Məhkəmə qərarları › İş №e-2(007)-2097/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2097/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2097/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "Bakı Sığorta” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Bakı Sığorta” ASC. Cavabdeh- Cavabdeh2 və Cavabdeh1. Sığorta müqaviləsi – xx.xx.2023-cü il tarixli, PBA********** saylı Tələb olunan məbləğ- 225,72 manat manat borc və 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı. Sübutlar: Sığorta aktı, İcbari sığorta müqaviləsinə dair məlumat, Daxili lizinq müqaviləsi, öhdəliklərin ötürülməsi müqaviləsi, xx.xx.2023-cü il tarixli etibarnamə. Sığorta aktı, Avtoluks Azərbaycan” MMC-nin ilkin qiymətləndirmə aktı, inzibati xəta haqqında qərar, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış, sığorta ödənişinə dair ödəniş aktı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 926.3-cü, 936.1-ci maddələri. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.2-ci, 8.1ci, 8.2-ci, 9.1-ci, 9.2-ci, 25.1.3-cü, 63.1-ci və 63.2-ci maddələri. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan və "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinqə verilmiş avtomobilinin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Belə olan halda, məhkəmə hesab edir ki, hadisə baş verən an lizinq obyektinin istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti Cavabdeh2 daşıyır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh2 225,72 manat sığorta ödənişi məbləğinin, 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar