Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1624/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair miş üzrə (Açar sözlər: “qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin tutulması, pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, sırğa, boyunbağı, qolbaq və üzükdən ibarət bir ədəd qızıl dəsti (ağ qızıl), bir ədəd nişan üzüyü (sarı qızıl), bir ədəd sırğa dəsti (pandoralı, sarı qızıl), bir ədəd sırğa dəsti (sarı qızıl), bir ədəd üzük (pandoralı, sarı qızıl), bir ədəd qolbaq (sarı qızıl), üzük və sırğadan ibarət bir ədəd qızıl dəsti (sarı qızıl), bir ədəd sırğa dəsti (sarı qızıl)in, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq; aylıq müavinətlərdən əldə olunmuş 4457 manat, uşaqların doğulmasına görə verilmiş birdəfəlik müavinət olan 1500 manat və valideyni tərəfindən verilmiş 500 manat olmaqla 6457 manat pulun cavabdehlərdən tutulması, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun, mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 50 manat məbləğində mediasiya haqqı, 10 manat məbləğində kargüzarlıq haqqı və vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkil-nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinı müraciət edərək, məhkəmədən 1 ədəd ağ komplekt dəst (üzük, 1 cüt sırğa, boyunbağı, qolbağı)-36 qram, 750 əyar-4200 manat, 1 ədəd nişan üzüyü-6 qram, 585 əyar-690 manat, 1 cüt pandoralı sırğa-5 qram, 585 əyar-550 manat, 1 cüt sırğa-1.1 qram, 585 əyar-130 manat, 1 ədəd pandoralı üzük-7 qram, 585 əyar-800 manat, 1 ədəd qolbaq-2.5 qram, 585 əyar- 240 manat, 1 cüt sırğa və üzük dəst-9 qram, 585 əyar-1000 manat, 1 cüt sırğa-3 qram, 750 əyar-420 manat dəyərində qızıl-zinət əşyalarının Cavabdeh3 alınaraq, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan, cəmi 8030 manat məbləğin Cavabdeh3 tutularaq; aylıq müavinətlərdən əldə olunmuş 2672 manat pulun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 bərabər qaydada tutularaq, uşaqların doğulmasına görə verilmiş birdəfəlik müavinət olan 1500 manat və valideyni tərəfindən verilmiş 500 manat olmaqla, 2000 manat pulun Cavabdeh3 tutularaq; aylıq müavinətlərdən əldə olunmuş 1785 manat pulun Cavabdeh2 tutularaq; məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 84 manat məbləğində dövlət rüsumunun, mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 50 manat məbləğində mediasiya haqqı, 10 manat məbləğində kargüzarlıq haqqı və vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının vəkil-nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinı müraciət edərək, məhkəmədən 1 ədəd ağ komplekt dəst (üzük, 1 cüt sırğa, boyunbağı, qolbağı)-36 qram, 750 əyar-5000 manat, 1 ədəd nişan üzüyü-6 qram, 585 əyar-700 manat, 1 cüt pandoralı sırğa-5 qram, 585 əyar-550 manat, 1 cüt sırğa-1.1 qram, 585 əyar-130 manat, 1 ədəd pandoralı üzük-7 qram, 585 əyar-800 manat, 1 ədəd qolbaq-2.5 qram, 585 əyar-250 manat, 1 cüt sırğa və üzük dəst-9 qram, 585 əyar-1000 manat, 1 cüt sırğa-3 qram, 750 əyar-420 manat dəyərində qızıl-zinət əşyalarının Cavabdeh3 alınaraq, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan, cəmi 8850 manat məbləğində pul vəsaitinin Cavabdeh3 tutularaq; aylıq müavinətlərdən əldə olunmuş 2672 manat pulun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 bərabər qaydada tutularaq, uşaqların doğulmasına görə verilmiş birdəfəlik müavinət olan 1500 manat və valideyni tərəfindən verilmiş 500 manat olmaqla, 2000 manat pulun Cavabdeh3 tutularaq; aylıq müavinətlərdən əldə olunmuş 1785 manat pulun Cavabdeh2 tutularaq; məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 87 manat məbləğində dövlət rüsumunun, mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 50 manat məbləğində mediasiya haqqı, 10 manat məbləğində kargüzarlıq haqqı və vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qızıl-zinət əşyalarının dəyəri olaraq 8850 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını istədiyini bildirmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 13 iyul 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahlarını 4 saylı Bakı “Asan-xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1624 nömrə ilə qeyd edilmiş, AZ-İ № 051769 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahlarından xx.xx.2023-ci ildə X4, X2 və X5 anadan olmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan üçəm oğul övladları dünyaya gəldikdən sonra cavabdeh övladı Cəfərin xəstəliyi ilə əlaqədar ona baxmaqdan onun sağlam uşaq olmamasını bəhanə edərək imtina etmiş, o isə övladının sağalması üçün bütün səylərini əsirgəməyəcəyini bildirdiyindən münasibətləri pozulmuş və Cavabdeh2 nikahın pozulması və uşaqlar ilə ünsiyyət tələbi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, övladları doğulduqdan sonra uşaqlara tək baxmağı çətin olduğundan qaynatası Cəfər Fətullayevə məxsus Hövsan qəsəbəsində evdə yaşamışdır. 22 aprel 2024-cü il tarixində isə uşaqlar doğulana kimi daimi olaraq yaşadığı ünvan 1 ünvanına gəlib qalmış, həftə sonları isə yenə qaynatasına məxsus evə getmişdir. X8 06 may 2024-cü ildə qəflətən xəstələnməsi səbəbindən dərhal onu, keçmiş əri ilə xəstəxanaya aparmış və xəstəxanada qalmışdır. Qeyd edir ki, ona ensefalit diaqnozu ilə (“Ensefalit” termini altında baş beynin infeksion, allergik, infeksion-allergik və toksiki zədələnməsi nəzərdə tutulur) intensiv müalicə təyin edilmiş və o bir aya yaxın müddətdə mütəmadi olaraq xəstəxanada qalmış, 04 iyun 2024-cü il tarixində xəstəxanadan çıxmışdır. Lakin, həyat yoldaşı və ailəsi xəstə övladını qəbul etmək istəməmiş, nəticədə hələ xəstəxanada olanda aralarında narazılıq yaranmış və 04 iyun 2024-cü il tarixində xəstəxanadan çıxıb Hövsan qəsəbəsində olan evə gəldikdə onu evə buraxmamışlar, digər uşaqları da ona verdikləri üçün o digər 2 oğlunu da götürüb valideynlərinin yaşadığı Ağcabədi rayonuna getməyə məcbur olmuşdur. Xəstəxanada olduğu müddətdə qızıl-zinət əşyaları keçmiş qaynanası Cavabdeh3 qalmış, həmin qızılları keçmiş baldızı Cavabdeh1 tələb etsə də, geri qaytarmamış, Cavabdeh2 isə ona mesaj yazaraq qızılları sataraq süni mayalanmaya xərclədiklərini bildirmişdir. Lakin qızıllar süni mayalanma üçün xərclənməmiş, keçmiş qaynanası Cavabdeh3 qalmışdır, bunun təsdiqi olaraq uşaqlar doğulduqdan sonra qızıllar üzərində olan şəkilləri məhkəmə iclasında təqdim edəcəkdir. Həmin qızıllar aşağıdakılardır: 1. Sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət bir ədəd qızıl dəsti (ağ qızıl); 2. Bir ədəd nişan üzüyü (sarı qızıl); 3. Bir ədəd sırğa dəsti (pandoralı, sarı qızıl); 4. Bir ədəd sırğa dəsti (sarı qızıl); 5. Bir ədəd üzük (pandoralı, sarı qızıl); 6. Bir ədəd qolbağı (sarı qızıl); 7. Üzük və sırğadan ibarət bir ədəd qızıl dəsti (sarı qızıl). 8. Bir ədəd sırğa dəsti (sarı qızıl). Bundan əlavə, uşaqlar doğulduqdan sonra ona dövlət tərəfindən sosial yardım və uşaqların xərclərinin ödənilməsinə yardım məqsədilə aylıq müavinətlər verilirdi ki, həmin ödənişlər üzrə bank kartları keçmiş baldızı Cavabdeh1 olmuş, o, isə həmin pulları götürərək ona verməmişdir. Belə ki, sosial yardıma görə ödənilmiş ödənişlərdən sonu 8475 olan plastik karta köçürülən hər ay 595 manatdan verilmiş ödənişləri xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə 3 dəfəyə 200+200+100+86 olmaqla 586 manat, xx.xx.2024-cü il tarixdə 596 manat, xx.xx.2024-cü il tarixdə 595 manat və xx.xx.2024-cü il tarixdə 590 olmaqla, cəmi 2957 manat pulu bankomat vasitəsilə nağdlaşdırmış, eləcə də uşaqlara yardım üçün verilmiş ödənişlərdən sonu 9784 olan plastik karta hər ay 300 manatdan köçürülümüş ödənişləri xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə olmaqla, cəmi 1500 manat pulu bankomat vasitəsilə nağdlaşdırmış, nəticədə uşaqlara görə ona verilmiş 4457 manat pulu götürmüşdür. Həmin pullardan 2024-cü ilin aprel ayı daxil olmaqla olan pulları Cavabdeh3 vermiş, may ayında olan ödənişləri də çıxartmış, lakin xəstəxanada olduğundan nə etdiyini bilməmişdir. Eyni zamanda uşaqlara anadan olmasına görə verilmiş müavinət olan 1500 manat pul da, uşaqlar doğulduqdan sonra onun valideynləri 500 manat və ailə üzvləri də müəyyən pullar vermişdir ki, həmin pullar da Cavabdeh3 qalmışdır. Həmin pullar toplanıb, uşaqlara ev alınacaqdır. Həmin pulları o, Cavabdeh1 tələb etdikdə isə, Cavabdeh2 ona mesaj yazaraq “6 il ərzində gəlin olaraq atası evində qaldığını, yediyi yeməyin xərcinə çıxmasını” demişdir. Hazırda özünə məxsus qızıl-zinət əşyalarını və ona dövlət tərəfindən verilmiş və uşaqlarının haqqı olan 4457 manat pulu, eləcə də doğuma görə verilmiş birdəfəlik müavinət olan 1500 manat və valideyni tərəfindən verilmiş 500 manatı da hazırda cavabdehlərdən tələb edir, lakin onlar qızıl-zinət əşyalarını və pulları ona qaytarmaqdan imtina edirlər. Halbuki, mənzildən istifadə hüququ ilə bağlı mediasiya prosesinə başladıqdan və bu barədə cavabdehlərə təklif göndərdikdən sonra onlar tam şəkildə olmasa da ona məxsus cehizləri bir yük avtomobili ilə Ağcabədi rayonuna göndərmiş (bəzi əşyalarımı göndərməmiş), lakin qızıl-zinət əşyalarını və pul vəsaitini qaytarmamışlar. “Qızıl-zinət əşyalarının geri qaytarılması və pul tələbinə dair” ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ağcabədi rayonuna gələrək onunla görüşmüş, ailə münasibətlərinin bərpası barədə razılıq əldə olunmuş, cavabdehlər həmin pul və qızıl-zinət əşyalarının ona geri qaytarılması ilə bağlı söz verdiyindən həmin ərizənin geri qaytarılması barədə məhkəməyə vəsatətlə müraciət etmişdir. Lakin, iddia ərizəsi geri qaytarıldıqdan sonra, cavabdehlər onunla əlaqəni kəsmiş, ailəsi bərpa olmamış, əksinə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2(017)-32/2025 saylı Qətnaməsi ilə cavabdeh Emil Fətullaevlə aralarındakı nikah pozulmuşdur. Cavabdehlər isə pul və qızıl-zinət əşyalarını geri qaytarmadıqları üçün yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Cavabdehin etirazı
6. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəillərinə qarşı etiraz ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və qeyrilərinə qarşı irəli sürdüyü iddia əsasızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı ilə oğlu Cavabdeh2 13 iyul 2019-cu ildə ailə qurmuşlar. Uşaqları olmadığı üçün necə il müalicə alaraq suni mayalanma ilə hamilə qalmış və 2023-cü ildə üçəm uşaqlar dünyaya gətirmişdir. Həmin dövr ərzində bütün qızıl-zinət əşyaralını sataraq özəl xəstəxanalarda müalicə alaraq xərcləmişdir. Ona aid heç bir qızıl- zinət əşyaları onlarda qalmamışdır. Həmin dövrdə xərclədiyi pulları da öz yazısı ilə dəftərində qeyd etmişdir. Bütün yazdıqlarının surətini və qızıl-zinət əşyarının satılması ilə bağlı qəbzəri mülki işə əlavə edir. Eyni zamanda güya 1500 manat birdəfəlik müavinətin onlar tərəfdən mənimsədiyini qeyd edir, lakin həmin məbləği də “X16”da qan köçürülməsi şöbəsinə özünə qan köçürüb və müalicə almışdır. Həmin qəbzi də mülki işə əlavə edir. Aylıq müavinətlərdən əldə olunmuş 4457 manat pul isə İddiaçı uşaqları körpə olduğundan evdən çölə çıxa bilmədiyi üçün qızı Şəbnəm ya da oğlu Emildən xahiş etmişdir ki, bankomatdan pulu çıxarıb ona verilsinlər. Qızı Şəbnəm İddiaçı telefonuna proqram yükləmişdir ki, pul hesaba oturan kimi onu çıxartsınlar. Bankomatdan çıxarılan bütün pulları isə özünə verilirdi ki, 3 uşağın tələbatını yerinə yetirsin. İddiaçı oğlu Emil ilə birlikdə bir ailə kimi yaşadığı dövürdə əldə etdikləri bütün pul vəsaitlərini uşaqları üçün xərcləmişdir. Oğlu Emilin əmək haqqı cəmi 390 manat təşkil edir, ondan başqa oğluna heç bir gəlir gəlmir. İddiaçı dediyinə görə bütün xəstəxanada çəkilən xərcləri kim tərəfindən ödənilməsi maraqlı deyil. Hətta uşaqlardan biri xəstə olduğu üçün onu xəstəxanada müalicə etmək üçün külli miqdarda pul xərcləmişdir. İddiaçı aid onlarda nə qızıl, nə də pul yoxdur. İddiaçı atasından ona verildiyi 500 manat pul isə uşaqlara beşik alınmışdır. Eyni zamanda o evi tərk edərkən həmin kartları da götürüb özü ilə aparmışdır. Ona görə də İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materialları:
8. Bakı 12 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü-ci il tarixli MŞB/12/2024-00285 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 isə ilkin mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçtkargüzarlıq xərci ödənilmişdir.
9. İş materiallarına fota şəkillər əlavə edilmişdir.
10. İş materiallarına “WhatsApp” mobil tətbiqində aparılmış yazışmalara dair fotoşəkillər əlavə edilmişdir.
11. İş materiallarına aparılmış ödəniş əməliyyatları barədə 15 ədəd qəbz əlavə edilmişdir.
12. İş materiallarına əl yazma əlavə edilmişdir.
13. İş materiallarına “Bakı sağlamlıq mərkəzi”, “Bakı Medical Plaza”, “Reproduktiv Sağlamlıq Mərkəzi” və “X3”a edilmiş ödənişlər barədə qəbzlər əlavə olunmuşdur.
14. İş materiallarına Cavabdeh2 və İddiaçı Əliağa qızının “Embrionun dondurulub saxlanılmasına” razılıq ərizəsi əlavə edilmişdir.
15. Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarış”dan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü Fətullayev Buluda mərkəzi sinir sisteminin digər dəqiqləşməmiş zədələnməsi diaqnozu qoyulmuşdur.
16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 468/E saylı mütəxəssis rəyindən görünür ki, X6 tərəfindən qiymətləndirilməsi xahiş olunan qızıl-zinət əşyalarının hazırkı tarixə ümumi bazar dəyərinin 8030 manat təşkil etməsi müəyyən edilmişdir.
17. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/1313 saylı qiymətləndirmə hesabatından görünür ki, sual 1 üzrə: təqdim edilmiş qızılzinət əşyalarının bazar dəyəri 8850 manat müəyyən edilmişdir. Sual 2-6 üzrə: fotoşəkilər əsasında qramın müəyyən edilməsi mümkün deyildir. Sual 7-8 üzrə: fotoşəkilə baxmaqla əyar və çəkinin müəyyən edilməsi mümkün deyil. Əyara görə qiymət fərqi 1 qram qızıla görə 23 manat təşkil edir.
18. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödənilmişdir.
19. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 5 manat dövlət rüsumu ödənilmişdir
20. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 49 manat dövlət rüsumu ödənilmişdir.
21. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 3 manat dövlət rüsumu ödənilmişdir
Tərəflərin izahatları:
22. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, qızılzinət əşyalarının əvəzinə, onların dəyəri olan 8850 manat pul vəsaitinin tutulmasını xahiş edir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil-nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, təqdim etdikləri sübutlardan da görünür ki, qızıl-zinət əşyaları cavabdehlərdədir. Cavabdehlər qızıl-zinət əşyalarının satılması ilə bağlı məhkəməyə sübut təqdim etməmidir. Həmçinin qeyd etmişdir ki, qızıl-zinət əşyalarının dəyərinin cavabdehlərdən tutulmasını istəyirlər.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbini qızıl-zinət əşyalarının dəyəri olan 8850 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qəbul etsə də, iddia tələbi qalan hissədə əsassızdır. Sosial müavinəti dövlət uşaqlar üçün vermiş və uşaqlar üçün xərclənmişdir.
25. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbini qızıl-zinət əşyalarının dəyəri olan 8850 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qəbul etsə də, iddia tələbi qalan hissədə əsassızdır. Sosial müavinəti dövlət uşaqlar üçün vermiş və uşaqlar üçün xərclənmişdir.
26. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı:
27. İddiaçı ilə Cavabdeh2 13 iyul 2019-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-ci ildə X4, X2 və X5 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikaha Ağcabdi Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir.
28. İddiaçı və Cavabdeh2 birgə nikahlarından doğulmuş üç əkiz uşaqların saxlanması üçün iddiaçıya sosial müavinət təyin edilmişdir.
29. İddiaçı Cavabdeh3 qızıl-zinət əşyalarının, olmadığı halda dəyərinin, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2672 manat aylıq müavinətin və Cavabdeh3 uşağın doğulmasına görə verilmiş 1500 manat birdəfəlik müavinət, valideyni tərəfindən verilmiş 500 manat məbləğində pul vəsaitinin və Cavabdeh2 1785 manat aylıq müavinətin tutulması tələbini irəli sürmüşdür.
30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən tələb edilən qızılı-zinət əşyalarının bazar dəyəri olan 8850 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbini qəbul etmişlər.
31. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehdən qızıl-zinət əşyalarının dəyərinin tutulmasını istədiyini bildirmişdir.
32. Məhkəmə qərardadı əsasında keçirilmiş qiymətləndirməyə dair təqdim edilmiş mütəxəssis rəyinə əsasən qızıl-zinət əşyalarının dəyərinin 8850 manat təşkil etdiyi müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
34.1 nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2 ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
Məhkəmənin mövqeyi:
37. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
38. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:
1. qızıl-zinət əşyalarının dəyəri.
2. uşaqlar üçün təyin edilmiş aylıq müavinət.
3. uşaqların doğulması üçün ödənilmiş birdəfəlik müavinət.
4. atası tərəfindən verilmiş 500 manat məbləğində pul vəsaiti.
İddia tələbinin “qızıl-zinət əşyaları”na dair hissəsi ilə bağlı:
39. İşin faktiki halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının, olmadığı halda dəyərinin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
40. Məhkəmə tərəfindən qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmış və rəyə əsasən qızıl-zinət əşyalarının dəyərinin 8850 manat olması müəyyən edilmişdir.
41. Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qızıl-zinət əşyalarının dəyəri olan 8850 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qəbul etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehdən qızıl-zinət əşyalarının dəyərinin tutulmasını xahiş etmişdir.
42. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
43. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddianı etirafı qəbul olunmalıdır.
44. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
45. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının dəyərinin tutulması tələbi irəli sürüldüyündən və cavabdeh tərəfindən iddia tələbi həmin hissədə qəbul edildiyindən məhkəmə tərəfindən cavabdehin etirafı qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməlidir.
İddia tələbinin uşaqlar üçün ödənilən 1785 manat aylıq müavinət məbləğinin Cavabdeh2 tutulması hissəsi ilə bağlı:
46. İddiaçı iddia tələbinin hazırki hissəsini uşaqlar üçün ödənilən aylıq sosial müavinətin 2024-cü ilin aprel və may ayı üçün ödəniş məbləğlərinin Cavabdeh2 tərəfindən əldə edilməsi ilə əsaslandırılmışdır.
47. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı irəli sürülmüş hazırki iddia tələbinin hüquqi əsası yoxdur.
48. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən tələb edilən ödəniş iddiaçının özü üçün deyil, uşaqlar üçün ödənilən məbləğdir. Qeyd edilən məbləğ dövlət tərəfindən uşaqların saxlanması üçün ailəyə edilən sosial yardımdır. Tələb irəli sürdüyü şəxs isə iddiaçının keçmiş ailə üzvü, uşaqların ehtiyacını qarşılamış şəxsdir. Həmçinin iddia ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçının tələb etdiyi 2024-cü ilin aprel və may aylarında isə iddiaçının Cavabdeh2 ilə ailə münasibətləri pozulmamış, iddiaçı uşağın xəstəliyi ilə əlaqədar xəstəxanada olmuşdur. İddiaçının həmin müddət uşağın xəstəliyi ilə əlaqədar xəstəxanada olması onu da ifadə edir ki, uşağın xəstəliyi ilə əlaqədar ailənin əlavə xərci yaranmışdır.
49. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə qeyd edilən pul vəsaitinin Cavabdeh2 tərəfindən əldə edilməsi ilə bağlı sübut təqdim edilməsə də, həmin vəsaitin Cavabdeh2 tərəfindən əldə edildiyini hesab etsək belə, iddia tələbi əsassızdır.
50. Belə ki, o, həmin vəsaiti əldə etmiş, istifadə etmiş olsa belə, iddiaçıya məxsus olan məbləği deyil, uşaqların saxlanması üçün dövlət tərəfindən ödənilən sosial yardım məbləğini əldə etmişdir.
51. Odur ki, iddia tələbi hazırki hissədə əsassız olduğundan təmin edilə bilməz.
İddia tələbinin “uşaqlar üçün ödənilən aylıq müavinət, birdəfəlik müavinət və valideyni tərəfindən verilmiş 500 manat pul vəsaitinin tutulması” hissəsi ilə bağlı:
52. İddiaçı iddia tələbinin Cavabdeh1 aid olan hissəsini, onun bir neçə ay aylıq sosial müavinət məbləğlərini bankomatdan çıxarması ilə əsaslandırmışdır.
53. İddiaçı Cavabdeh1 münasibətdə iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, bank kartı Cavabdeh1 olmuş, bankomatdan sosial müavinətin 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə ödəniş məbləğlərini o çıxarmış və Cavabdeh3 vermişdir.
54. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasına əsasən iddia tələbinin aylıq sosial müavinət məbləğlərinin Cavabdeh1 tutulmasına dair hissəsi özü-özlüyündə əsassızdır. Belə ki, iddiaçının bildirdiklərinə əsasən Cavabdeh1 aylıq sosial müavinət məbləğlərini bankomatdan çıxararaq cavabdeh X1 vermişdir.
55. İddaçı ilkin olaraq iddia ərizəsində aylıq sosial müavinətin may ayı üçün ödənilən məbləğinin Cavabdeh1 tərəfindən əldə edilməsini, lakin o xəstəxanada olduğundan nə üçün istifadə edildiyini bildirsə də, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə yalnız, yanvar, fevral, mart ayları üzrə ödənişlərin Cavabdeh1 tərəfindən çıxarılmasını, aprel və may ayları üzrə ödənişlərin isə cavabdeh X7 tərəfindən əldə edilməsini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən həmin pul vəsaitinin cavabdeh tərəfindən çıxarılması, cavabdehin şəxsi ehtiyacları üçün sərf edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən də məhkəmə iclasında verilən izahata əsasən iddiaçının belə bir iddiada olduğu, yəni cavabdehin həmin pul vəsaitini əldə edib şəxsi ehtiyacları üçün sərf etməsini iddia etdiyi müəyyən edilməmişdir. İddiaçı bildirmişdir ki, uşaqlar üçün ödənilən aylıq sosial müavinət məbləğləri Cavabdeh3 tərəfindən uşaqlara ev almaq üçün toplanmışdır. Yəni iddiaçı uşaqların ehtiyacları üçün dövlət tərəfindən təyin edilən sosial müavinət məbləğlərinin Cavabdeh1 tərəfindən əldə edilib şəxsi ehtiyacları üçün sərf edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.
56. Düzdür Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda iddiaçının xahişi ilə (onun avtomobili olduğundan ondan xahiş edildiyini) iki ay sosial müavinət məbləğlərini özü, 3 ay isə qardaşı, yəni Cavabdeh2 ilə birlikdə çıxardığını bildirsə də, iddiaçı tərəfindən həmin pul vəsaitlərinin Cavabdeh1 tərəfindən cavabdeh X1 verilməsi sübuta yetirilə bilməmişdir. Cavabdeh1 izahatında onun tərəfindən çıxarılan pul vəsaitlərinin iddiaçıya verdiyi və ya iddiaçının xahişi ilə uşaqların ehtiyacları üçün zəruri olan məhsullar aldıb iddiaçıya verdiyini bildirmişdir.
57. Həmçinin məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, yəni iddiaçıda kart hesabına dair mobil tətbiqin olması, tərəflərin maddi vəziyyətinə əsasən belə nəticəyə gəlir ki, uşaqların saxlanması üçün dövlət tərəfindən verilən sosial müavinət məbləğinin Cavabdeh1 tərəfindən əldə edilərək öz şəxsi ehtiyacları üçün sərf edilməsi ağlabatan deyildir.
58. İddiaçı iddia tələbinin Cavabdeh3 aid olan hissəsini, onun uşaqların saxlanması üçün ödənilən aylıq sosial müavinət məbləğlərinin, uşaqların doğulması üçün birdəfəlik ödənilmiş 1500 manat və valideyni tərəfindən verilmiş 500 manat məbləğində pul vəsaitinin Cavabdeh3 tərəfindən uşaqlara ev almaq üçnü toplanması ilə əsaslandırmışdır.
59. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmiş, sübuta yetirilə bilməmişdir.
60. Yəni iddiaçı tərərfindən qeyd edilən pul vəsaitlərinin Cavabdeh3 verilməsi işin tədqiq edilən halları ilə müəyyən edilməmişdir. Cavabdehlər etirazlarında bildirmişlər ki, uşaqlar üçün ödənilən aylıq sosial müavinət məbləğləri uşaqların ehtiyacları üçün sərf edilmşidir, iddiaçının atası tərəfindən verilmiş 500 manat məbləğində vəsait isə uşaq üçün kolyaska alınmasına sərf edilmişdir.
61. Məhkəmə həmçinin onun diqqətə çatdırmağı zəruri hesab edir ki, işin tədqiq edilən halları ilə iddiaçının keçmiş əri Cavabdeh2 həm uşaqların ehtiyaclarını qarşılayıb, həmçinin uşaqların ehtiyaclarını qarşılamaq üçün dövlət tərəfindən təyin edilmiş sosial müavinət məbləğlərini toplaya biləcək gəlirə malik olması müəyyən edilməmişdir.
62. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, aylıq 400 manat gəlirə malikdir. Tərəflərin isə birgə nikahın 3 (üç) əkiz uşaqları vardır. İddiaçının isə gəlirə malik olduğu müəyyən edilməmişdir. Qeyd edilən ailə gəliri ilə 3 uşağn ehtiyaclarını qarşılanması təbiiki çətindir. Məhz dövlət tərəfindən təyin edilən sosial müavinət də ailə gəliri nəzərə alınmaqla uşaqların saxlanması üçün təyin edilmişdir.
63. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin “uşaqlar üçün ödənilən aylıq müavinət, birdəfəlik müavinət və valideyni tərəfindən verilmiş 500 manat pul vəsaitinin tutulması”na dair hissəsi əsassız olduğundan təmin edilə bilməz.
Məhkəmə xərcləri:
64. Məhkəmə qeyd edir ki, iddia qismən tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48.5 manat məbləğində pul vəsaiti Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır.
65. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
66. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
67. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, bu hissəsə tələb əsaslı olduğundan təmin edilməlidir.
68. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
69. Məhkəmə qeyd edir ki, xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər.
70. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi qismən təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
71. Məhkəmə hazırki mülki işin faktiki hallarını nəzərə alaraq keçirilmiş qiymətləndirmə xidmətinin haqqı olaraq hesablanmış 500 manat məbləğində vəsaitin 300 manat hissədə tutulmasını məqsədəmüvafiq hesab edir.
72. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
73. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 qızıl-zinət əşyalarının dəyəri qismində 8850 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48.5 manat, mediasiya xərcinin əvəzi qismində 60 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdı̇ :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 qızıl-zinət əşyalarının dəyəri qismində 8850 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48.5 manat, mediasiya xərcinin əvəzi qismində 60 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Starə Əliyeva