Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-180/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X16 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ** TU *** dövlət qeydiyyat nömrəli TOYOTA PRİUS markalı, ** TP *** dövlət qeydiyyat nömrəli RENAULT MEGANE markalı, ** XK *** dövlət qeydiyyat nömrəli KİA SORENTO markalı, ** DX *** dövlət qeydiyyat nömrəli HONDA İNSİGHT (HİBRİD) markalı avtomobil və həmin avtomobillərin açıq hərracda satilaraq ər-arvad arasında paylarına uyğun olaraq ½ hissədə bölünməsi, ünvan 1 ünvanında yerləşən mənzilin təmir xərcinin hesablanaraq ½ hissədə aralarında bərabər sürətdə bölünməsi, mediasiya İMS xərcinin ödənməsi üçün 50 (əlli) manat dövlət rüsumu, vəkil orderi üçün 180 (bir yüz səksən) manat pulun və məhkəmə büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildə Cavabdeh ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahı rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2021-ci il təvəllüdlü X8 övladı olmuşdur. Cavabdehlə o, xx.xx.2020 ildən xx.xx.2023-cü ilə kimi ailə kimi yaşamışdır. Bildirir ki, cavabdehin iddiası ilə Cəbrayıl Rayon Məhkəməsində aralarında olan nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. Cavabdehlə o, xx.xx.2020 ildən xx.xx.2023-cü ilə kimi birgə nikahda olmuşlar. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 31-37-ci maddələri ilə birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlak, digər təmir xərcləri və açılmış iş yerindən əldə olan əmlakın maya dəyəri birgə nikahdan olduğu üçün barabər bölünməlidir. Həmçinin birgə nikah dövründə əldə edilmiş daşınar əşyaların- avtonəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazırliyinin Baş X17 İdarəsinə xx.xx.2023-ci il tarixli, 178 saylı sorğusu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazırliyinin Baş X17 İdarəsi tərəfindən qeyd olunan vəkil sorğusuna xx.xx.2023-ci il tarixli, № ********* saylı məktubla cavab verilmişdir. Adıçəkilən cavab məktubunda mülki iş üzrə cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmiş bütün avtonəqliyyat vasitələri barədə məlumat verilmişdir. Həmin vəkil sorğusu və ona verilmiş cavab məktubu da iş materiallarına əlavə edilib işlə birlikdə baxılması üçün iddia ərizəsinə əlavə olunur. Cavabdehin mülkiyyətində olan ** TU *** dövlət qeydiyyat nömrəli TOYOTA PRİUS markalı (ili 2008, rəngi Gümüş yaşıl metallik AE025700, Ban:JTDKB20U283441558, alınma tarixi xx.xx.2021), ** TP *** dövlət qeydiyyat nömrəli RENAULT MEGANE markalı (ili 2008, rəngi Gümüş metallik BA141374, Ban: VF1KMSFC539800863, alınma tarixi xx.xx.2021) avtomobillər və bundan başqa cavabdehin başqa maşınları da vardır ki, onları yaxın qohumlarının və dostlarının adına keçirib hazırda etibarnamə vasitəsi ilə isdifadə edir. ** XK *** dövlət qeydiyyat nömrəli KİA SORENTO markalı (ili 2010, rəngi Boz qızılı metallik BA260454, Ban: KNAKU8158AA058761, alınma tarixi xx.xx.2021) Sahibi: X2 adına cavabdehin atasıdır və ** DX *** dövlət qeydiyyat nömrəli HONDA İNSİGHT HİBRİD markalı (ili 2009, rəngi Mavi metallik Mühərrik: ******* Ban: JHMZEZH50AS000220, alınma tarixi xx.xx.2022) avtomobilini alqı satqı müqaviləsində dostu X1 adında olsa da etibarnamə vasitəsi ilə cavabdeh öz şəxsi isdifadəsindədir. Birgə nikah dövründə əldə edilmiş əmlak olaraq tərəflər arasında bölünməlidir. Birgə nikah dövrundə keçmiş həyat yoldaşı xarici ölkələrdən minik avtomobilləri gətirək onu özü gömrükdə rəsmiləsdirir və xərcini çəkir. Lakin sonradan ona qarşı soyuq münasibət bəsləməyə başladı və minik avtomobillərini atası X2, qardaşı X9 və dostu X1 adına rəsmiləşdirərək etibarnaməilə cavabdeh öz şəxsi istifadəsindədir. Birgə nikah dövründə əldə edilmiş əmlak olaraq tərəflər arasında bölünməlidir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə xx.xx.2023-ci il tarixlı, 179 saylı sorğusu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qeyd olunan vəkil sorğusuna xx.xx.2023-ci il tarixli, № 3-33/2-010489/2023 saylı məktubla cavab verilmişdir. Həmin vəkil sorğusu və ona verilmiş cavab məktubu da iş materiallarına əlavə edilib işlə birlikdə baxılması üçün iddia ərizəsinə əlavə olunur və məhkəmədən xahis edir ki, yenidən həmin sorğunu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilsin. Cavabdeh ilə nişanlı olduqları dövrdə onu ünvan 1 ünvanına apararaq mənzili onA gösdərdi ki, “toyumuzdan sonra toydan yİğılan pulla ünvan 1 olan mənzili təmir edəcəm”. Toylarından bir müddət sonra həmin ünvan 1 mənzilə köçərək yaşayacaylar. Onlar toydan sonra Cavabdeh atası evinə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 fərdi yaşayış evinə köçmüş və yaşamağa başlamışlar. Toydan sonra ünvan 1 mənzili təmir edib kirayə vermişlər. O isə cavbdehin atasına məxsus Bakı şəhəri, Xətai rayon, ünvan 2 ünvanında yerləşən evə cehizləri ilə birlikdə köçmüşlər. Nəinki ünvan 1 mənzili köçmüş, hətta onu atasına məxsus Bakı şəhər, Xətai rayon, ünvan 2 fərdi yaşayış evindən çıxartdılar. Hazırda valıdeyinlərinin himayəsində kirayədə yaşayır. Rəsmi nikahdan əvvəl ünvan 1 ünvanında yerləşən mənzili 11.09. 2019 ci il ildə təmirsiz alınmışdır. Birgə yaşadıqları dövrdə ünvan 1 mənzili ümumi gəlirlərindən təmir etmişlər və keçmiş həyat yoldaşı tərəfindən ünvan 1 mənzil kirayə verilib. ünvan 1 mənzilin təmir xərcini müəyyən etmək üçün ekspertiza təyin olunaraq ümumi təmir xərcini müəyyən edib birgə nikah dövründə əldə edilmiş əmlak olaraq təmirin xərci tərəflər arasında bölünməlidir. Bildirmək istəyir ki, o, xx.xx.2022-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə təklif”in hazırlanması üçün Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. Qeyd edir ki, o, mediasiya prosesindən keçmişdir və bu barədə ona mediator X3 tərəfindən xx.xx.2023-cü il tarixdə “X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, o, qeyd olunan evdə yaşamamışdır. Amma Qalib ilə nişanlı olan vaxt ona demişdi ki, “orada yaşayacağıq”. O evi görmüşdür. Qalib ilə 2019-cu ildə tanış olmuşdur. O, gedən vaxtı ev tam təmirli deyildi. Amma sonra heç vaxt getməmişdir. Qalib ona demişdi ki, evi özü alıb. Cabir, Şəhriyar və Rəşad, Qalibin ən yaxın dostlarıdır. Qalibin dostu olduğunu deyən şəxsi ilk dəfə görür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, onlar avtomobilin və nikah dövründə edilmiş təmirin xərcinin paylara mütənasib şəkildə bölünməsini tələb edirlər. Hər iki şahidin sözündə ziddiyət var. Birinci şahid deyir ki, evdə kirayə qalan olub. İkinci şahid deyir ki, evə gedən zaman ev boş olub. Evdə kirayə kiminsə qalması ilə bağlı hər hansı sübut iş materialında yoxdur. İddiaçı keçmiş həyat yoldaşının dostlarını tanıyır, lakin bu şəxsi tanımır. Digər şəxs isə cavabdehin yaxın qohumu olan atasıdır. Hesab edir ki, öyrədilmiş şahidlərdir. Ona görə də bunun nəzərə alınmasını xahiş edir. İddia tələbini müdafiə edirlər. İddia tam haqlıdır. Ekspert təmirin qiymətini müəyyən edib. Onlar xanımın payını istəyirlər. Bundan başqa onlar hər bir halda avtomobilin hərracdan satılaraq bölünməsini istəyirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, mübahisə predmeti olan ev kirayə verilmək məqsədi ilə alınıb. Xanım da başqa evə gəlin köçüb. Gəlin köçdüyü ev isə Qalibin əvvəllər də yaşadığı ev olub. Şahidlərin də ifadəsindən görünür ki, ev əvvəldən təmirli olub. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X5 ifadəsində bildirmişdir ki, o, Qalibin dostudur. Qalibi 15 ildir ki, tanıyır. Ailəvi dost olmuşlar. Xeyli vaxtdır ki, evinə getməmişdir. O, Rusiyaya gedib-gəlmiş, sonra evinə gedib-gəliş olmamışdır. O, Rusiyadan 2016-cı ildə qayıtmışdır. O ev, 2019-cu, ya da 2020-ci il idi ki, alınmışdı. Təmirli ev idi, o, iki üç il olar ki, orada olmuşdur, ev təmirli və əşyalı idi. Onun gördüyü odur ki, ev təmirli idi, hansısa ustanın gəlib-gəlməməsini görməmişdir. Sonra ora heç vaxt getməmişdir. O, Aysel xanımı toylarında iştirak edən zaman görmüşdür. Hamamın pitminutkası işləmirdi deyə həmin evə getmişdilər, sonra bir də getməmişdir. Səhv etmirsə, ev 6-cı mərtəbədə idi. Onlar Qalib ilə birlikdə idilər, Qalib dedi ki, “ora gedib baxaq”, pitminutkanı qoşmaq olmurdu. Pitminutka balkonda idi, yanında qaz sayğacı var idi. Evdə divan, qabaq stol və yataq mebeli var idi. Ev boş idi, heç kim yox idi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Qalib onun oğludur. 2019-cu ilin sentyabr ayında evi oğlunun adına almışdır. O evi necə almışlarsa, elə də, yaşayış olub. Evi təmirli almışlar. Evə soyuducu və televizor almışdır və sonra kirayəyə vermişlər. O evə cəmi 3 dəfə getmişdir. Sonradan heç vaxt təmir olunmamışdır. Bu xanım və oğlu, ümumiyyətlə o evə heç kim getməyib. O, NZS qəsəbəsində yaşayır, evi iki otaqlıdır. Yasamaldakı ev də 2 otaqlıdır. O, Yasamaldakı evə divan, taxt, stol, televizor və soyuducunu sentyabr ayının axırı almışdır. Onların özlərinin də evində avadanlıq var idi, amma gəlin də hər bir şeyi cehiz kimi gətirmişdi. Yasamaldakı evdə heç bir şey təmir edilməyib. Onun iki oğlu var. Digər oğluna ev almamışdır, özü ev alıb ayrı yaşayır. Onun özü Rusiyada alver edirdi, indi səhhəti ilə əlaqədar işləmir. Həmin evi 87.000 almışdır. O, Rusiyaya 20 il getmişdir, evi də 20 ildən sonra almışdır. Qalib dostu ilə o evə getmişdi, ola bilər ki, kirayə qalan adam oradan çıxıb, başqasını tapıb qoymuşlar, həmin vaxt gediblər deyə ev boş olub. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ1012, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-16(007)-118/2023 saylı qərardadı əsasında “Renault Megane” minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq mərkəzi informasiya sistemində qeydə alınmış, “Toyota Prius” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Cavabdeh adından xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarıldığından üzərinə həbs qoyulması mümkün olmamışdır. - MŞB/8/2023-00702 saylı xx.xx.2023-cü il tarixli mediasiya arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 50 manat dövlət rüsumu ödənilmişdir. - 16403 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi üçün 180 manat məbləğində pul vəsaiti ödənilmişdir. - Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2/2-10/50 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin divarları divar kağızı ilə üzlənmiş, tavanı alçibanla üzləşmiş və boya ilə rənglənmiş, divar daxili elektrik xətti çəkilmiş, sanitar qovşağın döşəməsi metlaxla, divarları kafellə üzlənmiş, kanalizasiya və istilik xətti çəkilmişdir. ünvan 4 ünvanında yerləşən mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 11463,0 manat məbləğində olduğu müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza xərci 100 manat təşkil etmişdir. - “X13” MMC-nin xx.xx.2024-cü il tarixli, LBC-12/2024 saylı qiymətləndirmə hesabatından görünür ki, xx.xx.2021-ci il tarixli BA 141374 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VF1KMSFC539800863 və buraxılış ili 2008-ci il olan “Renault Megane” minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 4500 manat, likvid dəyəri 3500 manat müəyyən olunur. Qiymətləndirmə hesabatı ilə bağlı xidmət haqqı 300 manat təşkil etmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Hazırda tərəflər arasında olan münasibətlər pozulduğu və mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün isə həmin əmlaklar məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. İlk öncə, məhkəmə iddia tələbinin “birgə nikah dövründə əldə edilmiş ** TU *** dövlət qeydiyyat nömrəli TOYOTA PRİUS markalı, ** TP *** dövlət qeydiyyat nömrəli RENAULT MEGANE markalı, ** XK *** dövlət qeydiyyat nömrəli KİA SORENTO markalı, ** DX *** dövlət qeydiyyat nömrəli HONDA İNSİGHT (HİBRİD) markalı avtomobil və həmin avtomobillərin açıq hərracda satilaraq ər-arvad arasında paylarına uyğun olaraq ½ hissədə bölünməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən nəqliyyat vasitələrindən sadəcə “Renault Megane” minik markalı, ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Bu yerdə məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(007)- 118/2023 saylı qərardadı əsasən müvəqqəti təminat tədbiri kimi BDYPİ tərəfindən “Renault Megane” minik markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq mərkəzi informasiya sistemində qeydə alınmış, “Toyota Prius” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə Cavabdeh adından xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarıldığından üzərinə həbs qoyulması mümkün olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş “Renault Megane” minik markalı, ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən edilməli, həmin nəqliyyat vasitəsi ilkin satış qiyməti 3500 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaitinin ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh verilməlidir. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən mənzilin təmir xərcinin hesablanaraq ½ hissədə aralarında bərabər sürətdə bölünməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və işin faktiki halları ilə sübuta yetirilmişdir ki, sözügedən mənzil birgə nikah dövründən əvvəl əldə edilmiş, məhz bu səbəbdən iddiaçı həmin hissədə mənzilin təmirinə çəkilmiş xərcin tərəflər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin hissədə tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı mənzili birgə nikah dövründə ümumi vəsaitləri hesabına təmir etdirdiklərini bildirir və həmin xərcin bölünməsini xahiş edir. Məhkəmə araşdırması zamanı isə sözügedən mənzilin birgə nikah dövründə ümumi gəlirlər hesabına təmir etdirilməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, sözügedən mənzil alınan zaman təmirli vəziyyətdə olmuş və kirayəyə verilmişdir. İddiaçı özü də məhkəmə iclasında həmin mənzildə yaşamadığını qeyd etmiş, mənzilin kirayəyə verilməsini qəbul etmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan mənzili də digər oğluna olduğu kimi, hazırkı cavabdehə almış və həmin mənzili kirayəyə vermişlər, gəlini olan iddiaçı isə onlarla birlikdə yaşamışdır. Məhkəmə sözügedən ifadələrlə yanaşı, iş materiallarında olan bütün sübutları tədqiq edib, işin faktiki halları ilə birlikdə qarşılıqlı qiymətləndirib, belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilə bilməz, digər yandan məhkəmə qeyd edir ki, sübut etmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəf mübahisə predmeti olan mənzilin birgə nikah dövründə ümumi gəlirlər hesabına təmir etdirilməsini, ən əsası da bunu təsdiq edən mötəbər sübutlarını, təmir xərclərinin çəkilməsini təsdiq edən hər hansı dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı hüquqi əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşdə olan sübutlardan görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və 180 manat xidmət haqqı ödəmişdir, o cümlədən mediasiya xərci qismində 50 manat mediasiya xərci ödəmişdir, buna görə də iddia tələbi “hüquqi yardım xidmətinə görə 180 manat pulun və 50 manat mediasiya xərcinin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hazırkı tələblə bağlı iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh tutulub, İddiaçı ödənilməli, dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş “Renault Megane” minik markalı, ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən edilməli, həmin nəqliyyat vasitəsi ilkin satış qiyməti 3500 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaitinin ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh verilməli, mediasiya xərci 50 manat, vəkilin hüquqi xidmət haqqı 180 manat və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh tutulub, İddiaçı ödənilməli, dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaitinin 50 manat hissəsi İddiaçı, qalan 50 manat hissəsi Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 300 manat pul vəsaitinin 150 manat hissəsi İddiaçı, 150 manat hissəsi isə Cavabdeh tutularaq, “X13” MMC-nin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş “Renault Megane” minik markalı, ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payları müəyyən edilsin, həmin nəqliyyat vasitəsi ilkin satış qiyməti 3500 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaitinin ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh verilsin. Mediasiya xərci 50 manat, vəkilin hüquqi xidmət haqqı 180 manat və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh tutulub, İddiaçı ödənilsin. Dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaitinin 50 manat hissəsi İddiaçı, qalan 50 manat hissəsi Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 300 manat pul vəsaitinin 150 manat hissəsi İddiaçı, 150 manat hissəsi isə Cavabdeh tutularaq, “X13” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-180/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-180/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver