Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-164/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2451965Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən (X1) ona məxsus fərdi yaşayış evinin tikintisi üçün vurulmuş maddi zərərin əvəzi qismində 27590 (iyirmi yeddi min beş yüz doxsan) manat, mənəvi zərərə görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 32590 (otuz iki min beş yüz doxsan) pul, vəkil üçün ödədiyi 200 manat xidmət haqqı və ödənilmiş 189 manat (yüz səksən doqquz manat) dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səfəvilər küçəsi, ev 79 ünvanında yerləşən 0,600 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. 2022-ci ildə həmin torpaq sahəsində ev tikmək qərarına gəliblər. 13 noyabr 2022-ci il tarixində Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səfəvilər küçəsi, ev 79 ünvanında yerləşən 0,600 ha torpaq sahəsində layihə əsasında çöl divardan-çöl divara ümumi sahəsi 190 kv.metr olmaqla tikinti və təmir işlərinin həyata keçirilməsi barədə razılığa gəliblər və həmin tarixdə aralarında “Podrat Müqaviləsi” imzalanıb. Həmin müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən göstərilən tikinti, təmir materiallarının qiymət və materiaların siyahısı ona təqdim edilib. Onun həyət evinin tikilməsində məqsədi himayəsində 1-ci qrup əlil 1998-ci il təvəllüdlü X4 olmasıdır. Onun bacısının qızı olsa da, körpəlikdən onun himayəsində böyüyüb, sonradan 1-ci qrup əlil olması müəyyən olunub. Həmin uşağın himayəsinə götürülməsi barədə hər hansı sənədləşmə işi aparılmayıb, lakin 24 ildir ki, onun himayəsindədir. Cavabdehlə aralarında imzalanmış Podrat Müqaviləsinin 1.2-ci bəndinə əsasən, qeyd edilən tikinti işlərinə əlavə olaraq torpaq sahəsinə yerləşən köhnə tikililərin (fərdi yaşayış evi, yay mətbəxi, texniki otaq və s.) söküntü işləri “Podratçı” tərəfindən həyata keçirilməlidir. 1.3-cü bəndinə əsasən inşa edilən fərdi yaşayış evi “Sifarişçi” İddiaçı imzalayaraq təsdiq etdiyi və “Podratçıya” təqdim etdiyi fərdi yaşayış evinin Layihə-Eskizi əsasında həyata keçirilir. 1.4-cü bəndinə əsasən “Podratçı” tərəfindən inşa edilən layihənin ümumi sahəsi 190 kv.m-dir. 1.7-ci bəndinə əsasən “Sifarişçi” “Podratçıya” həvalə etdiyi işlərin və xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar bu müqavilə ilə razılaşdırılmış layihə dəyəri, mal-material haqqını ödəməyi öz üzərinə götürür. 1.8-ci bəndinə əsasən, fərdi yaşayış evinin tikintisi üçün alınan mal-materiallar “Sifarişçinin” əvvəlcədən ödənişi (avansı) əsasında alınır və malmateriallara “Sifarişçinin” göstərişi ilə başqası ilə dəyişdirildikdə, o zaman həmin məmulatların əlavə ödənişi “Sifarişçi” ilə razılaşdırılır. Smetadan kənar mal-materialların alınmasının “Podratçıdan” tələb edilməsi əsassızdır. 1.9-cu bəndinə əsasən, 4m x 8m=32 kv.m skimmber tipli sadə hovuz və 5.6 m x 1,4 m isti döşəməli cambalkonun tikinti və təmiri “Perqola” tipli açıq qaraj 5 m x 5m (döşəmə betonlanır). 3.1-ci bəndinə əsasən, “Sifarişçi” “Podratçıya” həvalə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 130000 (yüz otuz min) manat pul ödəməyi öhdəsinə götürür. “Sifarişçi” fərdi yaşayış evinin tikintisi üçün ilkin olaraq avans kimi bu müqaviləyə 3 saylı əlavəyə uyğun olaraq müqavilə bağlandığı anda (xx.xx.2023-cü ildə) İ mərhələdə müqavilə dəyərinin 40 (qırx) faizi - 52000 (əlli iki min) manat, birinci mərhələ tam bitdikdən sonra İİ mərhələdə 30 (otuz) faiz xx.xx.2023-cü il tarixədək 39000 (otuz doqquz min) manat, ikinci mərhələ tam bitdikdən sonra İİİ mərhələdə 30 (otuz) faiz xx.xx.2023-cü il tarixədək 39000 (otuz doqquz min) manat pulu ödəməlidir. 4.3-cü bəndinə uyğun olaraq, əgər “Sifarişçi” müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, “Podratçının” həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər “Sifarişçi” əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, “Podratçı” Sifarişçiyə ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 4.4-cü bəndinə uyğun olaraq müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənara çıxma barəsində “Podratçı” ləngimədən “Sifarişçiyə” məlumat verməlidir. Əgər “Sifarişçi” smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 4.6-cı bəndinə əsasən, işlərin görülməsi zamanı mal-materialların korlanmasına və zədələnməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Podratçı” birbaşa məsuliyyət daşıyır. 6-cı bəndinə əsasən, “Sifarişçi” xidmət haqqının ilk ödəniş etdikdən sonra “Podratçı” 210 (iki yüz on) gün ərzində müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirir. İşlərin başlanması xx.xx.2023cü il, başa çatması xx.xx.2023-cü il müəyyən edilmişdir. 7.2-ci bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsi müddətlərinin pozulmasına görə “Podratçı” “Sifarişçinin” yazılı tələbi ilə sonuncuya hər gün geçikdirildiyi üçün müqavilənin qiymətindən 0,2% məbləğdə dəbbə pulunu ödəməyə borcludur. (130000 AZN x0,2%=260 AZN). Borc məbləği 5 (beş) bank günü müddətində digər tərəfə ödənilir. 7.6-cı bəndinə əsasən, “Sifarişçi” keyfiyyətsiz yerinə yetirilmiş işlər aşkar edərsə, “Podratçı” öz gücü ilə və tərəflərin razılaşdırılmış müddət ərzində dəyərini artırmadan onların lazımi keyfiyyətini təmin etmək üçün bu işləri yenidən tərtib etməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq razışlaşdırılmış qaydada tərəfindən smeta layihə üzrə işin icrasına başlamaq üçün ilkin olaraq İ mərhələyə dair nəzərdə tutulmuş ödəniş məbləği 52000 manat ödənilmiş, sonradan işin ikinci mərhələsi üçün nəzərdə tutulmuş ödəniş məbləğindən 39000 manat ödəniş məbləği cavabdehə ödənilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq işlərə nəzarət etmək cavabdehin üzərində olub. Bir müddət tikinti işləri getdikdən sonra tikintinin müqaviləyə uyğun getmədiyini görüb. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq fərdi yaşayış evinin ümumi ölçüsünün çöl divardan-çöl divara ümumi sahəsi 190 kv.metr olmaqla həyata keçirilməli olduğu halda ölçü zamanı müəyən edilmişdir ki, 10 kv.metr fəqli tikilib, hazırda evin ümumi sahəsi 180 kv.metrdir, bunun üçün 10 kv.metrin dəyəri 6840 manat təşkil edir. Eyni zamanda müqaviləyə əlavə edilmiş 2 saylı əlavəyə əsasən, işlərin ikinci mərhələsində dam örtüyünün vurulması göstərilib. Evin dam örtüyü layihəyə uyğun olaraq iki mərhələdən ibarət olmaqla, 04.2 mm qalınlığında Finlandiya, yaxud Türkiyə istehsalı olan “çerepitça” materialdan, damın izolyasiyası üçün “Min Vata” 2 qat daş yundan istifadə olunmalı idi. Lakin baxış zamanı müəyyən edilib ki, dam ördüyündə işlər layihədən kənar və keyfiyyətsiz aparılıb, dam örtüyü bir mərhələli düz sadə şəkildə olmaqla 0,3 mm qalınlığı olan düz dəmir dam örtüyündən istifadə olunub. Damın izolyasiyası vurulmayıb. Dam örtüyünün düzgün və keyfiyyətli vurulmaması səbəbindən özü digər ustalar cəlb edərək, 1200 manat xərc qarşılığında yenidən dam örtüyünü təmir etdirib. Damın vurulmasında 04.2 mm qalınlığında Finlandiya, yaxud Türkiyə istehsalı olan “çerepitça” materialdan istifadə olunmalı olduğu halda düz sadə şəkildə olan 0,3 mm qalınlığında dam örtüyündən istifadə olunub ki, bunların da arasında 3700 manat fərq yaranıb. Lakin cavabdeh ondan müqaviləyə əlavənin 2-ci hissəsinə uyğun olaraq ikinci mərhələnin dəyərini hesablayaraq tam alıb. Ona görə də, ümumi dam örtüyünün vurulmasında keyfiyyətsiz işlər və keyfiyyətsiz materiallardan istifadə olunması səbəbindən 1200 manat + 3700 manat olmaqla, ümumilikdə 4900 manat zərər ödəməlidir. Bundan başqa, cavabdeh ona məxsus evin tikitntisi zamanı əsassız olaraq müxtəlif bəhanələrlə yubadaraq işi 2023-cü ilin iyun ayının 15-nə qədər tamamlamalı olduğu halda yerinə yetirməyib. Bu da müqaviləyə uyğun olaraq hər gecikdirilmiş günə görə 0.2%, bir gün 260 manat olmaqla bir ay üçün ümumilikdə 7800 manat təşkil edir. Və bu məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. Bütün bunlara görə işlərin keyfiyyətli və layihəyə uyğun aparılmadığını gördükdən sonra “Podratçıya” işlərin dayandırılacağı və müqaviləyə xitam veriləcəyini bildirib. Lakin “Podartçı”nın yenə də, bu xəbərdarlıqlara məhəl qoymadığını və işlərin çox ləng və keyfiyyətsiz apardığını gördükdən sonra cavabdehə işlərin dayandırılmasını və ona vurulmuş zərərin verilməsini tələb edib. Bu barədə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərib. Lakin tələbi yerinə yetirilməyib. O, hazırda kirayə qalır. Nəzərdə tutmuşdur ki, xx.xx.2023-cü il tarixdə yaşayış evinin tikintisi yekunlaşar və o, öz mənzilinə köçər. Lakin işlər yekunlaşmadığından o, hələ də ailəsi ilə birlikdə kirayədə qalır və himayəsində olan 1-ci qrup əlil 1998-ci il təvəllüdlü X4 olmasını nəzərə alaraq daha şəraitli mənzil kirayə götürüb və hər ay 1200 (bir min iki yüz) manat kirayə haqqı ödəyir. Tikintinin başa çatdırılacağı müddət keçdiyindən və onun hələ də kirayə qalaraq aylıq 1200 manat kirayə haqqı ödədiyini nəzərə alaraq kirayə haqqının əvəzi bir ay üçün cavabdeh tərəfindən 1200 (bir min iki yüz) manat pul ödənilməlidir. Əlavə olaraq, müqavilədən kənar qaydada ona məxsus torpaq sahəsinin kənarlarının hasarlanması barədə X3 ilə razılaşıblar. Həmin hasarın tikintisinə tərəfindən 1400 (bir min dörd yüz) manat pul ödənilib. Lakin hasar düzgün tikilməmiş, əlavə olaraq digər ustalar cəlb edərək, əlavə 800 (səkkiz yüz) manat pul qarşılığında hasar gücləndirilib və təmir olunaraq normal vəziyyətə gətirilib. Eyni zamanda evin çöl divarının bir hissəsinin tikinti və suvaq işləri keyfiyyətsiz aparılması səbəbindən əlavə usta cəlb edərək həmin divarın və suvağın düzəldilməsinə əlavə 900 (doqquz yüz) manat xərc çəkib. Ümumiyyətlə evin çöl divarının görüntüsü layihə üzrə yerinə yetirilməyib. Halbuki, bu da 2-ci mərhələyə aiddir və o, həmin pulu cavabdehə ödəyib. Evin çöl divarının (fasadının) layihəyə uyğun düzəldilməsi 3500 manat xərc tələb edir ki, buna da hazırda maddi imkanının olmaması səbəbindən düzəltdirə bilmir. Evin çöl divarının layihəyə uyğun vəziyyətə gətirilməsi üçün çəkiləcək 3500 manat xərc cavabdehdən tutularaq ona qaytarılmalıdır. Evin plastik pəncərələri də layihəyə uyğun yığılmayıb və quraşdırılmayıb. Belə ki, pəncərələrin düzgün yığılmamasından əlavə olaraq düzgün quraşdırılmaması və şüşəsinin çartladılması səbəbindən əlavə usta çağıraraq 350 manat ödəniş nəticəsində yenidən yığdırmalı olub. Evin daxili hissəsində görülən santexnika işləri də keyfiyyətsiz görülüb, bunu da təkrar usta çağırıb əlavə 1300 manat xərc qarşılığında düzəldirib. Bütün bunlara aid işlərin əvvəlki və sonrakı vəziyyətinə dair foto və video çəkilişlər mövcuddur. Ümumilikdə, cavabdehin ona vurduğu maddi zərərin həcmi 27590 manat təşkil edir. Bundan başqa, dəfələrlə cavabdehdən işlərin vaxtında yekunlaşdırılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymadığından və onun digər yaşayış yeri olmadığından mənəvi sarsıntı və iztirablar keçirib. Buna görə də, cavabdehdən maddi zərərlə yanaşı ondan həm də 5000 (beş min) manat mənəvi zərərin ödənilməsini tələb edir. Hesab edir ki, cavabdehlə aralarında yaranan mülki hüquq münasibətləri podrat müqaviləsindən irəli gəlir. Yuxarıda qeyd edilən normalar çərçivəsində hesab edir ki, o, cavabdehlə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin muzdunu vaxtında ödədiyindən, cavabdeh isə üzərinə götürdüyü müddət ərzində işləri tamamlaya bilməməsi səbəbindən və işlərin uzanmasının səbəbi barədə ağlabatan izah verə bilməməsindən iddia tələbi əsaslıdır, təmin edilməlidir. Bu halda, cavabdeh üçün öhdəliyin icra edilməməsindən irəli gələn vəzifələr yaranır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisə predmeti olan evin ünvanının ünvan 1 qeyd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ekpert rəyi ilə razı olduğunu qeyd etmiş və cavabdehdən dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün 4695 AZN, evin tikintisinin gecikdirilmiş hər gününə görə 0,2%, bir gün üçün 260 AZN olmaqla, cəmi iki ay üçün 15600 AZN, iki ay kirayə haqqı üçün 2400 AZN, mənəvi zərərə görə 5000 AZN, vəkil üçün ödənilmiş 200 AZN xidmət haqqı və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tikinti 3 mərhələdən ibarət olmalı idi. 1-ci mərhələ başlayanda cavabdehə 52000 manat pul ödənilib, birinci mərhələ bitib. 2-ci mərhələ başlayanda cavabdehə 39000 manat pul ödənilib. 2-ci mərhələyə 2-ci mərtəbənin hörgüsü, dam kəmərinin və hovuzun divarlarının betonlanması, damın qurulması və izolyasiya edilməsi, çöl-suvaq işlərinin həyata keçirilməsi, pəncərə qoyulması, elektrik və sanitexnik işlərinin bitməsi, “besedka”nın bünövrəsinin qoyulması və sütunun qalxması aid idi. Bunlar müqaviləyə əlavədə qeyd olunub. Cavabdeh aprel ayın 15-də 2-ci mərhələni bitirə bilmədi. İyun ayın 15-dən sonra cavabdehə evə daxil olmağa icazə verilmədi. Müqavilədə 130000 manat məbləğin tam ödənilib-ödənilməsindən asılı olmayaraq, gecikmə halında 130000 manatın 2%-i miqdarında dəbbə ödənilməsi göstərilib. Cavabdeh işi gecikdirdiyinə görə sonuncu mərhələdə nəzərdə tutulan 39000 manat pul ödənilməyib. Cavabdeh ikinci mərhələni bitirməli idi ki, 3-cü mərhələdə nəzərdə tutulan 39000 manat ödənilsin. Cavabdehdən dəfələrlə 2-ci mərhələni yekunlaşdırmağı tələb edilsə də, cavabdeh tələbi yerinə yetirməyib. Daha sonra müqavilənin müddəti başa çatıb. Cavabdeh evin işıq sistemini çəkib, pulunu vermədiyinə görə usta işıq sistemini dağıdıb. Cavabdeh özü yenidən 10000-15000 manat pul verərək işıq sistemini düzəltdirib. Ona görə də, cavabdeh 42000 manat məbləğində xərc çəkdiyini bildirib. Əslində isə şirkət evin mühafizəsinə, təhlükəsizliyinə cavabdehdir. Cavabdehə 39000 manat pul 2-ci mərhələyə başlayanda ödənilib. İcarə müqaviləsi 2023-cü ilin aprel ayından sentyabr ayına qədər bağlanılıb. Cavabdehin apardığı işlərdən işi gecikdirəcəyini ehtimal etdiyinə görə müqavilə sentyabr ayına qədər bağlanılıb. Həmçinin, mənzilin icarə müqailəsi 6 aydan az bağlana bilməzdi. Şirkət müqaviləni icarə müqaviləsi formasında tərtib edib ona təqdim etdiyindən, o da həmin formada müqavilə bağlayıb. O, şəraiti pis olan evdə, 500 manata kirayədə qala bilməzdi. Onların himayəsində əlil insan var. Ona görə də, şəraiti daha yaxşı olan mənzil icarəyə götürüblər. 15 iyun 2023-cü ildən əvvəl o, cavabdehə iyun ayının 15-də müqavilənin vaxtının bitəcəyi barədə dəfələrlə şifahi xəbərdarlıq edib. Hətta kirayə qaldığı evin yaxınlığında cavabdehin nümayəndəsi ilə görüşüb. İyun ayının 15-də isə cavabdehə yazılı xəbərdarlıq göndərilib. Cavabdeh isə ödənişi etmədiyini bildirib. İkinci mərhələnin ödənişi edilib, cavabdeh MMC isə ikinci mərhələni üçüncü mərhələnin vaxtında da tamamlamadı. Müvafiq mərhələləri bitirməsi barədə cavabdehlə razılığa gəlmək istəsə də, cavabdeh razılığa gəlməyib. 15 iyun 2023-cü ildə ev hazır olmadığına görə müqaviləyə xitam verilib, rəsmi olaraq, yazılı qaydada cavabdehə məktub göndərilib. Müqaviləyə xitam verdikdən, yəni iyun ayının 15-dən sonra iki aydan çox müddətdə kirayədə qalıblar. Kirayə haqqı 1200 manat idi. İddiaçı cavabdehdən smeta istəsə də, cavabdeh ona smeta verməyib. Dam örtüyü ilə bağlı layihəyədə dəyişiklik olmayıb, dəyişiklik olubsa cavabdeh müvafiq sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmədə iddia verilən vaxt evin təmirtikintisi başa çatmamışdır. Müqaviləyə uyğun ödənişlər edilib. Məhkəməyə fotoşəkillər təqdim edilib. Evin təmir-tikintisinin başa çatmadığı müəyyən edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2451965Nümayəndə1 iddia tələbini qəbul etməyib, izahat verərək bildirdi ki, MMC-də işləyən ustalar, santexniklər, elektriklər işi tamamlayıb təhvil veriblər. Onlar evin santexnika işlərini tamamlayıblar. İddiaçı tərəf həyətdə elektrik işlədib, ona ayrıca pul verib, bunun cavabdehə aidiyyəti yoxdur. Onun iddiaçının nümayəndəsindən 40000 manatdan çox alacağı var idi. Smeta tərtib etmişdi, o, 22000 manat xərc çəksəydi, iddiaçının nümayəndəsi ona 40000 manat pul verəcəkdi. İşin tamamlanmasına görə o, qazancını itirib. İkinci mərhələdə işə xitam veriblər. İddiaçının nümayəndəsi ona deyib ki, alçipan vur, amma ikinci mərhələdə alçipan vurmaq yox idi. O, alçipanı vurdurdu, evi ağartdı, iddiaçının nümayəndəsi ödəniş edəcəyini desə də, ona ödəniş etmədi. Amma o, həmin mərhələləri etməli deyildi. O, mərhələləri etdikdən sonra iddiaçının nümayəndəsi işə xitam verdi. İddiaçı 1200 manat deyil, 500 manat kirayə haqqı olan evdə də kirayədə qala bilərdi. O, iddiaçının nümayəndəsinə zəng edib, lakin zəngi cavablandırılmayıb, nömrəsi qara siyahıya salınıb. Daha sonra iddiaçıya zəng edib, iddiaçının nümayəndəsi arvadına zəng etdiyinə görə narazılıq edib. O, evdə smetadan əlavə işlər edib. İş materaillarında olan fotoşəkillərdən də göründüyü kimi ev tam hazırdır, orada təmirdən söhbət gedə bilməz. İddiaçının nümayəndəsi evdə təmir işlərini bəyənməyib yenidən ustalar dəvət edibsə, bunun MMC-yə aidiyyəti yoxdur. Onlar qiymətləri, alçipanın hansı rəngdə olacağını profilin qalınlığı-enliliyini, armaturun qalınlığını müəyyən ediblər. Evi təhvil verməyə iki ay qalmış, dördüncü ayda iddiaçı müqaviləyə xitam verib. Usta bir gün işə gəlməyən kimi iddiaçının nümayəndəsi söz-söhbət yaradırdı, gecə saat 2-də ona zəng edirdi. Ona görə də, işi tamamlamadan çıxıb. İddiaçının harada kirayədə qaldığını və nə qədər kirayə haqqı ödədiyini bilmir. Ev 15 iyun 2023-cü ildə hazır deyildi, aprel ayında olan mərhələni tamamlamışdır. İkinci hissəsəyə başlayanda 39000 manat ödəniş edilməli idi, lakin həmin ödəniş tam deyil, hissə-hissə edildi. Bu səbəbdən iş surətli şəkildə irəliləməyib. İİİ mərhələdə malyarka işləri görülməli idi. İddiaçının nümayəndəsi ona malyarka işlərini icra etməsini, tərəfindən İİİ mərhələnin pulunun ona veriləcəyini bildirdi. O da İİİ mərhələnin işindən 20000 manata yaxın işini icra edib. Lakin iddiaçının nümayəndəsi işləri dayandırdı. Onun 47000 manata yaxın alacağı var idi, evə əlavə 20000 manat yatırım olsa idi, ev bitirdi və 27000 manata yaxın onun qazancı olacaqdı. İddiaçı qabağa düşmək üçün tikintini dayandırdı və xırda işləri özü gördürdü. Evdə kafelin vurulması, boyama işləri qalmışdı. Həmin işlər İİİ mərhələdə yerinə yetirilməli idi. Damın layihəyə uyğun quraşdırılıması üçün dam ustası baxış keçirib, usta demişdir ki, iki tərəfli olsa qabaq və arxa açıq olacaq. İddaçı tərəf isə damın birtərəfli olması ilə razılaşıb. O, müqavilə üzrə evin tikintisini vaxtında edib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sifarişçi İddiaçı və Podratçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113 saylı Podrat müqaviləsindən görünür ki, 1.1. Müqavilənin qüvvədə olduğu müddət ərzində “Podratçı” Cavabdeh “Sifarişçiyə” məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səfəvilər küçəsi, ev 79 ünvanında yerləşən xüsusi mülkiyyətli 0.600 hektar torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə layihə əsasında (Əlavə № 1) çöl divardan çöl divara ümumi sahəsi 190 kv.m. olmaqla, tikinti və təmir işlərini həyata keçirir. “Podratçı” hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə № 2) göstərilən tikinti, təmir mallarının və materiallarının siyahısını və qiymətini “Sifarişçiyə” təqdim edir, “Sifarişçi” isə öz növbəsində “Qiymətlərin razılaşdırma protokolu”nda qeyd edilmiş qiymətlərə əsasən muzd (avans) ödəyir. 1.2. Bu müqavilədə qeyd edilən tikinti işlərinə əlavə olaraq torpaq sahəsində yerləşən köhnə tikililərin (fərdi yaşayış evi, yay mətbəxi, texniki otaq və s.) söküntü işləri Podratçı tərəfindən həyata keçirilir. 1.3. Bu müqavilənin 1.1-ci bəndində inşa edilən fərdi yaşayış evi “Sifarişçi” İddiaçı imzalayaraq təsdiq etdiyi və “Podratçıya” təqdim etdiyi fərdi yaşayış evinin Layihə-Eskizi əsasında inşa edilir (Əlavə № 1). 1.4. “Podratçı” tərəfindən inşa edilən layihənin ümumi sahəsi - 190 kv.m.-dir. 1.5. Fərdi yaşayış evi çöl divarları 0.4 m iki sıra mişar daşından inşa edilir. 1.6. Layihə üzrə görüləcək işlərinin və istifadə ediləcək mal-materialların təsnifatı əlavəsində göstərilmişdir (Əlavə № 2). 1.7. “Sifarişçi” İddiaçı “Podratçıya” həvalə etdiyi işlərin və xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar bu müqavilə ilə razılaşdırılmış layihə dəyəri, mal-materialların haqqını ödəməyi öz öhdəsinə götürür. Fərdi yaşayış evinin tikintisi üçün alınan mal-materiallar “Sifarişçinin” əvvəlcədən ödənişi (avansı) əsasında alınır və mal-materiallar “Sifarişçinin” göstərişi ilə başqası ilə dəyişdirildikdə, o zaman həmin məmulatların əlavə ödənişi “Sifarişçi” ilə razılaşdırılır. Smetadan kənar malmaterialların alınmasının “Podratçıdan” tələb edilməsi əsassızdır. 4m*8 m =32 kv.m skimmber tipli sadə hovuz və 5.6m*1.4m isti döşəməli cambalkonun tikinti və təmiri, “Perqola” tipli açıq qaraj 5mx5m (döşəmə betonlanır). 1.8. Fərdi yaşayış evinin tikintisi üçün alınan mal-materiallar “Sifarişçinin” əvvəlcədən ödənişi (avansı) əsasında alınır və mal-materiallar “Sifarişçinin” göstərişi ilə başqası ilə dəyişdirildikdə, o zaman həmin məmulatların əlavə ödənişi “Sifarişçi” ilə razılaşdırılır. Smetadan kənar mal-materialların alınmasının “Podratçıdan” tələb edilməsi əsassızdır. 1.9. 4m*8 m =32 kvm skimmber tipli sadə hovuz və 5.6m*1.4m isti döşəməli cambalkonun tikinti və təmiri, “Perqola” tipli açıq qaraj 5mx5m (döşəmə betonlanır). 3.1. “Sifarişçi” “Podratçıya” həvalə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 130000 manat (yüz otuz min) manat pul ödəməyi öhdəsinə götürür. 3.2. “Sifarişçi” fərdi yaşayış evinin tikintisi üçün ilkin olaraq (avans), bu müqavilə bağlandığı anda - 40 (qırx) faiz - 52000 (əlli iki min) manat pulu ödəməlidir. İ mərhələ tam bitdikdən sonra ödənişin qalan hissəsi - 30 (otuz) faiz - 39000 (otuz doqquz min) manat, İİ mərhələ tam bitdikdən sonra 30 (otuz) faiz - 39000 (otuz doqquz min) manat olan hissələrlə ödənilir. Ümumi məbləğ 3 (üç) hissəli - 40 % - 30% - 30 % olaraq ödənilir. 6.1. “Sifarişçi” xidmət haqqının ilk ödəniş etdikdən sonra, “Podratçı” 210 (iki yüz on) gün ərzində müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirir. 6.2. Öhdəliklərin icrası müddəti: İ mərhələ - 2 ay, 15 yanvarda bitir; İİ mərhələ - 3 ay, 15 apreldə bitir; İİİ mərhələ - 2 ay, 15 iyun işlər tam başa çatır. 6.3. İşlərin icra müddəti: işlərin başlanması “15” noyabr 2022-ci il; işin başa çatması “15” iyun 2023-cü il. -Məhkəməyə xx.xx.2022-ci il tarixli 113 saylı Podrat müqaviləsinə 2 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolu (smeta) təqdim edilmişdir. -Məhkəməyə xx.xx.2022-ci il tarixli 113 saylı Podrat müqaviləsinə 3 saylı əlavə olan layihə üzrə görüləcək işlərin plan-qrafiki təqdim edilmişdir. İ mərhələ - 40 faiz - 52000 manat. Mərtəbələr arası monolitin verilməsi və terrasın qaba inşaatı (damın kəmərlərinin betonlanması) yekunlaşana qədər (söküntü işləri bu mərhələyə daxil edilir); İİ mərhələ - 30 faiz - 39000 manat. Evin qaba inşaatı yekunlaşır (dam vurulur, iç və çöl suvaq işləri yekunlaşdırılır), pəncərələr qoyulur və elektrik - santexnik işləri yekunlaşana qədər; İİİ mərhələ - 30 faiz - 39000 manat. Təmir işləri tam yekunlaşır. -Daşınmaz əmlakın icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil icarədar usta Mehmet Tahir tərəfindən 6 ay müddətinə, aylıq icarə haqqı məbləği 1200 manata olmaqla icarəçi Nümayəndə2 icarəyə verilmişdir. - xx.xx.2022-ci il tarixli 141269 saylı kassa mədaxil orderindən görünür ki, ev tikintisi üçün İddiaçı tərəfindən "xxxx" MMC-yə 52000 (əlli iki min) manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 141293 saylı kassa mədaxil orderindən görünür ki, ev tikintisi üçün İddiaçı tərəfindən "xxxx" MMC-yə 10000 (on min) manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 141302 saylı kassa mədaxil orderindən görünür ki, ev tikintisi üçün İddiaçı tərəfindən "xxxx" MMC-yə 16000 (on altı min) manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 141305 saylı kassa mədaxil orderindən görünür ki, bağ tikintisi üçün İddiaçı tərəfindən "xxxx" MMC-yə 10000 (on min) manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 141308 saylı kassa mədaxil orderindən görünür ki, Maştağa ev tikintisi üçün İddiaçı tərəfindən "xxxx" MMC-yə 3000 (üç min) manat pul ödənilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8384 nömrəli rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səfəvilər küçəsi, ev 79 ünvanında yerləşən 0,600 ha torpaq sahəsində tikilmiş evin baxış zamanı əldə olunmuş məlumatlar ilə, "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədlərini üzləşdirərkən, inşa olunmuş yaşayış evinin xarici ölçüləri, otaqların ölçüləri, parametrləri iş materiallarında olan layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin yaşayış evinin dam örtüyü layihə üzrə 2 enişli nəzərdə tutulsa da, iş materiallarında olan foto şəkillərə əsasən bir enişli quraşdırılmış, pilləkənin quraşdırılarkən hündürlüyü düzgüz hesablanmadığı (sonuncu pilləkən hündürlüyü azdır) müəyyən olunmuşdur. İkinci mərtəbə eyvanın üstündə layihə üzrə çıxıntı nəzərdə tutulsa da, quraşdırılmadığı və həmçinin evin xarici və daxili divarlarda genişləməyə doğru əyrilik olduğu, suvaq və şpaklyovka işləri bəzi yerlərdə hamar çəkilmədiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan inşa olunmuş evin qismən layihəyə uyğun inşa olunmamışdır. Lakin müqavilədə nəzərdə tutulan qiymətlər və eləcə də smeta sənədləri iş materiallarına əlavə olunmadığından qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncü sualı üzrə: Tədqiq olunan inşa olunmuş yaşayış evin daxili hissəsində hamamayaqyolu tam təmir olunaraq işlək vəziyyətdə olduğundan, sanitar qovşağı görülən əlavə santexnika işlərinə çəkilmiş xərclər nə qədər təşkil etməsini müəyyən olmadı. Qərardadın beşinci və altıncı suallar üzrə: "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədlərində yaşayış evinin dam örtüyü 2 enişli nəzərdə tutulmuşdur. Eyni zamanda iş materiallarında olan iddia ərizəsində göstərilənlərə əsasən, müqavilənin 2 saylı əlavəsində dam örtüyünü 0.42 mm qalınlığında Finlandiya və ya yaxud Tükiyyə istehsalı olan “cerepitsça” materialdan, dam izolyasiya üçün “Min Vata” 2 qat daş yunundan istifadə olunmalı idi. Lakin baxış zamanı, iş materiallarında olan foto şəkillərə əsasən dam örtüyü bir enişli quraşdırılaraq, qabırğalı dəmir təbəqə vurulmuşdur. Həmçinin, dam örtüyünün alt hissəsi gizli şəkildə olduğundan, dam örtüyünün alt hissəsində izolyasiya işlərinin dəqiqliklə aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmadı. Lakin dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğyn olaraq 4695 manat məbləğində olduğu müəyyən edilir. Qərardadın yeddinci-onuncu sualları üzrə: iş materiallarında olan layihə sənədlərinə əsasən evin ikinci mərtəbə eyvanının üstündə çıxıntı nəzərtə tutulmuşdur. Lakin iş materiallarında olan fotoşəkillərə və baxış zamanı tərəflərin bildirdiyinə görə layihə üzrə nəzərdə tutulan evin damının ön hissəsinə (çıxıntı) beton tökülmüş, sonradan əyildiyindən sökülmüşdür. Bu səbəbdən də, evin damının ön hissəsinə vuurlmuş beton örtüyünün tikinti texniki normalara uyğun olub-olmamasını və həmçinin, evin həyətyanı sahəsində tikilmiş hasar bərpa olunduğundan bərpasına çəkilmiş xərclərin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda inşa olunmuş yaşayış evinin xarici ölçüləri, otaqların ölçüləri, parametrləri iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədlərinin göstərilicilərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin evin xarici və daxili divarlarında genişləməyə doğru əyrilik olduğu, suvaq və şpaklyovka işləri bəzi yerlərdə hamar çəkilmədiyi müəyyən olunmuşdur. -Məhkəməyə iddiaçı tərəfindən videogörüntülər və fotoşəkillər olan 2 ədəd CD disk təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-yə arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən MMC iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səfəvilər küçəsi, ev 79 ünvanında yerləşən 0,6 ha torpaq sahəsində layihə əsasında tikinti-təmir işlərini aparmışdır. İddiaçı həmin ünvanın hazırda ünvan 3 etmişdir. Hazırda isə iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün 4695 AZN, evin tikintisini gecikdirilmiş hər gününə görə 0,2%, bir gün üçün 260 AZN olmaqla, cəmi iki ay üçün 15600 AZN, iki ay kirayə haqqı üçün 2400 AZN, mənəvi zərərə görə 5000 AZN, vəkil üçün ödənilmiş 200 AZN xidmət haqqı və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin ən çox istifadə olunan növlərindən biri olan podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 752.1-ci maddəsi). Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında podrat münasibətləri olmuşdur, ona görə mübahisəyə yuxarıda qeyd olunanlar baxımından hüquqi qiymət verilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113 saylı müqavilə və ona edilmiş əlavələrlə tərəflər fərdi yaşayış evinin tikintisi, görülləcək işlər, həmin işlərin dəyəri, tikintinin mərhələli şəkildə başa çatdırılması və s. haqqında razılaşmışlar. Hazırda isə iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam və vaxtında icra edilmədiyini qeyd edir. Məhkəmə ilk öncə iddianın “dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün 4695 AZN məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə edilən 2 saylı əlavəyə əsasən damın tikinti qaydası razılaşdırılmışdır. Smetaya əsasən dam göstərilən şəkildə tikilməli idi: Damda istifadə olunan taxta- 5x15 sm, 5x12 sm, 3x10 sm; dam 0,42 mm çerepitsa (Finlandiya-Türkiyə istehsalı); Damın izolyasiyası- min vata 2 qat (daş yunu). Məhkəmə tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səfəvilər küçəsi, ev 79 ünvanında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən aparılan təmir-tikinti işləri üzrə evin dam hissəsinin layihəyə uyğun quraşdırılıbquraşdırılmaması, dam hissəsinin təmirinə çəkilmiş xərclər və s. müəyyən etmək üçün ekspertiza təyin edilib, ekspertin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8384 saylı rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədlərində yaşayış evinin dam örtüyü 2 enişli nəzərdə tutulmuşdur. Eyni zamanda iş materiallarında olan iddia ərizəsində göstərilənlərə əsasən, müqavilənin 2 saylı əlavəsində dam örtüyünü 0.42 mm qalınlığında Finlandiya və ya yaxud Türkiyə istehsalı olan “cerepitsa” materialdan, dam izolyasiya üçün “Min Vata” 2 qat daş yunundan istifadə olunmalı idi. Lakin baxış zamanı, iş materiallarında olan fotoşəkillərə əsasən dam örtüyü bir enişli quraşdırılaraq, qabırğalı dəmir təbəqə vurulmuşdur. Həmçinin, dam örtüyünün alt hissəsi gizli şəkildə olduğundan, dam örtüyünün alt hissəsində izolyasiya işlərinin dəqiqliklə aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmadı. Lakin dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 4695 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, dam örtüyünün layihəyə uyğun quraşdırılmaması müəyyən edilib və dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 4695 manatdır. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliklərə riayət etməməklə müqaviləyə uyğun dam örtüyünün tikintisi təmin etməmişdir. Belə olan halda, cavabdeh "xxxx" MMC Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslıdır və dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün 4695 AZN məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “evin tikintisini gecikdirilmiş hər gününə görə 0,2%, bir gün üçün 260 AZN olmaqla, cəmi iki ay üçün 15600 AZN pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin 6-cı bəndinə əsasən “Sifarişçi” xidmət haqqının ilk ödəniş etdikdən sonra, “Podratçı” 210 (iki yüz on) gün ərzində müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirir. Öhdəliklərin icrası müddəti: İ mərhələ - 2 ay, 15 yanvarda bitir; İİ mərhələ - 3 ay, 15 apreldə bitir; İİİ mərhələ - 2 ay, 15 iyun işlər tam başa çatır. İşlərin icra müddəti: işlərin başlanması “15” noyabr 2022-ci il; işin başa çatması “15” iyun 2023-cü il. Müqavilənin 7.3cü bəndinə əsasən işlərin ödənilməsi müddətlərinin pozulmasına görə “Sifarişçi” “Podratçı”nın yazılı tələbi illə sonuncuya dəbbə pulunu 0,2% məbləğində hər gecikdirilmiş gün üçün borc məbləği ödəməlidir (130000 AZNx0,2%=260 AZN). Borc məbləği 5 (beş) bank günü müddətində digər tərəfə ödənilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə işlərinin vaxtında yerinə yetirilməməsinə görə hər gecikdirilən gün üçün 0,2%, yəni 260 manat dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan fotoşəkillər, ekspert rəyi ilə cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin tam və vaxtında icra edilmədiyi müəyyən edilir. Tərəflərin məhkəməyə təqdim etdiyi izahatlarla müəyyən edilir ki, evin təmir-tikintisi xx.xx.2023-cü il tarixdə bitməli olmasına baxmayaraq, həmin tarixə İİ mərhələ üzrə nəzərdə tutulan işlərin başa çatdırılması təmin edilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixə evin təmir-tikintisinin başa çatmaması səbəbi ilə ustaların ünvana daxil olmasına icazə verməyərək, işlərin görülməsini dayandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmişdir. Belə ki, iddiaçı müqavilə üzrə 52000 manat, daha sonra isə 39000 manat ödənişi cavabdehə təqdim etmişdir. İİ mərhələ başa çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə qalan 39000 manat ödəniş edilməli olmasına baxmayaq, cavabdehin müqavilədə nəzərdə tutulan mərhələlərlə tikintinin icrasını təmin etməməsi səbəbindən qalan ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə evin tikintisinin başa çatdırılmadığını, bundan sonra iki aylıq iş olduğunu, İİ mərhələni başa çatdırsa da, İİİ mərhələni başa çatdırmadığını qeyd edib. Göründüyü kimi müqavilə üzrə tikintinin mərhələli şəkildə yerinə yetirilməsi nəzərdə tutulsa da, müqavilə öhdəlikləri cavabdeh tərəfindən vaxtında icra edilməyib. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavahdehin nümayəndəsinə dəfələrlə şərait yaradılsa da, o, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin iddiaçı tərəfin təqsiri və ya digər səbəblərdən vaxtında icra edilməməsinə dair məhkəməyə heç bir sübut (şahid, smeta, evin təhvil-təslimi ilə bağlı müvafiq sənədlər) təqdim etməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 3 saylı Əlavədə təmir işlərinin xx.xx.2023-cü il tarixdə yekunlaşdığı göstərilib. İddiaçı isə müqavilə üzrə nəzərdə tutulan müddətdə, yəni xx.xx.2024-cü il tarixə İİ mərhələdə nəzərdə tutulan işlərin görüldüyü, artıq müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməsinin mümkün olmadığına əmin olduğundan xx.xx.2023-cü il tarixdən cavabdehin ünvana daxil olmasına icazə verməyərək, həmin tarixdən müqaviləni ləğv etdiyini qeyd edib. Cavabdeh isə müqavilə müddəti ərzində evin təmir-tikinti işlərinin başa çatdırmadığını və müqavilə müddəti birdikdən sonra 2 aylıq işinin olduğunu qeyd etmişdir. Belə ki, 3 saylı əlavə ilə müqavilənin müddətinin 15 gün müddətinə uzadılmasına baxmayaraq, məhkəmə iclasında cavabdeh həmin müddətə də evin təmir-tikinti işlərinin yekunlaşdırmasını təmin edə bilməyəciyini etiraf edib. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə evin təmir-tikintisini başa çatdırmamış, tikintinin başa çatdırılmamasının səbəbləri barədə vaxtında iddiaçıya məlumat verməmişdir. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsaslı hesab edir. MM-in: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.5-ci maddəsinə əsasən əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iki ay üçün (15 iyun 2023-cü il tarixdən iddiaçının evinin tikintisi başa çatanadək) hər gün üçün 260 manat olmaqla, cəmi 15600 manat pul cavabdehdən ididaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “2400 manat kirayə haqqının tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iş materialları və məhkəmənin yuxarıda gəlmiş olduğu nəticəyə əsasən cavabdeh tərəfindən evin təmir-tikintisinin vaxtında yəni, xx.xx.2023-cü il tarixdə başa çatdırılmadığı və qalan işlərin iddiaçı tərəfindən təmin edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı (nümayəndəsi) tərəfindən 6 ay müddətinə mənzil icarəyə götürülmüş, mənzilin aylıq icarə haqqı 1200 manat müəyyən edilmişdir. İddiaçı ailəsi ilə birlikdə evin tikintisi başa çatdıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə evi təhvil almalı olmasına baxmayaraq, o, xx.xx.2024-cü il tarixdən sonra iki ay icarədə yaşamaqla və hər ay üçün 1200 manat olmaqla, ümumilikdə 2400 manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə MM-in 21-ci maddəsinin tələblərinə əsasən iddianı mübahisələndirən hissədə əsaslı hesab edir və hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 2400 manat icarə haqqı məbləğinin əvəzi tutulmalıdır. Məhkəmə iddia tələbinin “5000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Belə ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, iddiaçı yaşayış sahəsini müqavilədə nəzərdə tutulan vaxtda təhvil almamış, icarə mənzildə yaşamışdır. Belə olan halda məhkəmə, hesab edir ki, iddia tələbi “məvəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin tutulması” hissəsində qismən təmin edilməli, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 500 manatın alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ünvan 4 ünvanında yerləşən fərdi yaşayın evinin dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün tələb olunan 4695 AZN məbləğində maddi ziyan, evin tikintisinin gecikdirildiyi iki ay üçün 15600 AZN, iki ay üzrə ödənilmiş 2400 AZN icarə haqqı məbləği, mənəvi zərərə görə 500 AZN tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan müqavilədən görünür ki, iddiaçı iddia qaldırılması üçün xx.xx.2023-cü ildə 189 manat və xx.xx.2023-cü ildə 29,40 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün 200 manat haqq ödəmişdir (iddiaçı 42590 manat tələbinə münasibətdə göstərilən məbləğdə dövlət rüsumu ödəmiş, daha sonra iddia tələbinin həcmini azaltmışdır). Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8384 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 218,4 manat dövlət rüsumunun 106,4 manatı iddiaçıya, 112 manatı cavabdehə aid edilməli, vəkilə ödənilmiş 200 hüquqi xidmət haqqının 91 mananatı iddiaçıya, 109 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 55 manatı Cavabdeh MMC-dən, 45 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ünvan 4 ünvanında yerləşən fərdi yaşayın evinin dam örtüyünün sökülüb layihəyə uyğun quraşdırılması üçün tələb olunan 4695 AZN məbləğində maddi ziyan, evin tikintisinin gecikdirildiyi iki ay üçün 15600 AZN, iki ay üzrə ödənilmiş 2400 AZN icarə haqqı məbləği, mənəvi zərərə görə 500 AZN, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 112 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 109 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 106,4 manatı və vəkilə ödənilmiş hüquqi xidmət haqqının 91 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 55 manatı Cavabdeh MMC-dən, 45 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-164/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-164/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver