Məhkəmə qərarları › İş №e-2(007)-235/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-235/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-235/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş “Hisense” markalı, 2000 dollar (3400 manat) dəyərində televizor, 800 (səkkiz yüz) manat dəyərində olan soyuducu, “Embawood” mebel mağazasından alınmış ümumi 1800 manat (bir min səkkiz yüz manat) dəyərində olan 01 ədəd yataq, 02 ədəd şkaf, 01 ədəd termodan ibarət 01 ədəd yataq dəsti, 1500 (bir min beş yüz) manat dəyərində mətbəx mebeli üzərində ½ hissədə İddiaçı ½ hissədə Cavabdeh mülkiyyət hüququnun müəyyən olunmasına dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat (əlli manat) məbləğində xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; mediasiya xərci üçün tərəfindən ödənilmiş 60 manat (altmış manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; məhkəmə üçün ödənilmiş 85 manat (səksən beş manat) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat (əllimanat) məbləğində xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; mediasiya xərci üçün tərəfindən ödənilmiş 60 manat (altmış manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; məhkəmə üçün ödənilmiş 85 manat (səksən beş manat) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Nikahları Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsi tərəfindən rəsmiləşdirilmiş, aralarında baş verən ailədaxili məsələlər səbəbindən xx.xx.2023-cü il tarixində faktiki olaraq ayrılmışlar, daha sonra rəsmi nikahları Nizami Rayon Məhkəməsinin 2(007)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. (Qətnamənin surəti iddia ərizəsinə əlavə edilmişdir). Qeyd edir ki, uzun illər ərzində onlar cavabdehlə ailə-nikah münasibətində olmuş, birgə nikahları dövründə ailələri üçün çalışmış, birgə vəsailəri hesabına daşınar-daşınmaz əmlaklar, kreditlər əldə etmişlər. O, həmişə ailəsinə dəstək olub, əlindən gələn hər bir şeyi etməyə çalışmış, daima işləyərək gəlir əldə etmiş, məhz birgə nikahları üçün bu gəlirləri sərf etmişdir. Birgə nikah dövründə əldə edilmiş daşınar əmlak: Bundan başqa, birgə nikah dövründə əldə edilmiş daşınar əmlak-“Hisense” markalı, 2000 dollar (3400 manat) dəyərində televizor, 800 (səkkiz yüz) manat dəyərində olan soyuducu, bundan başqa, “Embawood” mebel mağazasından alınmış ümumi 1800 manat (bir min səkkiz yüz manat) dəyərində olan 01 ədəd yataq, 02 ədəd şkaf, 01 ədəd termodan ibarət 01 ədəd yataq dəsti, 1500 (bir min beş yüz) manat dəyərində mətbəx mebeli birgə nikah dövründə birgə təsərrüfatları hesabına alınmış, nikah dövründə onların istifadəsində olmuşdur. Sözügedən əmlakların alınması üçün tərəfindən Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC və “Bank VTB (Azərbaycan)” ASC-dən kreditlər götürülmüşdür. Bununla bağlı maliyyə arayışları da tərəfindən məhkəməyə təqdim edilir. Birgə nikah dövründə alınmış kreditlər: nəzərə çatdırır ki, birgə nikah dövründə əldə edilmiş və ailə ehtiyacları üçün sərf edilmiş kredit məbləğləri və müvafiq olaraq bağlanmış kredit müqavilələri aşağıdakı kimidir: 1. xx.xx.2021-ci il tarixində 12800 manat (on iki min səkkiz yüz manat) məbləğində kredit məbləğinin 60 aylıq müddətə, illik 21.9 % müqabilində verilməsi ilə bağlı “Bank VTB (Azərbaycan)” ASC ilə 330826-1-26253 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə ödəniş qrafikləri də ona təqdim edilmiş və həmin kredit müqaviləsi üzrə aylıq ödəniş 318 manat (üç yüz on səkkiz manat) təşkil edir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixindən etibarən cavabdehlə faktiki olaraq ayrı yaşamışlar. Həmin dövrdən etibarən kredit ödənişləri yalnız onun vəsaitləri hesabına ödənilmişdir. Bildirir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Buna uyğun olaraq, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Həmçinin, xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur. xx.xx.2023-cü il tarixində 2000 manat (iki min) məbləğində kredit məbləğinin 18 aylıq müddətə, illik 27 % müqabilində verilməsi ilə bağlı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə 394-ABC-0642-23 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə ödəniş qrafikləri də ona təqdim edilmiş və həmin kredit müqaviləsi üzrə aylıq ödəniş 140 manat (bir yüz qırx manat) təşkil edir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixindən etibarən cavabdehlə faktiki olaraq ayrı yaşamışlar. Həmin dövrdən etibarən kredit ödənişləri yalnız onun vəsaitləri hesabına ödənilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Həmçinin, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 1-ci krediti 12800 manat pulu mənzilin təmirinə və avtomobili satıb üzərinə 4000 manat əlavə pul da qoyub yenisini alıblar. İkinci dəfə 2000 manat kredit götürüb, bunlardan başqa “Bankt VTB”-dən 1300 manat da əvvəl kredit götürmüşdü həmin 1300 manat puldan 870 manat borcu qalmışdı 2000 manatdan 870 əvvəlki kreditə ödəyib, qalan pulu isə maşının təmirinə və 400 manat da cavabdehə verib o, da ailəyə xərcləyib.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Onlar televizoru kreditlə götürmüşdülər. Ödənişin də etmişlər. Cehiz əşyaları da evlə birgə satılıb. Evi 45000 manata satıblar. Məhkəm 48000 manat hesablamışdır. Hə birinə 24000 manat. Evin satılmasından 19000 manat ödəniş olunub. Avtomobil də 10000 manata satılıb, hər birinə 5000 manat düşüb. 19000 manatı 2 dəfəyə iddiaçıya ödəyib. Qızılları satmışdır. Hətta 2000 manat Familə artıq düşüb. Ev satılan vaxt birgə nikahda idilər. 2024cü ilin fevral ayında ev satılıb. Nikah isə 8 yanvar 2024-cü il tarixdə pozulub. Onlar 25 may 2024-cü il tarixdən ayrı yaşayılar. "xxxx"-dən götürülən puldan xəbəri olmayıb. Çünki o vaxt aralarında mübahisə vardı.

İş materialları:

6. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 avqust 2024-cü il tarixli MŞB/1/2024-00328 saylı arayışdan görünür ki, Cavabdeh 13 avqust 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.

7. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 15 manat və 70 manat dövlət rüsumu ödəmişdir.

8. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC-0642-23 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir.

9. "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330826-1-26253 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı istehlak məqsədləri üçün 60 ay müddətinə illik 21,90 % ödəmək şərtilə 12800 manat məbləğində kredit verilmişdir.

10. "xxxx" (Azərbaycan) ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi (1300 manat məbləğində kredit) üzrə borc ödənilmişdir və ödənilməmiş öhdəlik qalmamışdır.

11. "xxxx" (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcunu tam bağlamışdır.

12. 17.02.2024-cü il tarixli beh müqaviləsinin surətindən görünür ki, Səfərova X3 rayonu, 28 may qəsəbəsi, şəhid Rufiz Budaqov küçəsi, ev 100 ünvanında yerləşən mənzili 45000 manata satmışdır. Cavabdeh X1 5000 manat məbləğində beh vermişdir.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2-(001)-2132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Birgə nikah dövründə Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə İddiaçı payı müqabilində ona 24000 (iyirmi dörd min) manat pul məbləğini verməyi öhdəsinə götürür. Cavabdeh birgə nikah dövründə əldə etdikləri “Chery Tiggo T11” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini İddiaçıla aralarında olan qarşılıqlı razılıq əsasında 10000 (on min) manat məbləğində qiymətləndirdikləri üçün, özünə düşən pay məbləği olan 5000 (beş min) manatı İddiaçı veriləcək 24000 (iyirmi dörd min) manat məbləğindən çıxaraq, yekun məbləğ olaraq İddiaçı həmin məbləğin 10000 (on min) manatı 10 iyun 2024-cü il tarixədək, yerdə qalan 9000 (doqquz min) manatı isə 15 iyul 2024-cü il tarixdə verməyi öhdəsinə götürür. 2. Birgə nikah dövründə əldə etdikləri “Chery TiggoT11” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşına dair gələcəkdə hər hansı tələbi omayacaqdır. İddiaçı öhdəlikləri: 1. Cavabdeh tərəfindən ona 19000 (on doqquz min) manat pul məbləğinin verilməsi qarşılığında birgə nikah dövründə Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə olan payından imtina edir və gələcəkdə Cavabdeh qarşı hər hansı daşınmaz əmlak tələbi omayacaqdır.

2. Cavabdeh birgə nikah dövründə əldə etdikləri “Chery Tiggo T11” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini Cavabdeh ilə aralarında olan qarşılıqlı razılıq əsasında 10000 (on min) manat məbləğində qiymətləndirdikləri üçün, Cavabdeh düşən pay məbləği olan 5000 (beş min) manatı özünə veriləcək 24000 (iyirmi dörd min) manat məbləğindən çıxaraq, yekun məbləğ olaraq Cavabdeh həmin məbləğin 10000 (on min) manatını 10 iyun 2024-cü il tarixədək, yerdə qalan 9000 (doqquz min) manatı isə 15 iyul 2024-cü il tarixdə alacaqdır. 3. Barışıq sazişi təsdiq olunub, 15 iyul 2024-cü il tarixdə 9000 (doqquz min) manat pul vəsaitini aldığı gün, Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə dair bütün kommunal xidmətləri (müqavilələri) (elektrik, su, qaz və s.) Cavabdeh adına keçirəcək. 4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair e-2(001)-2132/2024 nömrəli mülki iş üzrə iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir.

14. 13.06.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2-(001)-2132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı üzrə ilkin məbləğ 10000 manat pul vəsaitini almışdır.

15. 19.07.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2-(001)-2132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı üzrə yekun məbləğ 9000 manat pul vəsaitini almışdır.

16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X2 29 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsində 29 avqust 2007-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 664 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər İddiaçı ilə X2 29 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-dən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əsasında 18 ay müddətinə illik 27 % ödəmək şərtilə 2000 manat məbləğində, "xxxx" (Azərbaycan) ASC-dən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında 60 ay müddətinə illik 21,90 % ödəmək şərtilə 12800 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam bağlamışdır. Hazırda iddiaçı birgə nikah dövründə, “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642- 23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı:

Qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

21. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı:

4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. 6.20. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir. 6.37. Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, tərəflər 29 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Onlar arasında olan nikah münasibətləri faktiki olaraq xx.xx.2023-cü il tarixdə kəsilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ödədiyi kredit məbləğlərinin yarısını cavabdehdən tələb edir.

24. Qanunvericiliyin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Göründüyü kimi hər iki kredit müqaviləsi birgə nikah dövründə bağlanmışdır. Kredit müqaviləsi üzrə tərəf olan İddiaçı kreditorlar qarşısında icra edilməmiş öhdəliyinin cavabdehdən alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur.

25. Lakin kredit müqaviləsi üzrə tərəf olan İddiaçı nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi məbləğin yarısını cavabdehdən tələb edə bilər. Tərəflərin də etiraf etdiyi kimi aralarındakı nikah münasibətləri faktiki olaraq xx.xx.2023-cü il tarixdə kəsildiyindən iddiaçı həmin tarixdən məhkəməyə müraciət etdiyi tarixə, yəni xx.xx.2024-cü ilə kimi ödənilmiş kredit borcunun yarsını cavabdehdən tələb edir. Belə ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT "xxxx" QSC-dən götürdüyü kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1820 manat, “Bank VTB (Azərbaycan)” ASC-dən götürdüyü kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 4452 manat məbləğində ödəniş etmişdir.

26. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, BOKT "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 manat məbləğində pul vəsaitinin yarısı 910 manat məbləğində pul vəsaiti və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat məbləğində pul vəsaitinin yarısı 2226 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq onun xeyrinə ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir.

30. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 85 manat dövlət rüsumunun 47,50 manatı, 60 manat mediasiya xərcinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, BOKT "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 manat məbləğində pul vəsaitinin yarısı 910 manat məbləğində pul vəsaiti və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat məbləğində pul vəsaitinin yarısı 2226 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. BOKT "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 manat məbləğində pul vəsaitinin yarısı 910 manat məbləğində pul vəsaiti və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat məbləğində pul vəsaitinin yarısı 2226 manat məbləğində pul vəsaiti və 50 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 85 manat dövlət rüsumunun 47,50 manatı, 60 manat mediasiya xərcinin 30 manatı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar