Məhkəmə qərarları › İş №e-2(007)-1529/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1529/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1529/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz-əmlak və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “cehiz-əmlak və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1.Qolbaq 750 əyarlı, 16,88 qram - 2532 manat,

2. Üzük 750 əyarlı, 5,87 qram – 880,50 manat,

3. Üzük 750 əyarlı, 7,82 qram – 1173 manat,

4. Üzük 750 əyarlı, 4,61 qram – 691,50 manat,

5. Klon 750 əyarlı, 3,77 qram – 565,50 manat,

6. Sırğa (halqa) 585 əyarlı, 4,18 qram – 501,60 manat,

7. Klon 585 əyarlı, 1,6 qram – 192 manat,

8. Sırğa (sadə) 585 əyarlı, 2,73 qram – 327,60 manat,

9. Sep 585 əyarlı, 4,06 qram – 487,20 manat,

10. Tros qolbaq 585 əyarlı, 11,05 qram – 1326 manat,

11. Tros sep 585 əyarlı, 30,09 qram – 3610,80 manat,

12. Sırğa (brilyant qaşlı) 585 əyarlı, 5,32 qram, 0,5 karat – 938,40 manat,

13. Sırğa (brilyant qaşlı) 585 əyarlı, 4,8 qram, 0,2 karat – 636 manat,

14. Komplekt (brilyant qaşlı) 750 əyarlı, 41,3 qram, 4,49 karat – 11300 manat,

15. Televizor LG 108 ekran -1100 manat,

16. Çılçıraq “Almazelektrik, 24 şamdan ulduz model”- 1800 manat,

17. Divan Bellona- 600 manat,

18. Mebel Bellona- 2500 manat,

19. Tv altı- 800 manat,

20. Xalça 3x4 1 ədəd ipək -500 manat,

21. Güldan 2 ədəd “TOM” firması - 800 manat,

22. Meyvə qabı 1 ədəd yekə ayaqlı- 1000 manat,

23. Meyvə qabı 2 ədəd böyük ayaqlı- 1000 manat,

24. Meyvə qabı 2 ədəd orta ayaqlı- 800 manat,

25. Meyvə qabı 2 ədəd orta yumru- 800 manat,

26. Tort qabı 1 ədəd yekə ayaqlı- 600 manat,

27. Çərəz qabı 2 ədəd yekə ayaqlı- 600 manat,

28. Qənd qabı 2 ədəd ayaqlı- 450 manat,

29. Qənd qabı 2 ədəd balaca qapaqlı - 300 manat,

30. Konfet qabı 2 ədəd orta ayaqlıaypara - 400 manat,

31. Konfet qabı 2 ədəd yekə ayaqlıaypara - 600 manat,

32. Kül qabı 2 ədəd orta - 300 manat,

33. Salfetka qabı 4 ədəd - 400 manat,

34. Stəkan 18 ədəd böyük - 600 manat,

35. Stəkan 12 ədəd armudu - 400 manat,

36. Nəlbəki 18 ədəd böyük - 600 manat,

37. Razetka 18 ədəd limon formasında - 300 manat,

38. Limon qabı 12 ədəd ayaqlı - 400 manat,

39. Rumkalar 4 cür böyük, orta, balaca 12 nəfərlik - 600 manat,

40. Kobalt servis 12 person, göy naxışlı - 3000 manat,

41. İris servis 12 person, Kütahya - 2500 manat,

42. İris bakal 12 person, Kütahya - 1200 manat,

43. Qaşıq,çəngəl, bıçaq dəsti 12 person, Kütahya - 1000 manat,

44. Ulduz qənd qabı 2 ədəd Rosko firması - 300 manat,

45. Meyvə qabı 1 ədəd Rosko firması - 450 manat,

46. Kül qabı 1 ədəd Rosko firması - 100 manat,

47. Televizor LG 86 ekran -650 manat,

48. Mebel Still - 2000 manat,

49. Çılçıraq “Almazelektrik”- 1200 manat,

50. Xalça 2 ədəd, ipək 1x1,20 - 400 manat,

51. Mebelmətbəx Korona - 3700 manat,

52. Soyuducu “Toshiba” – 1600 manat,

53. Qabyuyan LG, 12 person – 1300 manat,

54. QazsobasıJavel firması, şüşə - 320 manat,

55. Elektrik sobasıJavel firması - 200 manat,

56. Asperator Javel firması - 200 manat,

57. Kuxna stol+stul 4 nəfərlik dəst - 500 manat,

58. Tozsoran 1 ədəd Fakir firması, böyük - 350 manat,

59. Tozsoran 1 ədəd Fakir firması,ayaqlı - 150 manat,

60. Yemək servisi 12 person - 250 manat,

61. Yemək servisi 12 person - 200 manat adları göstərilən cehiz əşyalarının və ya onların dəyərinin, 60 manat mediasiya xərci, 100 manat dövlət rüsumu və 300 manat vəkil xərcinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013cü ildə nikaha daxil olmuşlar. Nikahdan 2 (iki) uşaqları andan olmuşdur. Nikahın ilk vaxtlarında münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri pisləşməyə başlamışdır. Nikah məhkəmə qətnaməsilə pozulmuşdur. İddiaçı özü ilə gətirdiyi cehiz əşyaları Cavabdehgildədir. Lakin Cavabdeh həmin cehiz əşyaların götürülməsinə icazə vermir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələblərində olan bütün cehiz və zinət əşyalarının iddiaçıya təhvil verildiyini, bu səbəbdən də iddia tələbindən imtina edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmədən məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

7. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərində olan bütün cehiz və zinət əşyalarının iddiaçıya təhvil verildiyini, bu səbəbdən də mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

13. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. İddiaçının nümayəndəsi və vəkili mülki işin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək dispozitivlik prinsipinə uyğun olaraq iddia tələbinə baxılmaması ilə bağlı iradə ifadəsini bildirmişdir. Məhkəmə iddiaçının vəkil-nümayəndəsinin iradə ifadəsini və işin hazırlıq icraatı mərhələsində olduğunu nəzərə alaraq qeyd edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “cehiz-əmlak və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 99.60 (doxsan doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (Ödəyici:Nümayəndə1: FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025 saat:13:30:42) dövlət büdcəsindən iddiaçının nümayəndəsi və vəkilinə geri qaytarılmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “cehiz-əmlak və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 99.60 (doxsan doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (Ödəyici:Nümayəndə1: FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025 saat:13:30:42) dövlət büdcəsindən iddiaçının nümayəndəsi və vəkilinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar