Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1598/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Kreditor MMC-nin Borclu qarşı pul məbləğinin ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi : Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu bağlanmış xx.xx.2016-cı il tarixli OK25516 saylı Nisyə satış müqaviləsi üzrə 957.37 manat əsas borc və 90 manat cərimə borcu olmaqla cəmi 1047.37 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditor "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarasınız. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.1.-ci maddəsinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu barədə məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə tələbi təsdiq edən sənədlər tam olaraq əlavə olunmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 19 oktyabr 2016-cı il tarixli müqavilə ərizəyə əlavə edilsə də, həmin müqaviləyə 1 saylı əlavə məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin Borclu qarşı pul məbləğinin ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1598/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1598/2021
23.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver