Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2155/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Kreditor borclu "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor borclu "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixli müqavilə üzrə qabaqcadan ödənilmiş 25000 manat pul məbləğinin borcludan tutularaq kreditora ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək, tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırki ərizəni və iş materiallarını araşdırarkən müəyyən etdim ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC (İcraçı) ilə Kreditor (Payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən icraçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 89 kv.m olan, 131 nömrəli 2 otaqdan ibarət mənzili pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 700 manat təyin edilir. Cəmi 89 kv.m sahə üçün 62300 manat təşkil edir. Mənzilin qiymətinin bir hissəsi, yəni 25000manat ödənilmişdir. 6.1-ci bəndinə əsasən ödəniş haqqı, iki ardıcıl müddət üçün ödənilmədikdə bu, payçının müqavilənin icrasından bir tərəfli imtinası kimi qəbul edilir və müqavilə qüvvədən düşmüş hesab olunur. İcraşı həmin mənzilinin dəyərini ödəmək üçün başqa payçı ilə yeni müqavilə imzaladıqdan sonra payçının ödədiyi pulu qaytarmaq mümkün olacaqdır. Göründüyü kimi hazırkı iş üzrə araşdırma aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Hesab edirəm ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsinin müddəalarına əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor borclu "xxxx" MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2155/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2155/2023
24.06.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver