Məhkəmə qərarları › İş №e-2(007)-2371/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(007)-2371/2021

06.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(007)-2371/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, Kreditor Tələbkar MMC-nin Borclu qarşı borcun məcburi qaydada tutulmasına dair ərizəsinə əmr icraatı qaydasında baxaraq MÜƏYYƏN E T D İ M: Kreditor Tələbkar MMC Borclu qarşı əmr icraatı qaydasında borcun məcburi qaydada tutulmasına dair ərizə ilə müraciət edərək Tələbkar MMC- ilə Borclu arasında bağlanmış 02.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2114 manat borc məbləğinin 250 manat cərimənin və 20 manat dövlət rüsumunun cəmi, 2384 manat məbləğində pulun Borclu tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.Əmr onunla əsaslandırılmışdır ki,müqaviləyə əsasən borclu Borclu Tələbkar MMC-nin mağazasından ümumi nisyə dəyəri 2464 manat olan ASUS markalı kompüter almışdır. Burclu 02.07.2020-ci il tarixdən başlayaraq hər ayın 02-dən gec olmayaraq 176 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş,aldığı malın qalıq pulunun ümumi dəyəri olan 2114 manat məbləğində pulu mağazaya ödəməmişdir.Dəfələrlə borluya borcun ödənilməsi tələb olunsa da nəticəsi olmamışdır.Qeyd olunanlara əsasən borcludan Ərizəyə elektron qaydada əlavə olunmuş: Tələbkar MMC-ilə Borclu arasında bağlanmış 02.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Borclu Tələbkar MMC-nin mağazasından ümumi nisyə dəyəri 2464 manat olan ASUS markalı kompüter almışdır. Burclu 02.07.2020-ci il tarixdən başlayaraq hər ayın 02-dən gec olmayaraq 176 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş,aldığı malın qalıq pulunun ümumi dəyəri olan 2114 manat məbləğində pulu mağazaya ödəməmişdir.Dəfələrlə borcluya borcun ödənilməsi tələb olunsa da nəticəsi olmamışdır. 23 aprel 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Tələbkar” MMC-ilə Borclu arasında bağlanmış 02.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə boclunun 2114 manat əsas borc 250 manat cərimə, cəmi 2384 manat borcu vardır. 02.06.2020-ci il tarixli “satılmış malın təhvil verilməsi” barədə qəbzdən görünür ki,həmin tarixdə mal müştəriyə təhvil verilmişdir. Ödıniş qəbzindən görünür ki,kreditor məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalı və borcun məcburi qaydada tutulması barədə əmr verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsində qeyd olunur ki, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2.-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, kreditorun tələbi aşkardır, ona görə də məhkəmə əmri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM 275-276, 280-284-cü maddələrini rəhbər tutaraq ƏMR E D İ R Ə M: 12.09.1993-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Borclu 02.06.2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə 2114 manat əsas borc 250 manat cərimə, 30 manat dövlət rüsumu cəmi 2384 manat borc Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar