Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2130/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, birgə nikahdan anadan olan xx.xx.2004-cü il təvəllüdlü X1 universitetdə təhsil haqqı (2,3,4-cü kurs) ilə bağlı xərclərinin ödənilməsi ilə əlaqədar olaraq 2000 manat məbləğində vəsaitin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı halda müəyyən edildi ki, iddiaçı “öz hüquqlarının müadafiəsi barədə ərizələr üzrə-yetkinlik yaşına çatmayanlar” qeydi ilə hazırkı iş üzrə dövlət rüsumu ödəməkdən azad olduğunu qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, hazırkı iddia İddiaçı tərəfindən qaldırılmış, həmçinin xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq nöqsanlara yol verməklə iddia qaldırmışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırda iddiaçının tələbi konkret ifadə edilməmişdir. Belə ki, iddiaçı övladının bir illik təhsil haqqının 2000 manat olduğunu qeyd edərək, məhkəmədən universitetdə təhsil haqqı (2,3,4-cü kurs) ilə bağlı xərclərinin ödənilməsi ilə əlaqədar olaraq 2000 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş etsə də, cavabdehdən ümumilikdə həmin məbləğin, yoxsa hər il üçün 2000 manat məbləğin tutulmasını xahiş etməsi ilə bağlı tələbini dəqiq göstərməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2130/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2130/2023
24.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver