Məhkəmə qərarları › İş №e-2(007)-2054/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2054/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2054/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e-2(007)-2054/2023 saylı mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X3 cavabdeh İddiaçı qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı “Hyundai Elantra” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 18500 (on səkkiz min beş yüz) manat məbləği, 1029 (bir min iyirmi doqquz) manat əldən çıxan faydanı, 148.59 manat məhkəməyə ödənilmiş dövlət rüsumunun (cəmi 19666 manat) alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin 2(007)-1214/2023 saylı mülki iş üzrə məhkəmənin icraatındadır. Həmçinin, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada 18500 manat məbləğində pul vəsaitinin, 1029 manat əldən çıxmış faydanın, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 149 manatı və hüquqlarını müdafiə etmək üçün hüquqi yardıma ödənilmiş 220 manatı cavabdehlərdən tutaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən Cavabdeh4 iş üzrə cavabdeh kimi işə cəlb edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1471/2023 saylı xx.xx.2023-cüil tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı mülki hüquq pozuntularından (deliktlərindən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə 2(002)-1471/2023 saylı mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə e-2(007)- 1214/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Qeyd olunan mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 2(007)- 2054/2023 nömrə ilə qeydə alınmışdır. Hər iki işin materiallarını nəzərdən keçirərək, hesab edirəm ki, qeyd edilən mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalı olduğuna, bu məqsədlə işin bir-biri ilə əlaqəli işlərdən birinin ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməli olduğuna dair MPM-nin 43.1-ci maddəsinin tələbini, bununla bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1471/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə gəlinmiş nəticəni nəzərə alaraq, hesab edirəm ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1471/2023 saylı xx.xx.2023-cüil tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e-2(007)-2054/2023 saylı mülki iş, icraatımda olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e-2(007)-1214/2023 saylı mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-1214/2023 nömrəsi saxlanılmaqla e- 2(007)-2054/2023 saylı mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43-45, 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1471/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e-2(007)-2054/2023 saylı mülki iş, icraatımda olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e-2(007)-1214/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-1214/2023 nömrəsi saxlanılmaqla e-2(007)-2054/2023 saylı mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar