Məhkəmə qərarları › İş №e-2(007)-2564/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2564/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2564/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 may 2024-cü il tarixdə saat 11:00 radələrində Cavabdeh idarə etdiyi, mülkiyyət hüququ ilə X1 məxsus “Mitsubishi Outlander” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində İddiaçı MMC-yə məxsus olan “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və bu zaman sürücü idarəetməni itirərək Grant marketin şüşəsinə çırpılmış və nəticədə MMC-nin mülkiyyətində olan avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş, barəsində İXP6237717 saylı protokol tərtib olunaraq TP6467192 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə edilmişdir. “AZƏRMAŞ CP” Servis Mərkəzi tərəfindən 08 may 2024-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 8524.80 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobili sığortalayan “Atashgah Sıgorta Şirkəti” tərəfindən mütənasib bölgüyə əsasən İddiaçı MMC-yə dəymiş ziyana görə 3876 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitlə “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də qeyd olunan avtomobili istifadəyə yararlı vəziyyətə gətirmək üçün 4648.80 manat məbləğində pul İddiaçı MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin mülkiyətində olan “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 4648.80 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 66.49 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Hüseyn Həsənov iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, iddia predmeti olan avtomobil şirkətin balansındadır. Yəni, hələ də mülkiyyətçi şirkətdir. Sığorta tərəfindən avtomobilə dəymiş ziyanın bir qismi ödənilmişdir. Lakin, xərcin böyük hissəsi qalmışdır. Buna səbəb hadisə zamanı baş bir obyektə ziyan dəyməsi və həmin obyektə də sığorta tərəfindən ödəniş olunması olmuşdur. Onlar bütün zəruri sübutları məhkəməyə təqdim etmişlər. İddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi X2 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işə iştirakları olmadan baxılaraq, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbi qəbul etməyib izahatında bildirmişdir ki, düzdür, hadisə olub. Bu hamının başına gələ bilər. Ona hadisə vaxtı arxadan gələn maşın dəyəcəkdi və o, həyəcanlanıb qorxmuş və əyləc əvəzinə qaz pedalına basmışdır. O, qoca kişidir və pulu yoxdur. Məbləğ isə həddindən artıq şişirdilib. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş İXP6237717 nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11:00-da B.Nuriyev küçəsində idarə etdiyi “Mitsubishi Outlander” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan və qaimənin surətindən görünür ki, Cavabdeh dəymiş 4680.80 manat ziyanın ödənilməsi, əks təqdirdə ziyan tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli ödəniş məlumatından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 66,49 manat dövlət rüsumu ödənilmişdir. - Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. - Yol nəqliyyat hadisəsinin sxemindən və izahatların surətlərindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11:00-da B.Nuriyev küçəsində idarə etdiyi “Mitsubishi Outlander” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - "xxxx" Sığorta Şirkəti ASC-nin sığorta aktından görünür ki, ASC-də PAT********** nömrəli sığorta müqaviləsi ilə xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək sığortalanmış, İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində, xx.xx.2024-cü il tarixli hesabata uyğun olaraq dəymiş zərər 8524 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 3876 manat sığorta ödənişi İddiaçı MMC-nin hesabına köçürülməlidir; - xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 3876 manat sığorta ödənişi həmin tarixdə İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 8524.80 manat təşkil edir. - "xxxx" Sığorta Şirkəti ASC-nin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunan hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8524 manat və “Grandmart” mağazasına 2471 manat olmaqla, cəmi 10995,8 manat ziyan dəymişdir. Qanunvericiliyin tələbi nəzərə alınaraq, 5.000 manat sığorta ödənişi bölünərək, avtomobilə görə 3876 manat, “Grandmart” marketinə isə 1123.5 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 07 may 2024-cü il tarixdə saat 11:00 radələrində Cavabdeh idarə etdiyi, mülkiyyət hüququ ilə X1 məxsus “Mitsubishi Outlander” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində İddiaçı MMC-yə məxsus olan “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və bu zaman sürücü idarəetməni itirərək Grant marketin şüşəsinə çırpılmış və nəticədə MMC-nin mülkiyyətində olan avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş, barəsində İXP6237717 saylı protokol tərtib olunaraq TP6467192 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə edilmişdir. “AZƏRMAŞ CP” Servis Mərkəzi tərəfindən 08 may 2024-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 8524.80 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobili sığortalayan “Atəşgah Sıgorta Şirkəti” tərəfindən mütənasib bölgüyə əsasən İddiaçı MMC-yə dəymiş ziyana görə 3876 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitlə “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də qeyd olunan avtomobili istifadəyə yararlı vəziyyətə gətirmək üçün 4648.80 manat məbləğində pulun İddiaçı MMC-nə ödənilməsi cavabdehdən tələb olunsa da, lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, hadisə zamanı təqsiri sübuta yetirilmiş hazırkı cavabdeh dəymiş ziyanın qalan hissəsinin ödənilməsinə görə məsuliyyət daşıdığından, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4648,80 manat məbləğin pul və ödənilmiş 66,49 manat dövlət rüsumu tutulub, İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4648,80 manat məbləğin pul və ödənilmiş 66,49 manat dövlət rüsumu tutulub, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar