Məhkəmə qərarları › İş №e-2(007)-1524/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1524/2021

18.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1524/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, Kreditor Tələbkar Borclu qarşı “borcun tutulması üçün məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Tələbkar, məhkəməyə təqdim etdiyi ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, Borclu 647 (altı yüz qırx yeddi) manat borc məbləği, 150 (yüz əlli) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 817 (səkkiz yüz on yeddi) manatın tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Odur ki, hazırkı iş üzrə cərimənin ödənilməsi tələbinin 17 aprel 2019-cu il tarixli alqısatqı müqaviləsindən irəli gəldiyini, həmin müqavilə üzrə dəbbə pulunu mübahisələndirməsi imkanının istisna edilmədiyi nəzərə alındıqda, tələbin aşkar və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq,, QƏRARA ALDİM: Kreditor Tələbkar Borclu arasında bağlanmış 17 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 647 manat əsas, 150 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar