Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2588/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olub.Bu nikahdan xx.xx.2013-cü il tarixdə X4 doğulmuşdur.Cavabdeh iddia ərizəsinə əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-147/22 saylı qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuşdur.Cavabdeh öz iddia tələbində uşağın mübahisəsiz hazırki iş üzrə İddiaçı yanında qalmasını qeyd etmiş, lakin məhkəmə aliment barədə məsələni müzakirə və həll etməmişdir.İddiaçı hesab edir ki,uşağın tərbiyəsində,müalicəsində və saxlanılmasında cavabdehin də onun qədər məsuliyyəti və vəzifəsi vardır.Lakin bunu könüllü etmədiyindən məhkəməyə müdafiə hüquqlarından istifadə edərək müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay maaşının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçı xx.xx.2022-ci tarixdə Nizami Rayon Məhkəməsinin elektron ünvanına teleqram ünvanlayaraq həmin tarixdə keçiriləcək məhkəmədə iştirak edtməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir Məhkəmə MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, o iddianı qəbul edir. Övlad onundur və o öz övladını saxlamağa borcludur. Penitensiar Xidmətdə işləyir və aylıq 1007 manat əmək haqqı alır. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 519113 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə 1161 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra İddiaçı “Abdulova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətrindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)- 147/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında olan nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 6 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həmin müəssisədə Əməliyyat-rejim şöbəsinin rəissi vəzifəsində işləyir və aylıq əmək haqqısı 1007 manat 10 qəpik təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat həddində müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, uşağın mənafeyini, Cavabdeh uşağın saxlanmasında hazırda tam iştirak etmədiyini, İddiaçı onun himayəsində qalan uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin iddia tələbini qəbul etdiyini, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının və digər gəlirlərinin 1/4 miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadık saxlanması hər ay əmək haqqının və digər gəlirlərinin 1/4 miqdarında aliment aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2588/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2588/2022
03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver