Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-237/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayə verilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı uşağın himayə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırdı ki,xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur.Onların nikahı Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 1246 saylı nikah haqqında akt qeydlə rəsmiləşdirilib. Nikaha daxil olandan sonra cavabdeh “Əliyeva” soyadını qəbul edib.Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü övladları X4 dünyaya gəlib.Nikahları Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014- cü il tarixli, 2(007)-295/2014 saylı qətnaməsi ilə pozulub, birgə nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü X4 ananın yanında saxlanıdıb.Nikahın pozulması Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 147 saylı akt qeydi ilə rəsmiləşdirilib. Nikah pozulduqdan sonra Cavabdeh ailə quraraq daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb, uşağa baxılmasını öz valideynlərinə həvalə edib.Lakin ana tərəfindən baba və nənə uşağa qarşı mütəmadi olaraq psixoloji zor tətbiq ediblər, nalaiq ifadələrdən istifadə olunub, uşağın yanında onun atasına qarşı söyüşlərdən istifadə olunub, uşaqla aqressiv davranıblar, uşağın dediyinə görə ona qarşı fiziki zor tətbiq edəcəkləri ilə hədələyiblər.Bu müddət ərzində o, mütəmadi olaraq uşaqla maraqlanmış, uşağın ehtiyaclarını qarşılamış, onun tərbiyəsində fəal iştirak etmişdir. Həftənin bir neçə günü yanına gətirərək evində ona baxmışdır, tərbiyəsi, idmanı, dərsləri ilə məşğul olmuşdur.2022-ci ilin may ayında uşaq artıq nənə və babası ilə yaşamaq istəməyib,onun evini özünə daimi yaşayış yeri seçərək birdəfəlik qalıb. 2022-ci ilin sentyabr ayında nənə və babası gilə qonaq gedib, nənəbabanın etiraz etmələrinə baxmayaraq orada qalmaq istəməyib. Hal hazırda uşaq onun yanında qalır, uşağın bütün ehtiyacları onun tərəfindən qarşılanmaqdadır. Uşağın məktəbə aparılıb gətirilməsini o,həyata keçir. Sözügedən iddia tələbinin irəli sürülməsi uşağın arzusunu həyata keçirmək üçün olub.Uşağın ona müstəsna bağlılığı var, eyni zamanda uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq,öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.Lakin cavabdehin xx.xx.2012-ci il təvəllüdlü X2 ananın onu baba və nənənin yanında qoyub getməsi səbəbindən bu hüquqları kobud şəkildə pozulmaqdadır. Hesab edir ki, uşağın onun himayəsinə verilməsi mövcüd vəziyyətdə zəruridir və uşağın maraqlarına tam uyğundur. Eyni zamanda uşağın onun himayəsinə verilməsi digər valideynin hüquqlarını pozmur. Sadəcə uşaq faktiki olaraq onun yanında qaldığından onun yaşayış yerinə yaxın məktəbin seçilməsi, uşağın hərtərəfli inkişafı üçün, idman, bədən tərbiyəsi, musiqi, rəsm və sairə ilə müvafiq müəssisələrə qoyulması üçün müvafiq sənədləşmə zamanı uşağın onun himayəsində olub-olmamasına dair müvafiq sənədlər tələb olunur. Ana isə Rusiya Federasiyasında yaşadığı üçün qalxan məsələlərin operativ həlli mümkünsüz olur, bu da öz növbəsində uşağın hüquqlarını pozur.Qeyd etmək istəyir ki, DİN-in BPQMİ-in verdiyi maps arayışlarından da görürük ki, məhkəmə qətnaməsi ilə uşağın ananın himayəsinə verilməsinə baxmayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 onunla eyni ünvanda, yəni ünvan 1adır.Eyni zamanda uşağın səhhəti ilə bağlı hər hansı xarici ölkədə təcili müalicəyə ehtiyacı olarsa, uşağın hazırda ananın himayəsində qalması bu cür problmlərin həllini mümkünsüz edir.Uşaq faktiki olaraq onun yanında qalması səbəbindən onun anadan yetkinlik yaşına çatanadək saxlanması üçün vəsait almaq hüquqü vardır. Bu səbəbdən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi zəruridir.İşin hallarından göründüyü kimi,o, öz öhdəmə düşən vəzifələri yerinə yetirir və xx.xx.2012-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi tələbini ananın hüquqlarının məhdudlaşdırılması məqsədi ilə deyil,azyaşlı Amin Əliyevin hüquqlarının daha yaxşı təmin olunması, onun maraqlarının qorunması, onun digər şəxslər qarşısında müdafiəsinin həyata keçirilməsi məqsədini güdür. İşin hallarından göründüyü kimi ana uşaqla birgə yaşamır, onun tərbiyəsini və inkişafını təmin etmir, hər hansı xərclərinin qarşılanmasında iştirak etmir və sairə.Oğlunun 10 yaşı tamam olduğu üçün mübahisənin düzgün həll olunması üçün eyni zamanda uşağın fikrini dinləyib, mütləq qaydada nəzərə alınması təmin olmalıdır.Qeyd olunanlara əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 193 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil da oxşar məzmunlu izahat verdi, iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə “iddianın etiraf edilməsinə dair” ərizə göndərərək uşağın atanın himayəsinə verilməsi hissədə iddianı tam,aliment hissədə isə qismən 103 manat qəbul etdiyini bildirmişdir.Alimenti qismən etiraf etməsini maddi çətinliklərlə əlaqələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-295/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamədən görünür ki,iddiaçı X1 cavabdeh İddiaçı Şəmsəddin oğluna qarşı nikahın pozulması,uşağın onun himayəsinə verilməsi və aliment tələbinə dair iddiası qismən təmin olunmuş tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması,birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 ananın himayəsinə verilməsi və cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 103 manat aliment tutulması qət olunmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik üzrə komissiyasının 26 yanvar 2023-cü il tarixli rəyində qeyd olunur ki,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 atası İddiaçı Şəmsəddin oğlunun atasının yanında qalması məqsədəuyğun hesab edilir. Məhkəmənin 05 dekabr 2022-ci il tarixli iclasında dinlənilmiş xx.xx.2012-ci il təvəllüdlü X4 bildirmişdir ki,hal-hazırda atası ilə yaşayır,293 saylı məktəbin 5-ci sinfində oxuyur,atası ilə qalmaq istəyir,nənə və babasının yanında qalanda nənəsi onu incidib,anası ilə qalmaq istəmir,anası onu atıb gedib Rusiyada yaşayır,Rusiyada yaşayanda ildə bir dəfə onun yanına gəlirdi,burada olanda isə həftədə iki dəfə gəlib görür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməsi uşağın mənəvi,psixoloji,fiziki və sosial inkişafına təsir etmə amilləri nəzərə alınmaqla daha məqsədəuyğundur.Bu qənaətə gələrkən məhkəmə ilk öncə 10 yaşı tamam olmuş uşağın özünün istəyini nəzərə alır.Bundan başqa cavabdeh də həmin hissədə iddianı qəbul edir.Eyni zamanda məhkəmə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti çaşçısı yanında qəyyumluq və himayəçilik üzrə komissiyasının rəyini də sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat həddində müəyyən edilmişdir. Məhkəmə iddianın alimentlə bağlı hissəsinə qiymət verərkən cavabdehin maddi vəziyyətini nəzərə alıb alimentin qismən,103 manat hissədə təmin olunmasını məqbul hesab edir.Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki,uşaq anada olarkan ata da məhkəmə qərarına əsasən hər ay 103 manat aliment ödəmişdir.Bundan başqa,iddiaçı məhkəmə iclasında alimentin 103 manat deyil 193 manat məbləğində tutulmasında israrlı olmamış,cavaebdehin qadın olduğunu nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirib hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilməli və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 01 mart 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 103 manat aliment tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 mart 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 103 manat aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-237/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-237/2023
01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver