Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2315/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firidun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeha qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasinda iddia tələbi onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs iş üzrə cavabdeh olan Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar.İddiaçının cavabdehlə olan münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pisləşdiyindən birlikdə ailə kimi yaşamaları qeyri-mümkün olub. Ailədə yaranan anlaşmamazlıqların səbəbi birbirilərini başa düşməməkləri, qarşılıqlı anlaşmanın olmaması olub. Hal-hazırda nikahları formal xarakter daşıyır, onlar ayrı-ayrı yaşayırlar və ər-arvad kimi bundan sonra yaşamaları eyni zamanda ailənin bərpası qeyri-mümkündür. Bu səbəblərə görə nikahlarını pozmaq qərarına gəliblər. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə aralarında yaranan mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 4 saylı Mediasiya Təşkilatına müraciət edib. İlkin mediasiya mərhələsində tərəflər tam mediasiya sesiyasının keçirilməsinə dair razılığa gəlib, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər arasında razılıq əldə olunub və nəticədə xx.xx.2022-ci il tarixli, MŞB/4-00896 saylı “barışıq sazişi” bağlanıb. Qeyd olunanlara əsasən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 38 qeydlə rəsmiləşdirilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan: AZ-İ seriyalı,428876 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 38 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir.Nikah bağlanarkən İddiaçı “Shaikh” soyadını qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, MŞB/4-00896 saylı barışıq sazişinin şərtlərinə əsasən tərəflər digər məsələlərlə bağlı (aliment,uşaqların himayədə saxlanılması,və s.) öz aralarında razılığa gəliblər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyrimümkündür. Belə ki,hər iki tərəf nikahın pozulmasında israrlıdır.Bununla bağlı tərəflər arasıında mediassiya sessiyasında barışıq sazişi bağlanmışdır.Tərəflərin arasında barışıq sazişin olması sübut edir ki, tərəflər nikahın pozulması, aliment, uşaqların himayədə saxlanılması və digər məsələlərdə qarşılıqlı razılıq əldə ediblər. Ona görə də iddia təmin olunmalı, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 38 qeydlə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 38 qeydlə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2315/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2315/2022
06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver