Məhkəmə qərarları › İş №e-2(007)-1737/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1737/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1737/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 04 noyabr 2010-cu il tarixində Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində 1484 №-li Akt qeydi, AZ-İ № 627101 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdurlar. O, xx.xx.2023-cü ildə Cavabdeh2 qarşı “nikahın pozulması, uşaqların ananın yanında, qalmasının müəyyən edilməsi və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-246/2024 saylı mülki işi hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatındadır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2802/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair 2(007)-2802/2023 saylı mülki iş, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 tərəflər arasında olan nikah pozulduqdan sonra valideynlərdən hansının yanında qalmasının müəyyən edilməsi ilə bağlı rəy verilməsi üçün, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyaya göndərilməsi, 2(007)-2802/2023 saylı mülki iş üzrə icraat rəy alınanadək dayandırılması Qərara alınmışdır. O, toy günü ona valideynləri tərəfindən hədiyyə şəklində alınmış, ona məxsus olan cehiz əşyalarını Cavabdeh1 məxsus, evlilik müddətimizdə birgə yaşadıqları ünvan 1 ünvanına aparmışdır. Hazırda həmin cehiz əşyaları Cavabdeh1 məxsus ünvan 1 ünvanındakı mənzildədir. 07 avqust 2023-cü il tarixində keçmiş həyat yoldaşı Cavabdeh2 onu vuraraq ona bədən xəsarəti yetirdiyi üçün o, 2 azyaşlı övladları ilə birlikdə ünvan 2 ünvanına, qardaşının yanına getmişdir. Kirayədə yaşadıqları evdə ev əşyaları yoxdur, gündəlik geyim əşyalarının yenisini almağa imkanı yoxdur. O, dəfələrlə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cehiz əşyalarını, onun və 2 azyaşlı övladlarının gündəlik geyim əşyalarını götürüb övladları ilə birlikdə kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindəki evə aparmaq istədiyini bildirəndə onlar ona qarşı kobud rəftar etməklə yanaşı, onun cehiz əşyalarını, onun və 2 azyaşlı övladlarının gündəlik şəxsi geyim əşyalarını qaytarmırlar, ona hədə-qorxular gəlirlər. O, toy günü ona valideynləri tərəfindən hədiyyə şəklində alınmış, ona məxsus olan cehiz əşyalarının, onun və 2 azyaşlı övladlarının gündəlik geyim əşyalarının Cavabdeh1 evindən aparmağı barədə cavabdehlərə dəfələrlə şifahi müraciətlər etmiş, lakin cavabdehlər həmin əşyaları qaytarmaqdan imtina etmişdirlər. Hazırda həmin əşyalar Cavabdeh1 evindədir. O, dəfələrlə cavabdeh keçmiş həyat yoldaşı Cavabdeh2, keçmiş qaynanası, Cavabdeh1 cehiz əşyalarını, onun və 2 azyaşlı övladlarının gündəlik geyim əşyalarını onların evindən çıxardıb kirayədə yaşadıqları evə aparmaq istədiyimi bildirəndə, onun cehiz əşyalarını və şəxsi geyim əşyalarını qaytarmırlar. Ona valideynləri tərəfindən hədiyyə şəklində alınmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən mənimsənilən cehiz əşyalarının adları aşağıdakı kimidir: 1) Paltaryuyan (samsung) maşın- 1 ədəd, 2) Televizor (TCL, Riffel)-2 ədəd, 3) Tozsoran-1 ədəd, 4) Mətbəx mebeli-1 dəst, 5) Uşaq üçün yataq dəsti-1 dəst, 6) Divan dəsti-1 dəst, 7) Stol və 6 ədəd stullar-1 dəst, 8) Yataq mebel dəsti-1 dəst, 9) Dəhliz mebeli-1 ədəd, 10) Qonaq otağı mebeli-1 dəst, 11) Yorğan-10 ədəd, 12) Döşək -3 ədəd, 13) Ət çəkən maşın-1 ədəd, 14) Yastıq-6 ədəd, 15) Yataq dəsti (pastellər)- 10 dəst, 16) Dəsmallar çay üçün-15 ədəd, 17) Dəsmallar-əl-üz üçün-20 ədəd, 18) Ədyal- 7 ədəd, 19) Lüstr-1 ədəd, 20) Jurnalnı stol-1 ədəd, 21) Qazan dəsti- 5 dəst, 22) Stəkanlar-70 ədəd, 23) Nəlbəkilər-70 ədəd, 24) Boşqablar-100 ədəd, 25) Xalça- 5ədəd, 26) Soyuducu-1 ədəd, 27) Soba-1 ədəd, 28) Termos-1 ədəd, 29) Pərdə-4 ədəd, 30) Divan örtüyü-3 ədəd. Cehiz əşyaları ümumilikdə cəmi 30 (otuz) addadır. Göstərilənlərə əsasən, ona toy günü valideynləri tərəfindən hədiyyə şəklində alınmış, adlarını iddia ərizəmdə qeyd etdiyi, ümumilikdə cəmi 30 (otuz) adda olan cehiz əşyalarının, onun və 2 azyaşlı övladlarının gündəlik şəxsi geyim əşyalarının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb ona verilməsi, iddia ərizəsini tərtib edərkən dövlət rüsumu olaraq "xxxx" ASC-yə ödədiyi 51 (əlli bir) manat nəğd pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb ona ödənilməsi, məhkəməyə müraciət etməmişdən əvvəl, ikin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 8 saylı Mediasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 61 (altmış bir) manat nəğd pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatlarında göstərmişdir ki, o, xx.xx.2023-cü ildən evdən çıxmış və evə qayıtmamışdır. 2008-ci ildə evlənmiş, 2010-cu ildə isə rəsmi nikaha daxil olmuşlar. Gəlin gələndən cavabdehlərə məxsus evə köçmüşdür. Cavabdehlər əşyalarını qaytarmırlar. Cehiz kimi paltaryuyan gətirmiş, sonra xarab olmuşdur. Öz maaşı ilə yenisini almışdır. 3 ədəd televizordan ikisini özü almış, digərinin isə yarı pulunu o, ödəmişdir. Onun valideynləri tək mətbəx mebelinə 1300 manat pul ödəyiblər. Samsung paltaryuyanın qiyməti 800-900 manatdır. O, özü ilə ipək, yun xalçalar da gətirmişdir. Hətta dərin dondurucusu da olmuşdur. Yəni, iddia ərizəsində qeyd etdiyi bütün əşyalar cavabdehlərin mənzilindədir. Bundan başqa, “TCL” markalı televizoru özü almışdır. “Riffel” markalı televizoru isə şərik almışlar. Toydan sonra, yəni cavabdehlərin mənzilində olanda 2 ədəd təzə yorğan almışdır. Dəsmalları, stəkanları, boşqabları həm orada olanda almışdır, həm də cehiz kimi də gətirmişdir. Qaz sobasını da şəriklı almışlar, ayda 70 manat o ödəmiş, cavabdehlər isə 30 manat ödəmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul izahatında bildirmişdir ki, o, onkoloji xəstədir, eyni zamanda şəkər xəstəsidir. İddiaçı hansı əşyaları varsa gəlib götürsün, həmin əşyalar ona lazım deyil. Əksinə evi boşalsın. O, toy kasetini gətirmişdir. Oradan da görünür ki, hansı əşyalar cehiz kimi gətirilib, hansı sonradan alınıb. “Riffel” markalı televizoru o, almışdır, digər televizor isə iddiaçınındır. Telefonla soyuducunu isə 2-3 il əvvəl almışdır. Televizoru iddiaçı götürmüş, o isə soyuducunu götürmüşdür. Soba isə ümumiyyətlə olmayıb, icra məmurları gəlib baxanda da bunu aşkar etməmişlər. Ayda 30 manat isə telefon üçün ödəmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edib izahatında göstərmişdir ki, iddiaçı hansı əşyalarını istəyirsə gəlib götürsün. İcraçı stəkanları və nəlbəkiləri aşkar etməyib. Sayına gəldikdə isə heç mərasim evində 70 ədəd stəkan nəlbəki olmur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-196/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, 2(007)-1737/2024 saylı mülki iş mahiyyəti üzrə həll olunanadək, müvəqqəti təminat tədbiri qismində ünvan 3 ünvanında yerləşən aşağıdakı əşyalar siyahıya alınaraq istifadəsi Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxslərə qadağa edilmişdir: - 1) Paltaryuyan (Samsung) maşın-1 ədəd, 2) Televizor (TCL, Riffel)-2 ədəd, 3) Tozsoran-1 ədəd, 4) Mətbəx mebeli-1 dəst, 5) Uşaq üçün yataq dəsti-1 dəst, 6) Divan dəsti-1 dəst, 7) Stol və 6 ədəd stullar-1 dəst, 8) Yataq mebel dəsti-1 dəst, 9) Dəhliz mebeli-1 ədəd, 10) Qonaq otağı mebeli-1 dəst, 11) Yorğan-10 ədəd, 12) Döşək -3 ədəd, 13) Ət çəkən maşın-1 ədəd, 14) Yastıq-6 ədəd, 15) Yataq dəsti (pastellər)- 10 dəst, 16) Dəsmallar çay üçün-15 ədəd, 17) Dəsmallar-əl-üz üçün-20 ədəd, 18) Ədyal- 7 ədəd, 19) Lüstr- 1 ədəd, 20) Jurnalnı stol-1 ədəd, 21) Qazan dəsti- 5 dəst, 22) Stəkanlar-70 ədəd, 23) Nəlbəkilər-70 ədəd, 24) Boşqablar-100 ədəd, 25) Xalça- 5 ədəd, 26) Soyuducu- 1 ədəd, 27) Soba- 1 ədəd, 28) Termos-1 ədəd, 29) Pərdə-4 ədəd, 30) Divan örtüyü-3 ədəd. Ərizə qalan hissədə təmin edilməmiş, qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilmişdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmurları X6, X2 və hal şahidləri X3, Cavabdeh2unun və Cavabdeh1 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-196/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə ünvan 3 ünvanında- Paltaryuyan (Samsung) maşın-1 ədəd, Televizor (TCL, Riffel)-2 ədəd, Tozsoran-1 ədəd, Mətbəx mebeli-1 dəst, Uşaq üçün yataq dəsti-1 dəst, Divan dəsti-1 dəst, Stol və 6 ədəd stullar-1 dəst, Yataq mebel dəsti-1 dəst, Dəhliz mebeli-1 ədəd, Qonaq otağı mebeli-1 dəst, Yorğan-8 ədəd, Döşək -3 ədəd, Ət çəkən maşın-1 ədəd, Yastıq-6 ədəd, Dəsmallar-əl-üz üçün-10 ədəd, Ədyal- 6 ədəd, Lüstr- 1 ədəd, Jurnalnı stol-1 ədəd, Qazan dəsti- 5 dəst, Xalça- 5 ədəd, Soyuducu-1 ədəd, Termos-1 ədəd, Pərdə-4 ədəd, Divan örtüyü-3 ədəd ibarət əşyalar aşkar edilmişdir. İcra sənədində qeyd olunan əşyalardan aşkar edilməyən əşyalar isə aşağıdakı kimidir: Yorğan 2 ədəd, Yataq dəsti (pastellər)- 10 dəst, Dəsmallar çay üçün-15 ədəd, əl-üz üçün dəsmallardan 10 ədədi, ədyallardan 1 ədədi, Stəkanlar-70 ədəd, Nəlbəkilər-70 ədəd, Boşqablar-100 ədəd, Soba- 1 ədəd. Aşkar olunmuş əşyalar cavabdehlərin saxlancına verilməklə özgəninkiləşdirilməsinin qadağan olunması cavabdehlərə izah edilmiş və əşyaların zədələnməsi halında məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edilmişlər. Əmlakın siyahıya alınması barədə akta Cavabdeh1 imza etməkdən imtina etmişdir. - Məhkəməyə sübut qismində 01 ədəd disk təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 50 manat dövlət rüsumu ödəmişdir. - MŞB/8/2024-00417 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat poçt xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Hazırda tərəflər arasında bağlanmış nikahın pozulmasına dair məhkəmənin icraatında mülki iş vardır. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə birgə təsərrüfat aparmırlar. Hazırda İddiaçı ona məxsus olan cehiz əşyalarının və digər əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmədə işə baxılarkən iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad çıxarılmış, icra məmuru tərəfindən qərardadın icrası ilə bağlı icra tədbirləri görülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1 maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2 maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlarla müəyyən edildi ki, iddiaçı gəlin köçərkən cavabdehin evinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Ona görə məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-196/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın icrası zamanı mövcudluğu müəyyən edilmiş və cavabdeh tərəfindən etiraf edilmiş 01 ədəd paltaryuyan (Samsung markalı) maşın, 01 ədəd “TCL” markalı televizor, 1 ədəd tozsoran, 01 dəst mətbəx mebeli, uşaq üçün yataq dəsti, divan dəsti-1 dəst, stol və 6 ədəd stul-1 dəst, 01 dəst yataq mebel dəsti, 1 ədəd dəhliz mebeli, 1 dəst qonaq otağı mebeli, 8 ədəd yorğan, 3 ədəd döşək, 1 ədəd ət çəkən maşın, 6 ədəd yastıq, 10 ədəd əl-üz dəsmalı, 1 ədəd lüstr, 1 ədəd jurnalnı stol, 5 dəst qazan dəsti, 5 ədəd xalça, 1 ədəd termos, 4 ədəd pərdə və 3 ədəd divan örtüyü adlı əşyaların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsində iddia təmin edilməlidir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı sadalanan əşyalardan 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd soyuducunun “cehiz əmlak” olmaması sübuta yetirildiyindən, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə isə qeyd edir ki, hazırda qeyd edilən əşyaların mövcudluğu, mövcud olduğu təqdirdə cavabdehin sahibliyində olması müəyyən edilməmişdir. Həmin əşyalar aşkar edilməmiş və iddiaçı tərəfindən həmin əşyaların cavabdehin sahibliyində olmasına dair hər hansı bir sübut təqdim edilməmişdir, buna görə də qalan hissələrdə iddia təmin edilməməlidir. Beləliklə, iddiaçı yuxarıda adı çəkilən əşyaların cavabdehdə olmasına dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini mübahisələndirilən hissədə sübut edə bilməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. MPM-in: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən cehiz əşyaları- 01 ədəd paltaryuyan (Samsung markalı) maşın, 01 ədəd “TCL” markalı televizor, 1 ədəd tozsoran, 01 dəst mətbəx mebeli, uşaq üçün yataq dəsti, divan dəsti-1 dəst, stol və 6 ədəd stul-1 dəst, 01 dəst yataq mebel dəsti, 1 ədəd dəhliz mebeli, 1 dəst qonaq otağı mebeli, 8 ədəd yorğan, 3 ədəd döşək, 1 ədəd ət çəkən maşın, 6 ədəd yastıq, 1 ədəd lüstr, 1 ədəd jurnalnı stol, 5 dəst qazan dəsti, 5 ədəd xalça, 1 ədəd termos, 10 ədəd əl-üz dəsmalı, 4 ədəd pərdə və 3 ədəd divan örtüyü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli, dövlət rüsumunun 20 manat hissəsi isə iddiaçıya aid edilməli, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat mediasiya xərci (50 manat mediasiya xərci + 10 manat poçt kargüzarlıq xərci) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən cehiz əşyaları- 01 ədəd paltaryuyan (Samsung markalı) maşın, 01 ədəd “TCL” markalı televizor, 1 ədəd tozsoran, 01 dəst mətbəx mebeli, uşaq üçün yataq dəsti, divan dəsti-1 dəst, stol və 6 ədəd stul-1 dəst, 01 dəst yataq mebel dəsti, 1 ədəd dəhliz mebeli, 1 dəst qonaq otağı mebeli, 8 ədəd yorğan, 3 ədəd döşək, 1 ədəd ət çəkən maşın, 6 ədəd yastıq, 1 ədəd lüstr, 1 ədəd jurnalnı stol, 5 dəst qazan dəsti, 5 ədəd xalça, 1 ədəd termos, 10 ədəd əl-üz dəsmalı, 4 ədəd pərdə və 3 ədəd divan örtüyü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin, dövlət rüsumunun 20 manat hissəsi isə iddiaçıya aid edilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat mediasiya xərci (50 manat mediasiya xərci + 10 manat poçt kargüzarlıq xərci) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar