Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2110/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, Kreditor MMC-nin Borclu qarşı “məhkəmə əmrinin çıxarılması” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC, məhkəməyə təqdim etdiyi ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, Borclu arasında baölanmış Nisyə satış müqaviləsi üzrə 1171,24 manat əsas borc və 110 manat cərimə borcu olmaqla, cəmi 1281,24 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəm əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-nin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Odur ki, hazırkı iş üzrə cərimənin ödənilməsi tələbinin Nisyə satış müqaviləsindən irəli gəldiyini, həmin müqavilə üzrə dəbbə pulunu mübahisələndirməsi imkanının istisna edilmədiyi nəzərə alındıqda, tələbin aşkar və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı qənaətinə gəlmək mümkün deyil. Həmçinin məhkəm qeyd edir ki, məhkəmə əmrinin çıxarılması barədə ərizə və ona əlavə edilmiş sənədləri elektron məhkəmə sisteminə daxil edilərək elektron qaydada göndərilmişdir və ərizəyə əlavə edilmiş sənədlər oxunaqlı olmadığından kreditora sənədlərin əsllərinin təqdim edilməsi təklif edilmiş, lakin məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq,, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu arasında bağlanmış Nisyə satış müqaviləsinə əsasən 1171,24 manat əsas borc və 110 manat cərimə borcu olmaqla, cəmi 1281,24 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(007)-2110/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2110/2021
16.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver