Məhkəmə qərarları › İş №e-2(007)-2596/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2596/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2596/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə 26 oktyabr 2010-cü ildə rəsmi nikaha daxil olub ailə qurub.Onların birgə nikahından dörd övladları var. 20 may 2013-cü il təvəllüdlü X6, 20 may 2013-cü il təvəllüdlü X8, 20 iyun 2017-ci il təvəllüdlü X7, 22 fevral 2022-ci il təvəllüdlü X4.İddaçının Cavabdeh ilə ailə qurduqdan sonra münasibətləri normal olub, lakin aralarında fikir ayrılığı yaranmağa başladıqca münasibətləri günü-gündən pisləşməyə başlamışdır. Tez-tez ailə daxili münaqişələr olurdu. O, bir ilə yaxındır ki, azyaşlı övladları ilə birlikdə atası evində yaşayır.Analıq məzuniyyətində olduğu üçün işləmir. Uşaqlara tək başına baxmaq çox çətindir.Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.Uşaqlar iddiaçnın yanında qalmaqla onun himayəsindədirlər. Bu günkü gündə onların cavabdehlə ər arvad münasibətləri pozulsa da, Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya köməklik göstərməlidir.Ona görə ki, bu onun ilk növbədə valideynlik borcudur. Lakin cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh “SOCAR”-ın baş ofisində işləyir və yüksək məbləğdə əmək haqqı alır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 20 may 2013-cü il təvəllüdlü X2, 20 may 2013-cü il təvəllüdlü X5, 20 iyun 2017-ci il təvəllüdlü X3 və 22 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadık saxlanması üçün hər ay aylıq əmək haqının yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçıovanın nümayəndəsi-vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 620549 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2010-cu il tarixdə Bakı Nikah evində bağlanmış və bu barədə 2684 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra İddiaçı “Zeynalova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 20 may 2013-cü il təvəllüdlü X6, 20 may 2013-cü il təvəllüdlü X8, 20 iyun 2017-ci il təvəllüdlü X7 və 22 fevral 2022-ci il təvəllüdlü X4 doğulmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

99. ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat həddində müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı uşaqlara tək baxdığını,heç yerdə işləmədiyini nəzərə alıb,yetkinlik yaşına çatmayan uşaqların diqqətəlayiq mənafeyini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 20 may 2013-cü il təvəllüdlü X2, 20 may 2013-cü il təvəllüdlü X5, 20 iyun 2017-ci il təvəllüdlü X3 və 22 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq əmək haqının yarısı miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 20 may 2013-cü il təvəllüdlü X2, 20 may 2013-cü il təvəllüdlü X5, 20 iyun 2017-ci il təvəllüdlü X3 və 22 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadık saxlanmasl üçün hər ay aylıq əmək haqının yarısı miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar