Məhkəmə qərarları › İş №e-2(007)-2360/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2360/2021

06.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2360/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, Kreditor Tələbkar MMC-nin Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Tələbkar MMC Borclu qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 970 (doqquz yüz yetmiş) manat borc məbləği, 120 (bir yüz iyirmi) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 1110 (bir min bir yüz on) manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək, tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırki ərizəni və iş materiallarını araşdırarkən müəyyən etdim ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun kreditor qarşısında 970 manat əsas və 120 manat cərimə, cəmi 1090 manat məbləğində borcu yaranmışdır. Lakin borclunun 970 manat əsas borc nisbətdə məhz bu məbləğdə cərimə borcunun yaranması aşkar deyil və bunun müəyyən edilməsi üçün araşdırma aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Hesab edirəm ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının MPM-nin 279cu maddəsinin müddəalarına əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.4-cümaddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Tələbkar MMC-nin Borclu qarşı “pul tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar