Məhkəmə qərarları › İş №e-2(007)-194/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-194/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-194/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2020-ci ildə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 2082 nömrəli qeyd ilə rəsmiləşən nikahın pozulması, həmin nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulması, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər hər ay 100 (yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuş, həmin nikahdan X3 adlı övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da sonradan fikir ayrılıqları yaranmağa başlamış və münasibətlərinə son qoymağa qərar vermişlər. Artıq xeyli vaxtdır ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Bundan sonra ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Həmçinin, uşaqların ona bağlılığı çoxdur. Hazırda da uşaqlar onunla yaşayır. Buna görə də uşaqların onun himayəsində qalması onun gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, iş təxirə salınmışdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 cavabdehin hələ də boşanmaq istəmədiyini, lakin aralarında barışıq olmadığını, 3 yaşa qədər 100 manat vəsaiti qəbul etmədiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə işinin iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədiyini, nikahın pozulmasına razı olmadığını, uşaq ananın yanında qalarsa 193 manat alimenti qəbul etdiyini, uşağa qulluğa görə 100 manatı qəbul etmədiyini, ailənin dağılmasını istəmədiyini, uşağın faktiki anasının yanında olduğunu, anası ilə Xırdalanda kirayədə qaldığını, qızın anasının onlara imkan vermədiyini, aralarına girdiyini bildirmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə, 5 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsində 2082 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra tərəflər arasında barışıq olmadığından, iddia təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah pozulmalıdır. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş uşağın kimin yanında qalması məsələsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarında doğulmuş uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlının ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğu nəzərə alınmalı, boşanmadan sonra xx.xx.2020-ci il təvəllüdlü X3 ananın yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə onların birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulan ərarvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsü, ərindən (arvadından) saxlanması üçün vəsait tutulması ilə bağlı mübahisə yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qimən təmin edilməli, Cavabdeh Ağaşı̇ rı̇ n oğlu ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə, 5 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsində bağlanılmış və 2082 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh Ağaşı̇ rı̇ n oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(007)-2883/2022 saylı müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla) birgə nikahından dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrı̇ nə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş, 50 manat məbləğində isə dövlət rüsumu ödəmişdir. Hazırda nikahın pozulması tələbi ilə yanaşı alimentin tutulması tələbi ilə də bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ona aid edilməli, 50 manat dövlət rüsumunun əvəzi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağaşı̇ rı̇ n oğlu ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə, 5 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsində bağlanılmış və 2082 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh Ağaşı̇ rı̇ n oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(007)2883\2022 saylı müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla) birgə nikahından dünyaya gəlmiş xx.xx.2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrı̇ nə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xərcinə görə İddiaçı tərəfı̇ ndən ödənı̇ lmı̇ ş 50 manat vəsait ona aid edilsin. Cavabdeh Ağaşı̇ rı̇ n oğlundan dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 50 manat vəsait tutularaq İddiaçı köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar