Məhkəmə qərarları › İş №e-2(007)-1762/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1762/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1762/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı Cavabdeh ilə 11 iyul 2019-cu ildə nikahı Şəki regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 13 aprel 2021-ci ildə X3 adlı uşağı doğulmuşdur. İlk vaxtlar Cavabdeh ilə səmimi ailə münasibətlərində yaşasa da, sonradan məlum olmayan səbəbdən sonuncu ilə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra Cavabdeh birgə nikahdan doğulmuş uşağı ilə maraqlanmadığından və onun saxlanılmasına heç bir köməklik o, azyaşlı uşağının saxlanılması üçün sonuncudan aliment tələb etmək məcburiyyətində qalmışdır. Bunun üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfindən məcburi mediasiya prosesi başladılmış və Cavabdeh ilə arasında mediator X5 tərəfindən 17 mart 2023-cü il tarixdə MŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.2-ci bəndinin şərtinə əsasən onunla Cavabdeh birgə nikahından anadan olmuş uşağı-13 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 mart 2023-cü ildən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci beş günlüyündə Cavabdeh tərəfindən ona ödənilməsi razılaşdırılmışdır. Lakin Cavabdeh azyaşlı birgə nikahdan doğulmuş uşağın saxlanması üçün ödəməyi öhdəsinə götürdüyü alimenti vaxtı-vaxtında ödəmədiyindən ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(075)-1566/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 17 mart 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişinin 2.2-cİ bəndi təsdiq edilməsi, 2.2. İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları - 13 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci beş günlüyündə Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Keçən bu müddət ərzində Cavabdeh uşağı ilə maraqlanmamış, onun saxlanılmasında, təlim-tərbiyyəsində iştirak etməmişdir. O, keçən müddət ərzində valideyinlərinin dəstəyi ilə övladı Şahinin saxlanılmasını təmin etsə də, hal-hazırda ölkəmizdə və dünyada baş proseslər səbəbli valideyinlərinin də maddi vəziyyəti pisləşmiş və ona yardım etmək imkanları kəsilmişdir. O, dəfələrlə Cavabdeh uşağın böyüdüyünü, ona lazım olan xərclərin artdığını, həmçinin səhhətində problemlər olduğunu və onun müalicə olunmasının kifayət qədər xərc tələb etdiyini bildirsə də, onun tərəfindən bildirdiklərinə nəinki heç bir reaksiya verilməmiş, hətta Şəki Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(075)-1566/2023 nömrəli qətnaməsi ilə kəsilmiş 180 manat alimentin belə mütəmadi ödənməsini təmin etməmişdir. Hər dəfə alimentin vaxtı çatdıqda o, dəfələrlə ona zəng edir, xahiş edir ki, alimenti ödəsin. Azyaşlı övladı-13 aprel 2021-ci il təvəllüdlü X2 da xərcləri artmışdır. Həmçinin onun səhhətində müəyyən problemlər yaranmışdır ki, onun da müayinə və müalicəsi kifayət qədər böyük xərc tələb edir. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla kifayət qədər yaxşı qazanca malikdir. Hesab edir ki, cavabdehin uşağının saxlanması üçün daha artıq miqdarda aliment vermək imkanı vardır. Göstərilənlərə əsasən, Cavabdeh ilə birgə nikahdan 13 aprel 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün mediator X5 tərəfindən 17 mart 2023-cü il tarixdə MŞŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş, Şəki Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(075)-1566/2023 nömrəli qətnaməsi ilə təsdiq edilmiş 180 manat alimentin 235 manata artırılması, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona-İddiaçı verilməsi, həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona-İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, uşaq danışa bilmir, o isə müalicə xərclərini də çatdıra bilmir. Uşaq cavabdehin də uşağıdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 588119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1566/2023 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 17 mart 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-00567 nömrəli barışıq sazişinin 2.2cİ bəndi təsdiq edilməsi, 2.2. İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş uşaqları - 13 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci beş günlüyündə Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə xx.xx.2024cü il tarixli, MŞŞ/MT018/2024-00308 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman X1 Aygün Şövqi qızının yanında qalmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1566/2023 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay hər uşağa 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə alimentin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən hər ay 235 manat aliment tutulması xahiş edilsə də, cavabdehin həmin pul vəsaitini ödəməyə maddi imkanının olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu yerdə iddiaçının və uşağın mənafeyi ilə yanaşı cavabdehin də mənəfeyini nəzərə alır və hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1566/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya sessiyası zamanı 60 manat mediasiya xərci ödənilmişdir, bu zaman nəzərə alınmalıdır ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği bir illik məcmuya münasibətdə 30 manat təşkil edir və həmin məbləğ ödənilmiş mediasiya xərcindən az olduğundan cavabdehdən tutula bilməz, bununla yanaşı iddiaçı da ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etdiyindən, məhkəmə hesab edir ki, həmin məbləğdən cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-1566/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Cavabdeh tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar