Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2243/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “uşağın ananın himayəsində saxlanılması və aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə qeyri rəsmi nikahdan anadan olmuş övladları–xx.xx.2022-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qeyri rəsmi nikahlarından 06 yanvar 2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. Oğluna xx.xx.2024-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmışdır. Cavabdeh bir müddət ona məxsus evdə onunla birlikdə yaşamış, daha sonra ona qarşı fiziki və psixiki zorakılıq olmuşdur, bu səbəbdən artıq faktiki olaraq birlikdə ayrılmışlar. Azyaşlı övladı onun himayəsindədir və hesab edir ki, azyaşlı övladının ana nəvazişinə və qayğısına ehtiyacı olduğundan onun himayəsində qalmalıdır. Eyni zamanda uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır.
İş materialları :
3. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 2 nömrə ilə qeyd edilmişdir.
4. AZ-İV seriyalı, 932239 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə doğulmuş və bu barədə Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 154 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.
5. “Mediasiya Şurası” Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/18/2024-00599 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir.
6. Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 17/71-5A 224 saylı məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 1384/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borclu Cavabdeh tərəfindən X3 xeyrinə hər ay ödənilir.
7. Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, qəyyumluq və himayəçilik komissiyası xx.xx.2022-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılmasını məqsəsdəuyğun sayır və Cavabdeh övladı ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir.
8. Nizami rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, komissiya tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanında müayinə aparılmış və məlum olmuşdur ki, İddiaçı həmin ünvanda qeydiyyatdadır və xx.xx.2022-ci il təvəllüdlü övladı X11 ilə birlikdə yaşayır. İddiaçı adına olan mənzil 1 otaqdan 2 otağa rekonstruksiya olunub, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir.
9. Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərdtib edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirərək müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ev 2 mərtəbəli həyət evi olub, 3 otaq, zal, mətbəx və köməkçi sahələrdən ibarətdir. Kommunal şəraitləri və otaqların təmiri əla vəziyyətdə olub yaşayış üçün tam yararlıdır. Su, işıq və qaz daimidir. Mənzil səliqəlidir, mebel və digər məişət əşyaları ilə təmin olunmuşdur. Otaqlar kombi istilik sistemi vasitəsi ilə qızdırılır. Cavabdeh yaşadığı ərazidə qonşuları tərəfindən müsbət xarakterizə olunur. Psixoloji durumu normaldır. Özünün bildirdiyinə görə özəl biznes sahəsində çalışır. Stabil aylıq gəliri var. Üzərinə düşən valideynlik hüquq və vəzifələrindən məlumatlıdır. Müayinə olunan ünvandakı şərait komissiya üzvləri tərəfindən normal olaraq qiymətləndirilmişdir.
10. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 4 nömrəli X13 tərəfindən Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başısının müavini Qəyyumluq və Himayəçilik komissiyasının sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 167 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 4 nömrəli VƏD-də tibbi qeydiyyatında olmuşdur. Diaqnoz: L3-4 fəqərələrinin vərəmli spondiliti qızğın dövrdür. Müalicə xx.xx.2022-ci il tarixə kimi ambulator davam edib və vərəm spondiliti stabil mərhələsi ilə sonlanıb. xx.xx.2023-cü il tarixdən Nizami rayon qeydiyyatlı vərəmli xəstələr 2 saylı X10 nəzarətinə keçirilib və hal hazırda xəstə haqda heç bir məlumat yoxdur. Dispanser qeydiyyat dövründə xəstədə ağ ciyərdə patalogiya olmayıb, Sümük vərəmi hər bir fəsadı olmadığı üçün ətraf üçün epidemioloji qorxulu sayılmayıb.
11. İş materiallarına 1 ədəd fləşkard əlavə edilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdi ki, tərəflərin qeyri rəsmi nikahdan X4 dünyaya gəlmişdir. Cavabdeh övladı X2 atalıq vermişdir və bununla bağlı 16 yanvar 2024-cü il tarixdə “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. Uşaq hal-hazırda anının yanındadır və onun yanında qalması və aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hal-hazırda işləmir və gəliri yoxdur. Həmçinin qeyd etmişdir ki, tərəflər arasında hazırda razılıq əldə edilmişdir ki, iddiaçı qeyd etmişdir ki, yanvar ayından sonra aliment tələb etməyəcəkdir. Lakin hazırki vaxtadək alimeti ödəməlidir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, övladının anasının yanında qalmasına etiraz etmir, lakin alimentə dair hissədə iddia tələbini qəbul etmir. Övladı onunla qalmaq istəyir. Uşağın heç olmasa həftənin 2 günü onunla, 5 günü isə anasının yanında qalmasını istəyir. O, aliment ödəyə bilməyəcək, o heç yerdə rəsmi qaydada işləmir və digər evliliyindən olan övladına 320 manat aliment ödəyir. O, iddiaçıya müvəqqəti təminat tədbiri qismində təyin edilmiş aliment ödənişindən 600-700 manat ödəmişdir və bunun bağlı qəbzlər var. O, alimentin rəsmiləşməsini istəmir, amma belə uşağın bütün ehtiyaclarını ödəyəcəyini bildirmişdir.
İşin faktiki halı :
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahda olmuşlar və tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur.
15. İddiaçı və cavabdeh hazırda ayrı yaşayırlar və tərəflərin fakitki nikahlarından doğulmuş uşaq ananın himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən övladının onun himayəsində saxlanılması və cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək uşağın ananın himayəsində saxlanılmasına razı olduğunu, lakin aliment ödəyə bilməyəcəyini bildirmişdir.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Konstitusiyasının :
Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
21. “Uşaq Hüquqları haqqında” Qanun :
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, işin faktiki halından görünür ki, iddiaçı və cavabdeh faktiki nikah münasibətində olmuşlar və tərəflərin faktiki nikah münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət edərək uşağın onun yanında saxlanlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında uşağın onun himayəsində verilməsini xahiş etmişdir.
26. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
27. Valideynlər arasında uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı razılıq olmadığı üçün məhkəmə ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq hansı valideynin yanında saxlanılmasının uşağın mənafeyinə uyğunluğunu müəyyən etmək üçün qəyyumluq və himayəçilik orqanının rəyini almışdır.
28. Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, qəyyumluq və himayəçilik komissiyası xx.xx.2022-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılmasını məqsəsdəuyğun saymış və Cavabdeh övladı ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab etmişdir.
29. Həmçinin xx.xx.2024-cü il tarixli məhkəməbaxış iclasında Cavabdeh uşağın ananın himayəsinə verilməsinə razı olduğunu bildirmişdir.
30. Belə olan halda, tərəflərin faktiki nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə əlaqədar onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaq hazırda anasının yanında olduğundan və Cavabdeh uşağın iddiaçının yanında qalmasına etirazı olmadığından, uşağın mənafeyi nəzərə alınmaqla xx.xx.2022-ci il təvəllüdlü Əmrahov (Mirbəhmənov) Ərturqut Famil oğlu anası İddiaçı yanında qalmalıdır.
31. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
32. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
33. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
34. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
35. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat aliment tutulması tələbini irəl sürmüş, cavabdeh isə rəsmi iş yeri olmadığı, aliment ödədiyi digər övladı olduğu üçün aliment tutulmasına razı olmadığını bildirmişdir.
36. Cavabdehin izahatına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Göründüyü kimi qanunverici əmək qabiliyyəti olan hər bir valideynin (hətta heç bir yerdə işləməyən) uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsini müəyyən etmişdir.
38. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
39. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
40. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
41. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
42. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən uşağın saxlanılması üçün hər ay yaşayış minimumu məbləğindən az olmayan xərc çəkilir. Həmçinin məhkımə tərəfindən təyin edilmiş 235 manat məbləğində müvəqqəti aliment cavabdeh tərəfindən ödənilir. Bu isə onu deməyə əsas verir ki, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq aliment təyin edilərkən uşağın əvvəlki təminat səviyyəsi nəzərə alınmalıdır.
43. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların uşağın əvvəlki təminatının səviyyəsini, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alınaraq qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü Mirbəhmənov (Əmrahov) Ərturqut Famil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
44. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşağın saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər uşaq üçün hər ay 235 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.
45. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
Nəticə :
46. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X8 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(007)-184/2024 saylı qərardadı nəzərə alınmaqla). Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva Azərbaycan Respublikası adından
QƏTNAMƏDƏN ÇİXARİŞ
Bakı şəhəri İş № e-2(007)-2243/2024 xx.xx.2024
Baki Şəhəri Nizami Rayon Məhkəməsi
Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə,
İddiaçı Cavabdeh qarşı “uşağın himayədə qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Qət Etdi:
İddia tələbi təmin edilsin. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü X8 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva