Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2446/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”nə, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “№84669/2020-7-5 saylı İcra İşinə maneələrin aradan qaldırılmasına qədər müvəqqəti dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”nə, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “№84669/2020-7-5 saylı İcra İşinə maneələrin aradan qaldırılmasına qədər müvəqqəti dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2-(007)-059/2019 saylı 29 aprel 2019-cu il tarixli qətnaməsinin “qət etdi“ hissəsinin məzmun və mənası aydın və səlis birmənalı olduğu halda, qətnaməyə təkrar izahat alınması haqqında baxılan 8(007)- 103/2021 saylı iş üzrə qərar çıxana qədər və həmçinin qətnamənin İcrasını-hakimiyyətdən sui istifadələrlə - qətnamənin aydınlığı məqsədli qəsdlərlə pozan, özbaşınalıqla şəraitə uyğun yeni məzmun və təhriflərə İcra olunan İcra İşi barədə qanunsuz, əsassız və ədalətsiz İnzibati Aktlar və Qərarların etibarsızlığı ilə digər məhkəmələrdə mülkiyyət hüququnun MPM 217.2 MM-3.3.1 maddələrinin tələbləri qaydasında bərpası ilə bağlı işlər həll olunana qədər Nizami rayon İcra və Probasiya Şöbəsində borcluya qarşı № 84669/2020-7-5 saylı İcra İşinin icrasına digər hallar üzrə maneələrin aradan qaldırılana qədər icra hərəkətləri müvəqqəti dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. İcra üzrə icraatın dayandırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd olunan müddəalarından da göründüyü kimi, icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Lakin qeyd olunan iş üzrə məhkəməyə icra məmuru tərəfindən təqdimat verilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə olan halda, iddiaçıların iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.9-cu maddəsinə əsasən icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.10-cu maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”nə, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “№84669/2020-7-5 saylı İcra İşinə maneələrin aradan qaldırılmasına qədər müvəqqəti dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçılara hazırkı iddia ərizəsində göstərilən məsələ ilə bağlı müvafiq orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2446/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2446/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver