Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-175/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 aya münasibətdə ödənilməmiş 4450 (dörd min dörd yüz əlli) manat əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 410 (dörd yüz on) manat kompensasiyanın, müvafiq iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində ödəncin hesablanaraq Cavabdeh MMC-dən alınaraq ona veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə (sonuncu) məhkəməyə müraicət edərək, məhkəmədən 9 aya münasibətdə ödənilməmiş 3630,33 manat əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 260,56 manat pulun, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 26682,93 manat məbləğində ödəncin, cəmi 30573,82 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışıb. xx.xx.2023-cü il tarixində onun təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilib. Qeyd etmək lazımdır ki, Cavabdeh MMC-də işlədiyi dövr ərzində ona əmək müqaviləsi əsasında ödənilməli olan 445 manat məbləğində aylıq əmək haqqım ödənilməyib. İşlədiyi on bir ay dönəmi üçün yanlız son ayın əmək haqqısı ödənib. Həmçinin, işçilərə verilməli olan istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə pul əvəzi də ona ödənilməyib. Qeyd olunan məsələ ilə əlaqədar Cavabdeh MMC-yə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən ona hər dəfə əmək haqqının ödəniləcəyinə, sadəcə hələ ödəmək imkanlarının olmamalarına dair yalançı vədlər verilib. Nəzərə çatdırır ki, bu günə kimi Cavabdeh MMC ona əmək haqqını və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə pul əvəzini ödəməkdən boyun qaçırır. Cavabdeh xx.xx.2024-cü il tarixində göndərilən mediasiya təklifinə məhəl qoymayıb və mediasiya sessiyasında iştirak edilməyib. xx.xx.2024-cü il tarixində mediasiya sessiyasında iştirak etməmə barədə arayış təqdim edilib. xx.xx.2024-cü il tarixində poçtla ünvanladığı xatırlatmada da əks edildiyi kimi vəd edilən əmək haqqının və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə pul əvəzinin ödənilməsi xahiş edilib, əks halda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi açıq şəkildə bildirilib, qarşılığında isə yenidən razılaşma əldə edilməyib.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılmasına dair ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə cavabdehin direktoru Nemət Novruzovun istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) onların mümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
7. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh MMC-də hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmişdir, əmək müqvailəsi müddətsiz bağlanılmış, aylıq əmək haqqı məbləği 445 manat müəyyən edilmişdir. İşçinin iş ilini xx.xx.2023-xx.xx.2023-cü illərdən ibarət dövrü əhatə edir. Əsas məzuniyyətin müddəti 21 təqdim günüdür.
8. Əmək müqaviləsinin bağlanması ilə bağı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh MMC-də hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmişdir, əmək müqvailəsi müddətsiz bağlanılmış, aylıq əmək haqqı məbləği 445 manat müəyyən edilmişdir.
9. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
10. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
11. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00428 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakını ilkin mediasiya sessiyasında təmin etməmişdir.
12. Məhkəməyə "xxxx" ASC tərəfindən tərtib edilmiş çıxarışlar təqdim olunmuşdur.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-495/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat cərimə edilmişdir.
14. Məhkəmənin qərardadına əsasən sərbəst X2 tərəfindən aparılmış yoxlamaların nəticələrinə dair xx.xx.2025-ci il tarixli Audit hesabatından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə 01 iyul 2023-cü il tarixində xitam verilmiş İddiaçı hesablanmış 3890,89 (üç min səkkiz yüz doxsan manat 89 qəpik) manat məbləğində əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi sonuncu iş günü ödənilməsi cəmiyyət tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş İddiaçı 3890,89 (üç min səkkiz yüz doxsan manat 89 qəpik) manat məbləğində gecikmə ilə ödənilməmiş əmək haqqına və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinə (son haqq-hesabına) hər gecikdirilmiş gün üçün yəni, Bakı şəhəri Nizami rayon Məhkəməsinin Qərardad ilə müəyyən olunmuş tarixə (xx.xx.2025-ci ilə) 28293,19 (iyirimi səkkiz min iki yüz doxsan üç manat 19 qəpik) manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmışdır.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2022ci il tarixdə hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş 3630,33 manat əmək haqqının, 260,56 manat istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə 26682,93 manat ödəncin ödənilməsini xahiş edir.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsininn 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172-ci maddəsinin:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə, iddiaçının izahatını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməlidir.
19. Göründüyü kimi İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir, bu barədə iddiaçıya arayış verilmişdir.
20. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.
21. Məhkəmə, iddia tələbinin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə “hüquq məsləhətçisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Göründüyü kimi işçiyə 11 ay üzrə əmək haqqı ödənilməli idi. Lakin məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, işçiyə 2 ay üzrə, 2022-ci ilin avqust, sentyabr ayları üzrə, cəmi 806,76 manat ödəniş edilmişdir.
22. İş materiallarından görünür ki, məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq- ekspertizası təyin edilmiş, lakin dəfələrlə cavabdeh şirkətə yazılı və şifahi formada ekspert vəsatəti ilə tələb olunan sənədlərin məhkəməyə yaxud ekspertiza mərkəzinə təqdim olunması bildirilsə də, cavabdehin nümayəndəsi sənədləri təqdim etməmişdir. Məhkəmə tərəfindən İddiaçı əmək haqqının hesablanması cədvəllərinin, əmək müqaviləsinin və əlavələrin, tabel uçot vərəqəsinin, əmrlərin, ştat cədvəlinin, ödəniş sənədlərinin, son haq-hesabın hesablanması və ödənilməsi barədə məlumat (iddiaçı ilə bağlı zəruri digər sənədlər) götürülərək, məhkəməyə təqdim edilməsi barədə qərardadı çıxarılaraq, icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilsə də, cavabdeh tərəfindən qərardadın icrası təmin edilməmiş, hətta məhkəmənin 3(007)-495/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cəmiyyətin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətaar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat cərimə edilmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
24. Bu səbəbdən məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər hesab edir və cavabdehin maliyyə sənədlərini ekspertə təqdim etmədiyi üçün cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqını təqdim olunmuş çıxarışa əsasən hesablanaraq iddiaçının tələbi həmin hissədə təmin olunmalıdır.
25. Bundan sonra, məhkəmə məhkəmənin qərardadına əsasən müvafiq hesablanmaların aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına tapşırılmış və sərbəst X2 tərəfindən aparılmış yoxlamaların nəticələrinə dair xx.xx.2025-ci il tarixli Audit hesabatından görünür ki, iddiaçıya ödəniləcək aylıq əmək haqqının məbləği 403,37 manat, 9 ay üzrə 3630,33 manat, istifadə edilməmiş əmək məzuniyyətində görə pul əvəzinin məbləği 260,56 manatdır. Nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə 01 iyul 2023-cü il tarixində xitam verilmiş İddiaçı hesablanmış 3890,89 (üç min səkkiz yüz doxsan manat 89 qəpik) manat məbləğində əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi sonuncu iş günü ödənilməsi cəmiyyət tərəfindən təmin edilmədiyi müəyyən edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş İddiaçı 3890.89 (üç min səkkiz yüz doxsan manat 89 qəpik) manat məbləğində gecikmə ilə ödənilməmiş əmək haqqına və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinə (son haqq-hesabına) hər gecikdirilmiş gün üçün yəni, Bakı şəhəri Nizami rayon Məhkəməsinin Qərardad ilə müəyyən olunmuş tarixə (xx.xx.2025-ci ilə) 28293.19 (iyirimi səkkiz min iki yüz doxsan üç manat 19 qəpik) manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmışdır.
26. Göründüyü kimi işçinin aylıq əmək haqqı 403,37 (445 manatdan (vergi, DSMF və.s tutmaları çıxılmaqla) manat olmuşdur və işçiyə ödənilməyən əmək haqqı (403,37x9) 3630,33 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə təmin edilməli, ödənilməmiş əmək haqqı ki, 3630,33 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə iddia tələbinin istifadə edilməyən məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi hissəsində münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh cəmiyyətdə 11 ay işlədiyindən 19,25 gün əmək məzuniyyətinə görə hesablanmış 260,56 manat pul əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd edildiyi kimi, cavabdeh iddiaçının məzuniyyət hüququndan istifadə etməsinə, ona ödənilən məbləğə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
28. Məhkəmə iddia tələbinin “əmək haqqının gecikdirilməyə görə ödəncin tutulmasını” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya sonuncu dəfə əmək haqqı ödənişi xx.xx.2022-ci il tarixdə 806,76 manat olmuşdur. Hazırda iddiaçı xx.xx.2025-ci il tarixinədək, yəni iş üzrə ilk məhkəmə baxışı iclası təyin edilənədək olan ödəncin tutulmasını xahiş edir.
29. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
30. Əmək haqqının vaxtında ödənilməməsində təqsirli olan işəgötürənin məsuliyyəti Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənmişdir.
31. Həmin normaya əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
32. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
33. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.
34. Qeyd edilir ki, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
35. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).
36. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
37. Göründüyü kimi Qanunverici tərəfindən əmək haqqının ödənilməsinin gecikdirilməsində təqsirkar olan işəgötürənin məsuliyyətə cəlb edilməsində məqsəd işçinin əmək haqqını vaxtında almasını təmin etmək, onu düşə biləcəyi zərərdən qorumaq və işəgötürənləri isə əmək haqqını vaxtında ödəməkdə inztizamlı olmağa məcbur etməkdir.
38. Qeyd edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndini, audit hesabatını, iddia tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 3630,33 manat əmək haqqının gecikdirilməsinə görə əmək haqqının 1 faizi miqdarında yəni 26682,93 manat məbləğində ödənc tutulmalıdır.
39. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Məhkəmə iş materiallarında olan və məhkəməyə təqdim edilmiş sübutları, iddia tələbini, cavabdeh tərəfindən məhz iddiaçıya əmək haqqı, məzuniyyət haqqı ödənilməsinə dair zəruri sübutların təqdim edilməməsini və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X2 tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 3630,33 manat ödənilməmiş əmək haqqı, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 260,56 manat pul, əmək haqqının gecikdirilməsinə görə 26682,93 manat ödənc, cəmi 30573,82 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri:
41. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
42. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. Tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia üzrə 181,72 manat (30573,82 manat münasibətdə) dövlət rüsumu ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 181,72 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.
44. Bundan əlavə, məhkəməyə auditor tərəfindən təqdim edilmiş məlumata əsasən aparılmış hesablanmaların dəyəri 800 manat təşkil edir.
45. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış müvafiq hesablanmaların dəyəri olan 800 manat haqq cavabdehə aid edilməli və onlardan tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X1 hesabına ödənilməlidir.
Nəticə:
46. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 3630,33 manat ödənilməmiş əmək haqqı, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 260,56 manat pul, əmək haqqının gecikdirilməsinə görə 26682,93 manat ödənc, cəmi 30573,82 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdehə aid edilməli və Cavabdeh MMC-dən 181,72 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə keçirilmiş müvafiq hesablanmanın dəyəri olan 350 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X1 hesabına (Müştərinin adı: AYDİN HUSEYNOV HASAN OGLU, Müştərinin hesab nömrəsi: ******************** (AZN); Müştərinin İBAN-ı: AZ86İBAZ********************; Müştəri VÖEN-i: **********; Müştəri nömrəsi: 6983672; Bank adı: ABB, Nərimanov filialı; Bankın kodu: 805711; Bankın müxbir hesabı: AZ03NABZ********************; Bankın VÖEN-i: **********; Bankın SWİFT kodu: İBAZAZ2X) ödənilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 3630,33 manat ödənilməmiş əmək haqqı, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 260,56 manat pul, əmək haqqının gecikdirilməsinə görə 26682,93 manat ödənc, cəmi 30573,82 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh MMC-dən 181,72 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə keçirilmiş müvafiq hesablanmanın dəyəri olan 800 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X1 hesabına (Müştərinin adı: AYDİN HUSEYNOV HASAN OGLU, Müştərinin hesab nömrəsi: ******************** (AZN); Müştərinin İBAN-ı: AZ86İBAZ********************; Müştəri VÖEN-i: **********; Müştəri nömrəsi: 6983672; Bank adı: ABB, Nərimanov filialı; Bankın kodu: 805711; Bankın müxbir hesabı: AZ03NABZ********************; Bankın VÖEN-i: **********; Bankın SWİFT kodu: İBAZAZ2X) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva