Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2322/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əmək haqqından qalan məbləğə görə, iş saatlarından artıq saatlarda işə cəlb olunmağa görə, bayram günlərində işə cəlb olunmağa görə, 3 günlük məzuniyyət haqqına görə ödəmədiyi 3160,9 manat pulun, mənəvi ziyana görə 5000 manat pulun, cəmi 8160,9 (səkkiz min bir yüz altmış manat 90 qəpik) manat pul məbləğinin, ödənilmiş dövlət rüsumunun 102 (bir yüz iki) manat məbləğin, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat pul məbləğinin cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə olunmuş 29640 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 52 manat məbləğində dövlət rüsumunu Bakı Kommersiya Məhkəməsinə ödəmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3693/2023 nömrəli Bakı Kommersiya Məhkəməsinin qərardadından görünür ki, iddiçının ərizəsi məhkəmə aidiyyəti düzgün verilmədiyi üçün iddiaçıya geri qaytarılmışdrır. Bu səbəbdən iddiaçı yenidən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi dövlət rüsumu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ödənilməmişdir. Beləliklə, belə qənaətə gəlirəm ki, yuxarıda sadalanan səbəbə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, eyni zamanda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2322/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2322/2023
19.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver