Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1965/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğluna qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğluna qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu mənəvi zərərə görə Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ C220 CDİ” markalı, 90- OR-167 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 07 yanvar 2022-ci ildə onu vuraraq ona baş-beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırlarından ibarət xəsarət yetirmişdir. O, ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 10 gün reanimasiyada müalicə olunub. Yol-nəqliyyat hadisəsi zamanı aldığı zərbə nəticəsində onun protez dişləri qırılaraq yerə düşüb. 3 saylı xəstəxananın “Müşahidə qeydləri jurnalı”nın xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qeydlərində xəstənin - İddiaçı vəziyyəti ağır, xx.xx.2022-ci il tarixli qeydlərində orta ağır vəziyyətdə göstərilir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Fərid Rəhimovun cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib və Cavabdeh inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün torpanmış material Nizami RPİ-nin DYPŞ-nə göndərilib. Nizami RPİ-nin DYPŞ tərəfindən Cavabdeh barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1258/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8.-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə olunub. Beləliklə, cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə onun səhhətinə xəsarət yetirməklə onun fiziki ağrılar və güclü emosional psixoloji sarsıntılar keçirməsinə səbəb olub və ona mənəvi ziyan vurub. Vurulmuş mənəvi ziyana görə 5000 manat kompensasiya ödənilməsini zəruri hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehin arvadını tanıyır. Hadisə olan günü xəstəxanaya aparılanda cavabdehin arvadı orada yox idi. Onun vəziyyəti pis idi. O. Huşunu itirdiyindən onu avtomobillə vuran şəxsi görməyib. Hadisə günü axşam bacısı, oğlu yanına gəliblər, amma nə danışdıqlarını bilməyib. Hadisə vaxtı yanında fəhlə var idi, onu xəstəxanaya həmin fəhlə aparıb. Cavabdeh və arvadı 2-3 gün xəstəxanaya, onun yanına gəliblər. Onların kim olduğunu bacısından soruşduqda, bacısı həmin şəxsin onu avtomobili ilə vuran şəxs olduğunu deyib. O, xəstəxanada bir həftə qalıb. Cavabdehin arvadını reanimasiyada yanında görməyib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ C220 CDİ” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 07 yanvar 2022-ci il tarixdə iddiaçını vuraraq ona baş-beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırlarından ibarət xəsarət yetirib. İddiaçı ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olub. Bu hal iş üzrə təqdim olunmuş sübutlardan aydın görünür. Xəstəxananın “Müşahidə qeydləri jurnalı”nın xx.xx.2022-ci il tarixli qeydindən şöbə müdiri ilə birgə baxış keçirilərək xəstənin - İddiaçı ümumi vəziyyətinin ağır, huşunun aydın olması və suallara həvəssiz cavab verməsi, baş ağrısından, halsızlıqdan və ümumi vəziyyətindən şikayət etməsi, xx.xx.2022-ci il tarixli qeydindən isə xəstənin ümumi vəziyyətinin ağır olmasına baxmayaraq əlavə ağırlaşma halının müşahidə edilmədiyi və tədricən sağalma olduğu göstərilib. Lakin bu hal yol polisi və istintaq orqanı tərəfindən iddiaçıya yüngül xəsarət yetirilmə kimi sənədləşdirilib. Tibbi sənədlərə daxil olan həkimlərin raportunda yol nəqliyyat hadisəsi baş verən gün həkimlərin yol polisinə məlumat verdikləri görünür. Yəni həmin gün polisin baş vermiş hadisə barədə məlumatı olub. Lakin iş üzrə 25 gün sonra, yəni təxminən 05-10 fevral 2022-ci il tarixlərində ekspertiza aparılıb. Bu kateqoriya işlərdə ekspertizanın aparılmasında gecikmə halı ola bilməz. İddiaçı 10 gün xəstəxanada, həmin müddətin 3 gününü isə renimasiyada qalıb. Yüngül xəsarət alan xəstə heç vaxt reanimasiyada qala bilməz. O, həmçinin iddiaçının qohumudur və iddiaçını o vəziyyətdə görüb. Yol-nəqliyyat hadisəsi zamanı iddiaçının vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edib. İş üzrə qərar qəbul edilərkən iddiaçının nə qədər fiziki və mənəvi əziyyət keçirməsini təsəvvür etmək üçün həmin fotoşəkillərə də diqqət yetirilməsini xahiş edir. 25 gün sonra keçirilmiş birinci ekspertiza rəyində artıq xəstənin vəziyyətində sağalma olduğu qeyd olunub. Cavabdehin nümayəndəsi tez-tez iddiaçıya baş çəkib, iddiaçının gözünün altı qaraldığına görə həmin qaraltını aparmaq üçün xüsusi krem gətirərək iddiaçının gözünün ətrafına çəkib. Buna səbəb isə iddiaçı ekspertizaya aparılanda iddiaçının gözündə qaraltının qalmaması idi. O, işə vəkil kimi qoşularaq ikinci dəfə ekspertizanın keçirilməsi barədə vəsatət verib və tibbi sənədlər əsasında hadisə baş verən günə iddiaçının vəziyyətinə görə ekspertizanın keçirilməsini xahiş edib. Çünki açıq-aşkar iddiaçının ağır vəsarət alması və reanimasiya vəziyyətinə düşməsi görünür. Xəsarətin dərəcəsi sığortanın məbləğinə təsir göstərir. Ölüm halında 5000 manat sığorta verilir. Ən yüngül xəsarətə isə 700 manat sığorta pulu verilir. İddiaçı ağır xəsarət aldığı halda həm də az miqdarda sığorta məbləği alacaq. Cavabdeh və nümayəndəsi əvvəlki məhkəmə iclaslarında verdikləri izahatlarında iddiaçını hadisə yerindən götürəndə əlində küçədən topladığı dəmir bankaların olduğunu, iddiaçının həmin bankaları əlindən buraxmaq istəmədiyini bildiriblər. İddiaçı xadimə işləyir, küçələri süpürür, əmək haqqı onu qane etmədiyindən küçədən dəmir bankalar yığmasını qınamaq olmaz. Cavabdeh və onun nümayəndəsi bu fikirləri ilə iddiaçıdan daha üstün mövqeyə malik olduğunu hesab edirlər. Bildirir ki, iddiaçının aldığı xəsarət iş materillarında düzgün əks olunmayıb. Onların əldə etdikləri sübutlar əsasında iddiaçının aldığı xəsarətin dərəcəsi düzgün müəyyən olunur. Hadisə 2022-ci ildə baş verdiyi halda iddiaçının 2023-cü ildə məhkəməyə müraciət etməsinin səbəbi odur ki, hadisə vaxtı iddiaçının ağzında protez dişləri olub, zərbənin təsiri nəticəsində protez dişləri düşüb, bu da təbiidir. Bütün sənədlər iddiaçının baş-beyin kəllə travması aldığını göstərir. Cavabdeh iddiaçının protez dişlərini düzəltdirməyi öz üzərinə götürüb. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda arvadı qardaşının diş texniki və ya diş həkimi işlədiyini, iddiaçının dişlərini düzəltdirəcəyini bildirsə də, bir neçə ay keçdikdən sonra sözünə əməl etməyib. Cavabdeh iddiaçıya kömək etmək istiqamətində hər hansı bir addım atsaydı, iddiaçı bu gün məhkəməyə müraciət etmiş olmazdı. Cavabdeh tərəfindən iddiaçıya qarşı çox hörmətsiz münasibət göstərilib. Həmçinin ekspertiza 20 gündən sonra rəy verir, ağır xəsarət yüngül xəsarət kimi sənədləşdirilir, xəsarətin yüngül qeyd olunması sığortadan alınacaq pula təsir göstərir, məhkəmənin birinci sorğusuna xəstəxana tərəfindən iddiaçının ambulator müalicə olunduğu cavabı verilir, lakin iş materiallarında olan sənədlər göndərilməklə təkrar sorğu verildikdən sonra xəstəxana məburiyyət qarşısında qalaraq sorğuya ətraflı cavab vermiş və xəstənin cərrahi profilli reanimasiya şöbəsinə “müştərək travma, QKBT, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı” diaqnozu ilə stasionar müalicəyə qəbul edildiyi, 10 gün xəstəxanada qaldığı, 2022-ci ilin yanvar ayının 17-də kafi vəziyyətdə evə ambulator müalicəyə buraxıldığı və xəstənin son kliniki dioqnozunun “müştərək travma, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, bədənin çoxsaylı əzilmələri” olması qeyd olunmuşdur. ivənəM˝ zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında˝ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarından göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş sənədlərindən, göstərilən diaqnozlardan iddiaçının nə qədər ağır iztirab keçirtdiyi görünür. Ötən müddətdə iddiaçı tərəf olaraq onlar cavabdeh tərəfdən etdikləri hərəkətin əvəzinin qarşılmasını, iddiaçının protez dişlərinin düzəldilməsini xahiş ediblər. Bəlkə də, cavabdeh tərəf iddiçının protez dişlərini düzəltsəydi, iş barışıqla bitərdi. İddiaçı aylarla gözləyib, amma sonda cavabdeh hara istəsələr ora da müraciət etmələrini bildirib. Ona görə də, iddia tələbinin tam təmin olunması, cavabdehdən 5000 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sığorta pulu almamışdır. İddiaçı sığorta pulu alsa da, yüngül xəsarət yazıldığından az pul alacaq. Məhkəmə iclasında cavabdeh Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlu iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdehin ailə üzvünə pul verib, həmçinin oğluna da 50 manat pul verib. Poliklinikada, ekspertizadan ona zəng edərək iddiaçını gətirmələrini deyirdilər, lakin iddiaçının ailə üvləri onu ekspertizaya vaxtında təqdim etməyiblər. 07 yanvar 2022-ci ildə hadisə baş verib, o, özü iddiaçını xəstəxanaya aparıb. İddiaçı izahatında 24 saatdan sonra ayıldığını bildirsə də, hadisədən qısa müddət sonra iddiaçının barmağında olan üzüyü soruşanda iddiaçı üzüyün dəmirdən olduğunu və atmalarını bildirib. İddiaçı özündə olmadığı halda, necə danışa bilərdi. İddiaçının xəstəxanada qaldığı günlərin tarixlərin dəqiq bilməsə də, amma xəstəxanda qalıb və həmin müddətdə o və arvadı hər gün iddiaçıya baş çəkiblər, iddiaçının yanında olublar. İddiaçı evə getdikdən sonra da iki dəfə evinə alış-veriş edib, lakin bacısı həmin qidaları atıb. Sonra iddiaçının bacısı həkimə əlavə pul verərək istədiyi diaqnozu yazdırıb və daha sonra ondan əlavə pul tələb edib. İddiaçı xəstəxanada qalıb, ekspertiza keçilməsi üçün poliklinikaya getməyib və buna görə də vaxt keçib. İndi isə iddiaçı tərəf ekspertizanın gec keçirilməsinə onun maneçilik törətdiyini bildirir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 10 gün deyil, 3 gün reanimasiyada qalıb, o, hər gün iddiaçının yanında olub. 3 gündən sonra iddiaçı palatada olanda həkim iddiaçıya artıq vəziyyətinin yaxşı olduğunu və evə yazacağını bildirdi. İddiaçının bacısı evdə şərait olmadığına görə iddiaçının xəstəxanada qalmasını bildirib. Yenidən bir həftə iddiaçı xəstəxanda qalıb. O, həmin müddətdə də iddiaçıya qulluq edib. Xətəxanadan çıxana qədər onların aralarında heç bir mübahisə olmayıb. Hadisə günü xəstəxanaya iddiaçının yanına qohumları gəlsə də, ondan sonra heç kim gəlməyib, xəstəxanada iddiaçının yanında ancaq o olub, ondan başqa heç kim gəlməyib. O, iddiaçıya yemək, geyim, dərman alıb gətirib. İddiaçı evə gedəndən sonra bacısının təsiri ilə onlara qarşı münasibəti dəyişib. İddiaçı hadisə vaxtı 3-4 dəst paltar geyindiyindən bərk xəsarət almayıb, ancaq üzündə cızıq olmuş, tikiş düşməyib, heç bir sınıq olmayıb. Həkim də iddiaçıya baxanda ancaq cızıqların olduğunu deyib. İddiaçının bacısı həkimə əlavə pul verərək xəsarətlərini ağır yazdırıb. Xəstəxanaya gətirilən hər bir şəxsi onsuz da reanimasiyaya aparırlar. İddiaçı ağır deyil, yüngül xəsarət alıb, üzü cızılıb və qan olub. İddiaçının gəlininə birinci dəfə 500 manat, ikinci dəfə isə 50 manat veriblər. İddiaçının dişini də rentgenə saldırıblar və növbəti dəfə düzəltdirəcəkdilər. Sonra iddiaçı tərəf onlardan şikayət edəcəklərini bildirib. Bundan sonra onlar cavabdehə köməklik göstərməyiblər. Əlavə olaraq bildirir ki, o, izahatında iddiaçının əlində olan dəmir bankaları yerə qoymaması fikrini iddiaçını təhqir etmək mənasında deyil, iddiaçının hadisədən sonra bir gün müddətində özündə olmadığını bildirdiyi halda dəmir bankaları necə əlində saxlamasına diqqət yetirilməsi üçün deyib. İddiaçı halal çörək qazanır, o bu fikri pis mənada deməyib. İddiaçı hadisədən sonra ərinə onu evə aparmasını bildirsə də, əri razılaşmamış, iddiaçını həkim müayinə və müalicəsindən keçməsi üçün xəstəxanaya aparıb. Hər birisinin ailəsində avtomobil idarə edən var, heç kim bu cür hallardan sığortalanmayıb. Hər kəs də keçid olan yerdən keçməlidir. İddiaçı keçid olmayan yerdən keçəndə yol-nəqliyyat hadisəsi baş verib. İddiaçının qaynı da iddiaçının yolu keçəndə diqqətlə baxmamasını, nə vaxtsa düzgün yol keçmədiyinə görə hansısa sürücünü pis vəziyyətdə qoyacağını bildirib. İddiaçı yüngül xəsarət alıb. Xəstəxanaya gətirilən hər bir xəstə əvvəlcə reanimasiya qalır, sonra palataya köçürülür. İddiaçı reanimasiyada olanda onun ağzında protez görməyib. Çünki iddiaçı danışmırdı. İddiaçı palataya köçürüldükdən sonra isə ağzında protez var idi. 21 gün iddiaçıya paltar, yemək, dərman və zəruri ehtiyacları üçün digər lazım olanları alıblar. İddiaçı 10 gün xəstəxanada olanda xəstəxanaya, evə köçürüldükdən sonra da evinə gəlib-gedib. İddiaçının telefonunu düzəltdiriblər. Hadisə 2022-ci ilin yanvar ayının 7-də olub. Həmin günü iddiaçı xəstəxanaya aparılıb. İddiaçı 3 gün reanimasiyada, 7 gün palatada qalıb. İddiaçı xəstəxanadan çıxandan sonra əlaqələri olub. Polislər onlara hər gün zəng edərək iddiaçının ekspertizaya getməli olduğunu bildirib. İddiaçı isə gah oğlunun işdə olduğunu, gah onu ekspertizaya aparan olmadığını bildirirdi və beləcə də ekspertizaya getməyi uzadırdılar. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstərdi ki, iddiaçı onun bacısıdır. 07 yanvar 2022-ci ildə səhər saat 8 radələrində bacısını avtomobil vurması ilə bağlı ona zəng gəlib. O, səhər saat 08:00-dan axşam saat 08:00-a qədər xəstəxanada olub, amma cavabdeh tərəfdən heç kim gəlməyib. Polis Şöbəsində olanda cavabdehi görüb. Cavabdeh o vaxta qədər bacısı ilə maraqlanmayıb. Bacını avtomobil vurduğundan protez dişləri düşüb. O, Daxili İşlər Nazirliyinin Qaynar Xəttinə zəng edib cavabdehi şikayət etmək istəyəndə, cavabdehin arvadı qardaşının diş həkimi olduğunu bildirib və bacının dişlərini düzəltməyə söz verib, amma bacına heç bir köməklik göstərməyib. Onlar artıq bacısının dişlərini düzəltdiriblər. O, xəstəxanada olanda həkimlər cavabdehdən yenidən xəstəxanaya gəlməsinin səbəbini soruşub. Sonradan onlara cavabdehin əvvəllər də dəfələrlə avtomobillə başqa şəxsləri vurması məlum olub. O, hadisə zamanı bacısına baş çəkəndə protez dişləri düşüb və sınmışdır. İddiaçının qonşuları, iş yoldaşları da iddiaçının protez dişlərini yeni, yəni bir ya da bir ay yarım əvvəl düzətdirməsini təsdiqləyə bilərlər. Hadisə vaxtı bacısının telefonu da sınıb Cavabdeh telefonu düzəldibdüzəltmədiyini də bilmir. Bacısının telefonu işləmirdi, işləməyən telefona kontur yükləməyə ehtiyac yoxdur. Cavabdeh 3 ədədi 10 manat olan, 3-4 saata bişən toyuq, sosiska, axşam vaxtı bazardan alınma göyərti və meyvə alaraq gətirib. Cavabdeh iddiaçıya maddi köməklik göstərməyib. Məhkəmə, proses iştirakçılarının izahatlarıını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçınn yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə əsasən Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlunun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Bakı şəhəri Nizami RPU-nin DYPŞ-nə göndərilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1258/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərərk 200 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 "X5" X4 xx.xx.2023-cü il tarixli 18-1-17/2-2674/2023 saylı məlumatından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və yol maşını ilə 06:45-də xəstəxananın cərrahi profilli qəbul şöbəsinə gətirilmişdir. Xəstənin alın nahiyəsində “3,0x2,0 sm ölçüdə əzilmiş-cırılmış yara, burunda sıyrıntı, deformasiya müşahidə olunmuşdur. Ətraflarda nəzərə çarpacaq patologiya qeyd olunmamışdır. Sarğı otağında xəstənin yarası yerli keyitmə altında tikilmiş, xəstəyə rentgenoloji, USM, KT müayinələri aparılmışdır. Xəstə cərrahi profilli reanimasiya şöbəsinə “Müştərək travma, QKBT, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. Xəstəyə reanimotoloq, neyrocərrah, üz çənə cərrahının baxışı həyata keçirilmişdir. Xəstənin vəziyyəti aparılan müalicə nəticəsində nisbətən yaxşılaşmış, müalicəni davam etdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10:20-də Müştərək travma şöbəsinin 412-ci palatasına köçürülmüşdür. Şöbədə medikomentoz müalicə aparılmış, xəstə aktivləşdirilərək xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. Son kliniki diaqnoz: “Müştərək travma. Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmişcırılmış yarası, burun sümüyünün xətti sınığı, Bədənin çoxsaylı əzilmələri.” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 02 fevral 2022-ci il tarixli, 77 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmişcırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırları olmuşdur. Xəsarətlər bürk küt əşyanın təsirindən tövrənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmalın mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığa yüngül zərərvurmaya aiddir. Üst çənədə solda diş kökü görünən diş yuvası ətrafında hər-hansı bir xəsarətin obyektiv əlaməti aşkar edilmədiyindən və tibbi sənədlərdə qeyd olunmadığından həmin dişin travmatik və ya qeyri-travmatik sınması, eləcə də müddəti barədə fikir söyləmək mümkün olmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 31 mart 2022-ci il tarixli, T100/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bürk-küt əşyanın (əşyaların) təsirindən törənməklə, qərarda göstərilən vaxtda və şəraildə, yəni 07 yanvar 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi vəzifəsində işləyir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və materiallardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “MERCEDES BENZ” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkətdə olarkən, “SƏRHƏDÇİ” X3 yaxınlığında yolu sağ tərəfdən sol tərəfə keçən piyada İddiaçı avtomobilin qabaq orta hissəsi ilə vuraraq xəsarət yetirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhər Nizami RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Fərid Rəhimov tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərərk 200 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı yolnəqliyyat hadisəsindən sonra ağır iztirab keçirtdiyindən cavabdehdən vurduğu mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 02 fevral 2022-ci il tarixli, 77 nömrəli və 31 mart 2022-ci il tarixli, T100/2022 nömrəli ekspert rəyləri ilə İddiaçı baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırları olmuşdur. Qeyd edilən xəsarətlər görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən edilmişdir. İddiaçı ekspert rəyi ilə razılaşamamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “MERCEDES BENZ” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkətdə olarkən, “SƏRHƏDÇİ” X3 yaxınlığında yolu sağ tərəfdən sol tərəfə keçən piyada İddiaçı avtomobilin qabaq orta hissəsi ilə vuraraq xəsarət yetirmişdir. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə 06:45-də xəstəxananın cərrahi profilli qəbul şöbəsinə gətirilib, onun alın nahiyəsində “3,0x2,0 sm ölçüdə əzilmiş-cırılmış yara, burunda sıyrıntı, deformasiya müşahidə olunmuşdur. O, cərrahi profilli reanimasiya şöbəsinə “Müştərək travma, QKBT, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. Xəstənin vəziyyəti aparılan müalicə nəticəsində nisbətən yaxşılaşmış, müalicəni davam etdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10:20-də Müştərək travma şöbəsinin 412-ci palatasına köçürülmüşdür. Şöbədə medikomentoz müalicə aparılmış, xəstə aktivləşdirilərək xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Belə ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulması, nəticədə iddiaçınının xx.xx.2023-cü il tarixdən stasionar müalicəyə qəbul edilməsi, 3 gün reanimasiyada olması, xx.xx.2022-ci il tarixdən palataya köçürülərək müalicəsinin davam etməsi, xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılması öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, hazırda məhkəmə iclasında iddiaçı yol-nəqlyyat hadisəsindən sonra onun xəstəxanya fəhlə tərəfindən gətirildiyini, cavabdeh və arvadının 2-3 gün xəstəxanaya gəldiyini, şahid kimi dindirilən Şahid isə cavabdeh tərəfən iddiaçıya heç bir maddi köməklik göstərmədiyini qeyd etmişdir. Məhkəmə tərəfindən 3(007)- 1258/2022 saylı inzibati işin materialları nəzərdən keçirilərkən Nizami Rayon Polis İdarəsində izahat verərkən iddiaçı qeyd etmişdir ki, onu vuran avtomobilin sürücüsü ona hadisə yerindən götürərək xəstəxanaya çatdırmış, o, xəstəxanada yatdığı müddətdə onun xəstəxanada müayinə xərclərini onu vuran Cəmalıddin Qarayev ödəmişdir. Şikayəti olduğunu, onu tam müalicə etməsini tələb etmişdir. Göründüyü kimi, müəyyən olunur ki, cavabdeh iddiaçının müayinə xərclərini ödəmiş, ona maddi köməklik göstərmişdir. Lakin işin halları və tərəflərin ifadələri ilə aydın olur ki, iddiaçı yol-nəqliyyat hadisəsindən sonra tam müalicə edilmədiyini, protez dişlərinin cavabdeh tərəfindən düzədilmədiyini məhkəmənin diqqətinə çatdırır. Belə olan halda, məhkəmə iddiaçının onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini, daimi iş fəaliyyətindən uzaqlaşmasını, fəal ictimai həyat tərzindən məhrum olmasını, onun fərdi xüsusiyyətlərini (yaşını, qadın olmasını), müalicə müddətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 1000 manatın alınıb, iddiaçıya verilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlundan alınaraq İddiaçı verilməli, məhkəmə xərcləri cavabdehə aid edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdeh Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlundan tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlundan alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdeh Qaracayev Cəmaləddı̇ n Zı̇ yəddı̇ n oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1965/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1965/2023
17.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver