Məhkəmə qərarları › İş №e-2(007)-2279/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2279/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2279/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1126 manat məbləğində pulun və ödənilmiş 31.26 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 27 yanvar 2022-ci il tarixdə X2, X6 və İddiaçı MMC arasında MAS-3268 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 fevral 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Kosayev öz üzərinə götürmüşdür. 08 fevral 2022-ci il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-3268 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 fevral 2021-ci il tarixli MAS-3268 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “X5” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(007)-1825/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 1456.97 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X11 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1.EQ 12575969 saylı protokola görə 80 manat; 2.EQ 12596267 saylı protokola görə 16 manat; 3.EQ 12077812 saylı protokola görə 80 manat; 4.EQ 12079829 saylı protokola görə 16 manat; 5.EQ 10670695 saylı protokola görə 16 manat; 6.EQ 10670691 saylı protokola görə 80 manat; 7.EQ 10670689 saylı protokola görə 16 manat; 8.EQ 11084928 saylı protokola görə 16 manat; 9.EQ 11084426 saylı protokola görə 16 manat; 10.EQ 12468203 saylı protokola görə 16 manat; 11.EQ 12519994 saylı protokola görə 16 manat; 12.EQ 12428498 saylı protokola görə 16 manat; 13.EQ 12265950 saylı protokola görə 16 manat; 14.EQ 10870760 saylı protokola görə 16 manat; 15.EQ 10915408 saylı protokola görə 64 manat; 16.EQ 10744632 saylı protokola görə 16 manat; 17.EQ 10755674 saylı protokola görə 16 manat; 18.EQ 10699656 saylı protokola görə 16 manat; 19.EQ 10671205 saylı protokola görə 16 manat; 20.EQ 10670680 saylı protokola görə 80 manat; 21.EQ 10670688 saylı protokola görə 16 manat; 22.EQ 10670690 saylı protokola görə 80 manat; 23.EQ 10670693 saylı protokola görə 96 manat; 24.EQ 10670696 saylı protokola görə 80 manat;

25. EQ 10670681 saylı protokola görə 80 manat; 26. EQ 10670684 saylı protokola görə 16 manat; 27. EQ 10670686 saylı protokola görə 16 manat; 28. EQ 10670687 saylı protokola görə 32 manat; 29. BNA ******* saylı protokola görə 36 manat; 30.BNA ******* saylı protokola görə 32 manat; 31.BNA ******* saylı protokola görə 18 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1126 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMCyə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X8 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.

İş materialları :

3. İddiaçı MMC ilə X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, MAS-3268 nömrəli “X5”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür.

4. X2, X6 və İddiaçı MMC arasında bağlanılmış MAS-3268 saylı, 27 yanvar 2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3266 saylı X5 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X7”-ə ötürür, “X7” isə bu öhdəlikləri Öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.

5. X6, Cavabdeh və İddiaçı MMC arasında bağlanılmış MAS-3268 saylı, 08 fevral 2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3266 saylı X5 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X7”-ə ötürür, “X7” isə bu öhdəlikləri Öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.

6. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1825/2023 saylı qətnaməsindən görünür ki, iddia qismın təmin edilmiş, Cavabdeh 12 fevral 2021-ci il tarixli, MAS-3268 saylı “X5nə əsasən 532.84 manat əsas borc, 256.78 manat gecikdirilmiş mükafat, 30 manat dəbbə pulu, 600 manat məbləğində təmir-bərpa xərci və 37.35 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

7. İş materiallarına Cavabdeh barəsində tərtib edilmiş 34 ədəd inzibati xəta haqqında protokola dair siyahı əlavə edilmişdir.

8. İş materiallarına 27 ədəd mədaxil qəbzinin surəti əlavə olunmuşdur.

9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1081 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, lizinq obyekti olan avtomobil Cavabdeh istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar AR X10 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bu faktı portalından alınmış çıxarış təsdiq edir. Mülki qanunverciliyə əsasən İddiaçı MMC tərəfindən törədilmiş inzibati xəta haqqında protokollara əsasən ümumilikdə 1126 manat məbləğində cəriməni ödənilmişdir. Odur ki, Cavabdeh İddiaçı MMC-nə yaranmış borcu 7 gün ərzində ödəməsi tələb edilmişdir. Əks təqdirdə inzibati xəta haqqında protokollarının ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

11. İddiaçı MMC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin olunması və məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul eedir, lakin onun borcu tam şəkildə ödəməyə imkanı yoxdur.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

14. İddiaçı MMC ilə X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, MAS-3268 nömrəli “X5”nə əsasən “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320617 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsinə müvəqqəti sahiblik və istifadə hüququ X1 verilmişdir.

15. X2, X6 və İddiaçı MMC arasında bağlanılmış MAS-3268 saylı, 27 yanvar 2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” haqqında müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli, MAS-3268 nömrəli “X5”ndən irəli gələn öhdəliklər X2 tərəfindən X4, X6, Cavabdeh və İddiaçı MMC arasında bağlanılmış MAS-3268 saylı, 08 fevral 2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən isə Cavabdeh ötürülmüşdür.

16. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1825/2023 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı MMCyə təhvil verilmişdir.

17. “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahiblik və istifadəsində olduğu 08 fevral 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Cavabdeh törədilmiş inzibati xətalara görə inzibati cərimə növündə inzibati məsuliyyətə cəlb edilmişdir.

18. Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.3. tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7. əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 747.1. lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-7.1. lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

23. İddiaçı MMC Cavabdeh qarşı pul tələbini “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin lizinq alan olan cavabdehin faktiki sahiblik və istifadəsində olduğu müddətdə cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimənin onun tərəfindən ödənilməsi ilə əsaslandırmışdır.

24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

25. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

29. İşin məhkəmə tərəfindən araşdırılan faktiki halları ilə müəyyən edilmişdir ki, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli, MAS-3268 nömrəli “X5”nə əsasən xx.xx.2023-cü il tarixədək Cavabdeh faktiki sahibliyi və istifadəsində olmuşdur. Nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyi və istifadəsində olduğu müddətdə cavabdeh tərəfindən inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmuş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh barəsində tətbiq edilmiş inzibati cərimələr lizinq verən olan İddiaçı MMC tərəfindən ödənilmişdir.

30. Mülki qanunvericiliyə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1m). Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir (748-2.2m). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1m).

31. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

32. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021ci il tarixli, MAS-3268 nömrəli “X5”nin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır.

33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “öhdəliyin icra edilməməsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

34. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

35. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən cavabdeh tərəfindən istifadə edilməsi zamanı törədilmiş inzibati xətaya görə tətbiq edilmiş inzibati cərimələr cavabdeh tərəfindən ödənilməli olduğu halda iddiaçı tərəfindən həmin cərimələrə görə 1126 manat məbləğində pul vəsaiti ödənilmiş, yəni cavabdeh tərəfindən inzibati cərimələrin ödənilməsi öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

37. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh 1126 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməldir.

Məhkəmə xərcləri :

38. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 31.26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödəniməlidir.

Nəticə :

39. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat pul vəsaiti tutularaq iddiaçı Azərmaş MMCna ödənilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 1126 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.26 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar