaq). Buna görə də uşağın normal saxlanılması üçün cavabdehdən hər ay 500 manat məbləğində aliment tutulmalıdır. Cavabdehin doğma uşağının sağlam və normal şəraitdə yaxşı mühitdə böyütmək, ona layiqli həyat şəraiti yaratmaq təhsil və tədrisini təşkil etmək üçün cavabdeh hər ay yetərincə maddi vəsait ayırmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddiaçının nikahın pozulmasında israrlı olduğunu bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, onlara barışıq üçün 3 ay vaxt verilmədən nikahın pozulmasına, nikah pozulduqdan sonra uşağın ananın yanında qalmasına və 175 manat məbləğində aliment ödəməyə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tаriхdə vеrilmiş AZ-İİ № 142505 saylı nikah haqqında şəhаdətnаmədən görünür ki, Cavabdeh оğlu ilə X5 аrаsındа xx xxxxxx 2016-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı il il tarixdə 4200 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsrayılova soyadı verilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tаriхdə vеrilmiş AZ-İV № 226956 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 2018-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 7348 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı nikaha xitam verilməsi, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair məhkəmənin icraatında olan mülki iş üzrə iddiasını qismən qəbul edir, onlara barışıq üçün vaxt verilmədən aralarında olan nikahın pozulmasına, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağının anasının yanında qalmasına razıdır və uşağının saxlanması üçün onun qazancından hər ay 175 manat miqdarında aliment tutulmasına etiraz etmir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2018-ci il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Artıq birgə yaşamırlar və birgə təsərrüfat aparmırlar. İddiaçı məhkəməyə mürаciət еdərək nikahın pozulmasını xahiş etmişdir. İş mаtеriаllаrındаn və işin məhkəmə iclаsındа аrаşdırılаn hаllаrındаn görünür ki, məhkəmə bахışı zаmаnı iddiaçı nikаhın pоzulmаsındа təkid etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasına razılıqlarını və nikahın pozulmasına dair təkidlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4200 № ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, tələbdə göstərilməsindən asılı olmayaraq, həmin nikahdan doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X3 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yanında qalması məsələsini müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, həmin uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olması, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğu, uşağın hazırda anasının yanında qalması və cavabdehin razılığı nəzərə alınmalı və uşaq ananın yanında qalmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq ananın yanında saxlanıldığı üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 500 (beş yüz) manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, həm 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşaq üçün hər ay 500 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin həmin miqdarda alimenti ödəməyə yetərli vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və uşaq üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, aliment xx xxxxxx 2021-ci tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı аrаsındа xx xxxxxx 2016-cı il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 4200 № ilə qеyd edilmiş nikah pozulmalı, xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında qalması müəyyən edilməli və onun yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri Cavabdeh aid edilib, iddia tələbi üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа xx xxxxxx 2016-cı il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 4200 № ilə qеyd edilmiş nikah pozulsun. xx xxxxxx 2018-cı il tarixdə anadan olmuş X4 anası İddiaçı himayəsində saxlanılsın. xx xxxxxx 2018-cı il tarixdə anadan olmuş X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Аlimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia tələbi üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1490/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1490/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver