Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2457/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yaşına çatana qədər olan dövrdə Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X1 üçün 2010-cu ilin may ayından başlayaraq, sabit məbləğdə 220 manat hər ay pulun tutularaq İddiaçı verilməsinə və ünvan 1 ünvanda 1 otaqlı mənzilə İddiaçı tam mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 21 may 2010-cu il tarixdə satıcı Cavabdeh ilə, alıcı X6 arasında ünvan 2 ünvanda 1 otaqlı mənzilin alqı-satqısına dair ünvan 3 bağlanmışdır. Alqı-satqı müqaviləsinə görə X6 2493 (iyirmi dörd min doxsan üç) manat pulu Cavabdeh Nazil qızına vermis, öz növbəsində Cavabdeh ünvan 2 ünvanda 1 otaqlı mənzili X3 mülkiyətinə vermişdir. Bundan sonra Cavabdeh bir növ qaçqın düşmüş, aldığı 2493 (iyirmi dörd min doxsan üç) manat pulu təklikdə mənimsəmişdir. 21 may 2010cu il tarixdə satıcı Cavabdeh Nazil qızı ilə, alıcı X6 arasında ünvan 2 ünvanda 1 otaqlı mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən satıcı Cavabdeh Nazil qızı İddiaçı ilə rəsmi nigahda olmuşlar. Bu nigahdan onların xx.xx.2008-ci ildə anadan olmuş oğulları X2 1 otaqlı mənzildə olmuşdur. 21 may 2010-cu il tarixdə satıcı Cavabdeh ilə, alıcı X6 arasında ünvan 4 ünvanda 1 otaqlı mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən satıcı Cavabdeh İddiaçı razılığını almayaraq birgə ümumi mülkiyyətdə olan mənzilin alqı satqısına dair müqvilə bağlamışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2012-ci il tarixli, 2(103)-673/2012 saylı qətnaməsi ilə və ondan əvvəlki 26 yanvar 2011-ci il tarixli Nizami rayon məhkəməsinin qətnaməsi ilə 21 may 2010cu il tarixdə satıcı Cavabdeh ilə alıcı X6 arasında ünvan 2 ünvanda 1 otaqlı mənzilin alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh ondan xəbərsiz ümumi mülkiyyətdə olan mənzili satdığına görə və azyaşlı Aslanov Əlini atıb getdiyinə görə İddiaçı qarşı vicdansızlıq etmişdir. 21 may 2010-cu il Cavabdeh 2 yaşlı Əli Aslanovu atıb getdiyi gündən artıq 13 il keçmişdir. Bu günə qədər bir dəfə də olsun Cavabdeh qız öz oğlu ilə maraqlanmamış, görüşməyə belə cəhd etməmişdir. Eyni zamanda İddiaçı birgə ümumi mülkiyyətlərində olan mənzilin təmirini, sığorta xərclərini, vergiləri təklikdə cavabdehin iştirakı olmadan həyata keçirmişdir. Bundan başqa ünvan 2 ünvanda 1 otaqlı mənzilin formal olaraq Cavabdeh birgə ümumi mülkiyyəti hesab olunur. Əslində Cavabdeh həmin mənzilə heç bir aidiyəti yoxdur. Eyni zamanda Cavabdeh ilə İddiaçı arasında əmlak bölgüsü aparılmayıbdır. Eyni zamanda hüquqların qeydiyyatı haqqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2014-cü il tarixli çıxarışa görə ünvan 2 ünvanda 1 otaqlı mənzilin İddiaçı və Cavabdeh birgə ümumi mülkiyyətindədir. Bundan başqa mübahisənin məhkəmədən qabaq həll edilməsi üçün Bakı 8 saylı mediyasiya təşkilatına İddiaçı müraciət etməsinə baxmayaraq cavabdeh lazımı qaydada xəbərdar edilsə də mediyasiya sessiyasında iştirak etməkdən imtina etdi. Cavabdeh bir növ qaçqın düşmüş, aldığı 2493 (iyirmi dörd min doxsan üç) manat pulu təklikdə mənimsəmişdir. Bundan başqa bir manat da olsun övladı Aslanov Əli üçün xərcləməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, 18 yaşına çatana qədər olan dövrdə Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X1 üçün 2010-cu ilin may ayından başlayaraq, sabit məbləğdə 220 manat hər ay pulun tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2011-ci il tarixli, 2(004)-258/11 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 dekabr 2006cı il tarixdə bağlanmış və 24 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. - AZ-İ seriyalı 129787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 347 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ seriyalı 041703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 yanvar 2008-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01273 nömrəli ilkin mediasiya iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 07 yanvar 2008-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Hazırda uşaq atasının himayəsindədir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2011-ci il tarixli, 2(004)-258/11 saylı qətnaməsi əsasında pozulmuşdur. Hazırda iddiaçı uşağın saxlanılması üçün aliment tələb edir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 07 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 01 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, iddia təmin edildiyindən və iddiaçı tələb etmədiyindən özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2457/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2457/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver